|
15/15-25/251-3223
10 iyul 2001-ci il
Azәrbaycan Respublikasının yerli vergi orqanlarının
rәhbәrlәrinә
Azәrbaycan Respublikası Prezidentinin 11 iyun 2001-ci il tarixli
Fәrmanı ilә tәsdiq edilmiş «Özәllәşdirilәn
dövlәt müәssisәlәrinin, aqrar islahatları
nәticәsindә lәğv olunmuş vә işğal
altında olan rayonların tәsәrrüfat subyektlәrinin
dövlәt büdcәsinә, büdcәdәnkәnar
dövlәt fondlarına, qiymәtlәri (tariflәri)
dövlәt tәrәfindәn tәnzimlәnәn
mәhsul, iş vә xidmәtlәrin istehlakına
görә dövlәt müәssisәlәrinә
olan borclarının vә bu müәssisәlәrin
sәhmlәrinin nәzarәt zәrfi dövlәtә
mәxsus banklara olan ödәmә vaxtı ötmüş
borclarının silinmәsi vә tәnzimlәnmәsi
Qaydalar»ında vә bu Qaydaların vergi ilә bağlı
müddәalarının tәtbiqinә dair Vergilәr
Nazirliyinin 03 iyul 2001-ci il tarixli A-103 saylı Əmri ilә
tәsdiq edilmiş Metodiki Göstәrişlәrdә
özәllәşdirilәn dövlәt müәssisәlәrinin
dövlәt büdcәsinә yaranmış borclarının
silinmәsi üçün onların Vergilәr Nazirliyinә
yazılı müraciәt etmәsi nәzәrdә
tutulmuşdur.
Vergi borclarının mәcburi alınması işinin
tәşkili idarәsi tәrәfindәn bununla
әlaqәdar olaraq hәmin müraciәtin Nümunәvi
formaları hazırlanmışdır.
Nәzәrә alınmalıdır ki, «Azәrbaycan
Respublikasında 1995-1998-ci illәrdә dövlәt
mülkiyyәtinin özәllәşdirilmәsinin
Dövlәt Proqramı» çәrçivәsindә
özәllәşdirilmәsi barәdә qәrar
qәbul edilmiş vә özәllәşdirilmәsi
başa çatmamış müәssisәlәr
tәrәfindәn Vergilәr Nazirliyinә müraciәt
bu mәktuba әlavә edilmiş Nümunәvi forma
1-ә, «Azәrbaycan Respublikasında dövlәt
әmlakının özәllәşdirilmәsinin
Dövlәt Proqramı»na uyğun olaraq özәllәşdirilmәsi
haqqında qәrar qәbul edilәn dövlәt müәssisәlәr
tәrәfindәn isә Nümunәvi forma 2-ә
uyğun olaraq tәrtib edilmәlidir.
Göstәrilәn Nümunәvi formalar Sizә göndәrilәrәk
idәrәnizdә (şö'bәnizdә) uçotda
olan müvafiq müәssisәlәrin dövlәt
büdcәsinә olan borclarının silinmәsi
barәdә onlar tәrәfindәn yuxarıda göstәrilәn
formalar üzrә Vergilәr Nazirliyinә müraciәt
edilmәsi üçün lazımı tәtbirlәr
görülmәsi tapşırılır.
Qoşma: 2 vәrәqәdә
İdarә rәisi M.Namazov
Azәrbaycan Respublikasının Vergilәr
Nazirliyinә
_______________rayonu (şәhәri) üzrә Vergilәr
idarәsindә (şöbәsindә) uçotda olan
_________________________________________________________
(özәllәşdirilәn müәssisәnin
tam adı vә VÖEN-i göstәrilir)
bildirir ki, müәssisәnin «Azәrbaycan Respublikasında
1995-1998-ci illәrdә dövlәt mülkiyyәtinin
özәllәşdirilmәsinin Dövlәt Proqramı”
çәrçivәsindә özәllәşdirilmәsi
üçün __________________________________________________________tәrәfindәn
(özәllәşdirilmәsi üçün
qәrarı (әmri) verәn orqanın adı)
«__________»___________19____il tarixli (özәllәşmәyә
açılma tarixi) ______N-li Qәrar (әmr) verilmiş
vә onun özәllәşdirilmәsi 5 dekabr 2000-ci
il tarixәdәk (borcların silinmәsi haqqında Qanunun
qüvvәyә mindiyi tarixinәdәk) başa çatmamışdır.
Bununla әlaqәdar olaraq Azәrbaycan Respublikasının
«Özәllәşdirilәn dövlәt müәssisәlәrinin,
aqrar islahatları nәticәsindә lәğv olunmuş
vә işğal altında olan rayonların tәsәrrüfat
subyektlәrinin borcları haqqında» Qanununa vә bu Qanunun
tәtbiqi barәdә Azәrbaycan Respublikası Prezidentinin
11 iyun 2001-ci il tarixli Fәrmanı ilә tәsdiq edilmiş
Qaydalara әsasәn müәssisәnin özәllәşmәyә
açılma tarixinә
_____________________________________________________
(vergi növlәri üzrә borcların mәblәğlәri
göstәrilir)
_________________________________________________________min manat, habelә
maliyyә sanksiyası üzrә __________min manat vә
penya (faizlәr) üzrә _________min manat dövlәt
büdcәsinә olan borclarını silmәyinizi xahiş
edirik.
______________________ ___________ ___________________
(müәssisә rәhbәrinin vәzifәsi)
(imzası) (soyadı, adı,
atasının adı)
Nümunәvi forma 2
Azәrbaycan Respublikasının Vergilәr Nazirliyinә
_______________rayonu (şәhәri) üzrә Vergilәr
idarәsindә (şöbәsindә) uçotda olan
_________________________________________________________
(özәllәşdirilәn müәssisәnin
tam adı vә VÖEN-i göstәrilir)
bildirir ki, müәssisәnin «Azәrbaycan Respublikasında
dövlәt әmlakının özәllәşdirilmәsinin
II Dövlәt Proqramı” çәrçivәsindә
özәllәşdirilmәsi üçün __________________________________________________________tәrәfindәn
(özәllәşdirilmәsi üçün qәrarı
(әmri) verәn orqanın adı)
«__________»___________200____il tarixli ______N-li Qәrar (әmr)
verilmişdir.
Bununla әlaqәdar olaraq Azәrbaycan Respublikasının
«Özәllәşdirilәn dövlәt müәssisәlәrinin,
aqrar islahatları nәticәsindә lәğv olunmuş
vә işğal altında olan rayonların tәsәrrüfat
subyektlәrinin borcları haqqında» Qanununa vә bu Qanunun
tәtbiqi barәdә Azәrbaycan Respublikası Prezidentinin
11 iyun 2001-ci il tarixli Fәrmanı ilә tәsdiq edilmiş
Qaydalara әsasәn müәssisәnin 01 oktyabr 2000-ci
il tarixinә ________________________________________________________
(vergi növlәri üzrә borcların
mәblәğlәri göstәrilir)
_________________________________________________________min manat,habelә
maliyyә sanksiyası üzrә __________min manat vә
penya (faizlәr) üzrә _________min manat dövlәt
büdcәsinә olan borclarını silmәyinizi xahiş
edirik.
______________________ ___________ ___________________
(müәssisә rәhbәrinin vәzifәsi)
(imzası) (soyadı,
adı, atasının adı)
|