|
15/15-25/92-1136
22 mart 2001-ci il
Azәrbaycan Respublikasının yrli vergi orqanlarının
rәhbәrlәrinә«Hüquqi şәxslәrin
dövlәt büdcәsinә borclarının güzәştli
ödәnişi haqqında» Azәrbaycan Respublikasının
Qanununun tәtbiqi barәdә
«Hüquqi şәxslәrin dövlәt büdcәsinә
borclarının güzәştli ödәnişi haqqında»
Azәrbaycan Respublikasının 24 oktyabr 2000-ci il tarixli
Qanununun tәtbiqi ilә әlaqәdar olaraq onun icrası
mәqsәdilә Azәrbaycan Respublikasının Vergilәr
Nazirliyi rәhbәrlik üçün bildirir.
1. 01 oktyabr 2000-ci il tarixә dövlәt büdcәsinә
borclar dedikdә hüquqi şәxslәrin dövlәt
vergi orqanlarından aparılan şәxsi hesab vәrәqәlәrindә
hәmin tarixә ödәmә müddәti başa
çatmış bütün vergi, qeyri-vergi ödәnişlәri,
vergilәrin vaxtında ödәnilmәmәsinә
görә hesablanmış penyalar vә vergi qanunvericiliyinin
pozulmasına görә tәtbiq olunmuş maliyyә
sanksiyaları (o cümlәdәn, vergi orqanlarının
maddi hәvәslәndirmә vә inkişaf fonduna çatan
maliyyә sanksiyaları) üzrә borclar nәzәrdә
tutulur. Hәmin tarixә ayrı-ayrı ödәnişlәr
üzrә artıq ödәmә mәblәğlәri
olduqda, onlar әvәzlәşdirilir. Bu qaydada müәyyәn
edilmiş borcun mәblәği vergi orqanı ilә
hüquqi şәxsin üzlәşdirmә aktı
ilә tәsdiq edilir.
2.Ödәnilmәsi tәxirә salınmış borclar
dedikdә vergi orqanı ilә hüquqi şәxsin tәsdiq
etdiyi üzlәşmә aktına görә müәyyәn
olunmuş borcların ödәmә müddәtinin
güzәşt verilәn tarixәdәk vә yaxud güzәşt
barәdә әrizәnin (bildirişin) vergi orqanına
daxil olduğu vaxtdan Qanunun qüvvәdә olduğu vaxtadәk
tәxirә salınması nәzәrdә tutulur.
3.Qanunun müddәalarının onun qüvvәyә
mindiyi tarixdәn tәtbiq edildiyi nәzәrә alınaraq
hüquqi şәxslәr tәrәfindәn 01 oktyabr
2000-ci il tarixdәn 03 dekabr 2000-ci il tarixәdәk olan
dövr әrzindә dövlәt büdcәsinә
ödәnilmiş mәblәğlәr hәmin dövrdә
hesablanmış vergilәrin ödәnişinә aid
edilir.
Bu dövrdә vergilәr, qeyri-vergi ödәnişlәri,
penya vә maliyyә sanksiyaları üzrә dövlәt
büdcәsinә ödәni lmiş mәblәğlәr,
onların hәmin dövrdә hesablanmış vә
tәtbiq edilmiş mәblәğlәrindәn çox
olduqda, (01 oktyabr 2000-ci il tarixә olan borcun mәblәği
şәmin fәrqin mәblәğindә azaldılır
(güzәştin tәtbiqinә aid misallar әlavә
olunur).
4. 01 oktyabr 2000-ci il tarixdәn әrizә (bildiriş)
verilәn tarixәdәk olan dövr әrzindә ödәnilmәsi
tәxirә salınmış borclara hesablanılmış
penyalar şәxsi hesab vәrәqәlәrindә
azaldılır.
5.Dövlәt büdcәsinә әsas borclarına
görә öüzәştli ödәniş hüquq
әldә etmәk barәdә vergi orqanına әrizә
(bildiriş) vermiş hüquqi şәxslәr hәmin
güzәşt onlar tәrәfindәn cari ödәnişlәr
rüblәr üxrә ödәnilmәk şәrti
ilә 01 oktyabr 2000-ci il tarixә olan borcların Qanunda
müәyyәn olunmuş faizlәr hәcmindә ödәnildiyi
halda verilir.
