15/15-25/256-3270
12 iyul 2001-ci il

Azәrbaycan Respublikasının yerli vergi orqanlarının rәhbәrlәrinә


İqtisadi tәhlil vә uçotun tәşkili vә Vergi borclarının mәcburi alınması işinin tәşkili idarәlәri Vergilәr Nazirliyinin 03 iyul 2001-ci il tarixli A-103 saylı Əmri ilә tәsdiq edilmiş Metodiki Göstәrişlәrin icrası barәdә daxil olmuş sorğularla әlaqәdar olaraq bildirir:
«1997-ci il yanvarın 1-nә olan vergi borclarının ödәnilmәsinin tәnzimlәnmәsi haqqında» Azәrbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanununa müvafiq olaraq «Azәrbaycan Respublikasında 1995-1998-ci illәrdә dövlәt mülkiyyәtinin özәllәşdirilmәsinin Dövlәt Proqramı» çәrçivәsindә özәllәşdirilmәsi barәdә qәrar qәbul edilmiş vә özәllәşdirilmәsi başa çatmamış müәssisәlәrin 01 yanvar 1997-ci il tarixinә möhlәt verilmiş vә qanunda nәzәrdә tutulmuş şәrtlәr yerinә yetirilmәdiyinә görә silinmәyәrәk 01 yanvar 2000-ci il tarixә bәrpa edilmiş borcları, bu müәssisәlәrin özәllәşdirmәyә açılma tarixinә dövlәt büdcәsinә olan borcları silinәrkәn nәzәrә alınmalıdır.
Bu mәqsәdlә hәmin müәssisәlәr üzrә dövlәt büdcәsinә olan borclar barәdә üzlәşmә aktı (Metodiki Göstәrişlәrә Əlavә 1) tәrtib edilәrkәn bu borclar silinәn borcların tәrkibinә daxil edilmәlidir;
«Özәllәşdirilәn dövlәt müәssisәlәrinin, aqrar islahatları nәticәsindә lәğv olunmuş vә işğal altında olan rayonların tәsәrrüfat subyektlәrinin borcları haqqında» Azәrbaycan Respublikasının 24 oktyabr 2000-ci il tarixli Qanunu özәllәşdirilәn dövlәt müәssisәlәrinin dövlәt büdcәsinә olan o borclarına şamil olunmur ki, bu borclar mәhkәmә qәtnamәlәrinә әsasәn hәmin müәssisәlәrin әmlaklarına yönәldilmişdir vә bu qәtnamәlәr qanunvericiliklә nәzәrdә tutulmuş qaydada lәğv olunmamışdır.
Bununla әlaqәdar olaraq belә müәssisәlәr üzrә dövlәt büdcәsinә olan borclar barәdә üzlәşmә aktı (Metodiki Göstәrişlәrә Əlavә 1 vә 2) tәrtib edilәrkәn bu borclar silinәn borcların tәrkibinә daxil edilmәmәlidir.
Göstәrilәnlәr rәhbәrlik vә icra üçün bildirilir.

Vergi borclarının mәcburi alınması işinin tәşkili idarәsinin rәisi
M.Namazov

İqtisadi tәhlil vә uçotun tәşkili idarәsinin rәisi
Ş.Mustafayev