|
15/15-25/203-2686
13 iyun 2001-ci il
Azәrbaycan Respublikasının yerli vergi orqanlarının
rәhbәrlәrinә
Vergi borclarının mәcburi alınması işinin
tәşkili İdarәsi vaxtında ödәnilmәmiş
maliyyә sanksiyalarına faizlәrin (penyanın) hesablanıb-hesablanmaması
barәdә müraciәtlәrlә әlaqәdar
olaraq bildirir ki, 2001-ci ilin 1 yanvar tarixindәn qüvvәyә
minmiş Azәrbaycan Respublikasının Vergi Mәcәllәsinә
әsasәn vaxtında ödәnilmәmiş maliyyә
sanksiyalarına faizlәrin (penyanın) hesablanması
nәzәrdә tutulmamışdır. Buna görә
cari ildәn etibarәn vaxtında ödәnilmәmiş
maliyyә sanksiyalarına faizlәr (penya) hesablanmamalıdır.
Bununla әlaqәdar olaraq tapşırılır ki,
vaxtında ödәnilmәmiş maliyyә sanksiyalarına
cari il 1 yanvar tarixindәn sonrakı dövr üçün
faizlәrin (penyanın) hesablanıb-hesablanmamasını
yoxladın, hesablanması müәyyәn edilәrsә,
onu müәyyәn olunmuş qaydada silin vә onun
hesablanmasına bir daha yol vermәyin.
Bu mәktubun icrası ilә әlaqәdar olaraq görülmüş
tәdbirlәr barәdә cari ilin 1 iyul tarixindәn
gec olmayaraq әtraflı mәlumat verin.
İdarә rәisi
M. Namazov
|