15/15-25/673-5391
17 oktyabr 2001-ci il

Azәrbaycan Respublikasının yerli vergi orqanlarının rәhbәrlәrinә


Vergi borclarının mәcburi alınması işinin tәşkili İdarәsi «Hüquqi şәxslәrin dövlәt büdcәsinә borclarının güzәştli ödәnişi haqqında» Qanunun tәtbiqi ilә әlaqәdar daxil olmuş sorğulara cavab olaraq bildirir.
Azәrbaycan Respublikasının «Normativ-hüquqi aktlar haqqında» 26 noyabr 1999-cu il tarixli Qanununun 41.1-ci maddәsinә әsasәn Azәrbaycan Respublikasının Qanunları, Azәrbaycan Respublikası Prezidentinin Fәrmanları vә Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin qәrarları, onların özündә başqa müddәt nәzәrdә tutulmamışdırsa, dәrc edildiyi gündәn qüvvәyә minir. Buna әsasәn «Hüquqi şәxslәrin dövlәt büdcәsinә borclarının6 güzәştli ödәnişi haqqında» Azәrbaycan Respublikasının 24 oktyabr 2000-ci il tarixli qanunu 3 dekabr 2000-ci il tarixdә mәtbuatda dәrc edildiyi üçün hәmin tarixdәn qüvvәyә minmişdir vә hәmin qanunun qüvvәdә olduğu 5 il müddәt bu tarixdәn etibarәn hesablanmalıdır.

İdarә rәisi
M. Namazov