15/15-25/93-1151
26 mart 2001-ci il

Azәrbaycan Respublikasının yerli vergi orqanlarının rәhbәrlәrinә


Vergi borclarının mәcburi alınması işinin tәşkili idarәsi bildirir ki, «Hüquqi şәxslәrin dövlәt büdcәsinә borclarının güzәştli ödәnişi haqqında» Azәrbaycan Respublikası Qanunu ilә müәyyәn edilmiş güzәştin mәhkәmә qәtnamәlәrinә әsasәn vergi borcları әmlaklarına yönәldilmiş müәssisәlәrә şamil edilib-edilmәmәsi barәdә daxil olmuş sorğularla әlaqәdar olaraq Vergilәr Nazirliyi tәrәfindәn 18 yanvar 2001-ci il tarixdә 12/01-21/125 saylı mәktubla Azәrbaycan Respublikası Prezidentinin İcra Aparatının Qanunvericiliyә Nәzarәt vә Hüquq Ekspertizası şö'bәsinә müraciәt edilmişdir.
Hәmin şö'bәdәn daxil olmuş mәktubda bildirilmişdir ki, mәhkәmә qәtnamәlәrinә әsasәn vergi borcları әmlaklarına yönәldilmiş müәssisәlәrә hәmin qәtnamәlәr qanunvericiliklә nәzәrdә tutulmuş qaydada lәğv olunmayanadәk «Hüquqi şәxslәrin dövlәt büdcәsinә borclarının güzәştli ödәnişi haqqında» Azәrbaycan Respublikası Qanununun müddәaları şamil edilә bilmәz.
Göstәrilәnlәr mә'lumat vә icra üçün bildirilir.

İdarә rәisi
M.Namazov