6.Hüquqi şәxs tәrәfindәn 01 oktyabr 2000-ci
il tarixdәn әrizә (bildiriş_ verilәn tarixәdәk
olan dövrdә yaranmış cari ödәnişlәr
üxrә öhdәliklәr әrizә (bildiriş)
verilәn rüb vә ya ondan sonrakı rüb әrzindә
ödәnilmәlidir.
7.Hüquqi şәxs qeyd olunan güzәştli ödәniş
hüququnun әldә olunması şәrtlәrini
pozduqda güzәştli ödәniş hüququnu itirir
vә hәmin tarixdәn ödәnilmәsi tәxirә
salınmış borclar vә penyalar şәxsi şesabda
tam bәrpa olunur.
8.Güzәştli ödәniş hüququnu itirmiş
hüquqi şәxs Qanunun qüvvәdә olduğu
müddәt әrzindә tәkrarәn güzәştli
ödәniş hüququnu әldә etmәk üçün
müraciәt edә bilәr.
9.Hüquqi şәxs tәrәfindәn vergi orqanına
güzәşt barәdә әrizә ilә (bildirişlә)
müraciәt edilәn müddәtәdәk olan dövr
әrzindә 01 oktyabr 2000-ci il tarixdәn güzәşt
verilәn tarixәdәk olan dövrә görә verilmiş
dәqiqlәşdirilmiş haqq-hesablara әsasәn vә
ya vergi orqanı tәrәfindәn aparılmış
yoxlama nәticәsindә yaranmış vergi vә qeyri-vergi
öhdәliklәrinә hәmçinin güzәşt
tәtbiq olunur.
10.Hüquqi şәxsә güzәşt verildikdәn
sonra onun tәrәfindәn 01 oktyabr 2000-ci il taricdәn
güzәşt verilәn tarixәdәk olan dövrә
aid edilmiş dәqiqlәşdirilmiş hesabata әsasәn
әlavә hesablanmış vergi vә qeyri-vergi mәblәği
dәqiqlәşdirilmiş haqq-hesabın vergi orqanına
tәqdim edildiki vaxtdan 10 gün әrzindә ödәnilmirsә,
verilmiş güzәşt lәğv edilmәli, güzәşt
verilәn borclar tam bәrpa olunmaqla, hüquqi şәxsә
mәlumat verilmәlidir.
11. Hüquqi şәxs güzәşt verildikdәn
sonra vergi orqanı tәrәfindәn aparılmış
yoxlama ilә 01 oktyabr 2000-ci il tarixdәn güzәşt
verilәn tarixәdәk olan dövrә aid әlavә
hesablanmış vergi vә ya qeyri-vergi öhdәliyi
yaranarsa, bu öhdәlik 10 gün әrzindә ödәnilmәlidir.
Əks halda verilmiş güzәşt lәğv edilmәli,
güzәşt verilәn borclar tam bәrpa olunmaqla, hüquqi
şәxsә bu barәdә mәlumat verilmәlidir.
12. 01 oktyabr 2000-ci il tarixә hüquqi şәxsin dövlәt
büdcәsinә verginin әsas mәblәği üzrә
borcu olmadıqda penya vә maliyyә sanksiyaları üzrә
borcların ödәnilmәsi әrizәnin (bildirişin)
daxil olduğu tarixdәn tәxirә salınır, cari
ödәnişlәr üzrә borclar hәmin rüb
vә növbәti rüb әrzindә ödәnildikdәn
sonra silinir.
13. Dövlәt büdcәsinә borclarına görә
güzәştli ödәniş hüququ әldә
etmiş hüquqi şәxs büdcәyә olan cari
ödәnişlәrini vә ödәnilmәsi tәxirә
salınmış borclarının Qanunun 4-cü maddәsindә
nәzәrdә tutulmuş faizlәrlә ödәdiyi
andan Qanunda nәzәrdә tutulmuş güzәştlәr
ona tәtbiq olunur.
14. Qanunun müddәaları inzibati cәrimә, әmәk
haqqından tutulan gәlir vergisi vә mәnbәdә
tutulan digәr vergilәrә şamil olunmur.
15. Hüquqi şәxslәrin ödәnilmәsi tәxirә
salınmış borcları üzrә verilmiş güzәştlәr
barәdә mәlumat vergi orqanları tәrәfindәn
Vergilәr Nazirliyinin 10 yanvar 2001-ci il tarixli, 19/19-25-20 saylı
mәktubu ilә müәyyәn olunmuş formada vә
müddәtlәrdә tәqdim edilir.
Qoşma: 2 vәrәqә.
F.Mәmmәdov
|