Vergilər Nazirliyinin « 28 » avqust 2003-cü il tarixli « A-163 » saylı əmri ilə təsdiq edilmişdir 

Bəyannamələrin, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizələrin Ümumi şöbə tərəfindən qəbul edilməsinə dair

METODİKİ GÖSTƏRİŞ

1. Ümumi müddəalar

1.1. Bu Metodiki Göstəriş Azərbaycan Respublikasının Vergi Məcəlləsinin, vətandaşların müraciətlərinə baxılmasına dair normativ hüquqi aktların və bu sahədə mövcud olan digər normativ sənədlərin tələblərinə uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Metodiki Göstərişin məqsədi mövcud qanunvericilik aktlarına uyğun olaraq vergi bəyannaməsinin vergi ödəyicisi tərəfindən Vergilər Nazirliyinin təsdiq etdiyi formada və yerdə vergi orqanına verilməs və Ümumi Şöbə tərəfindən onların qəbul edilməsinin tənzimlənməsindən ibarətdir.

1.3. Vergi Məcəlləsinin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir  (Vergi Məcəlləsinin 72.1-ci maddəsi).

2. Bəyannamənin vergi orqanına təqdim edilməsi

2.1. Vergi hesabatı vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi də daxil olmaqla) təqdim edilə bilər (Vergi Məcəlləsinin 72.2-ci maddəsi).

2.2. Vergi hesabatlarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosesual pozuntularla tərtib edilmiş sayıla bilməz:

- onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun qəlirsə və

- vergi hesabatlarının və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə (Vergi Məcəlləsinin 70.3-cü maddəsi).

2.3. Vergi Məcəlləsinə və ya ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını (yəni bəyannaməsini) verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını Məcəllədə göstərilən müddətlərdə Vergilər Nazirliyinin müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər (Vergi Məcəlləsinin 72.2-ci maddəsi).

2.4. Vergi ödəyicisi kimi uçota alınmış hüquqi və fiziki şəxslərin hesabat dövründə sahibkarlıq fəaliyyəti, əmlakı, torpağı və vergi tutulan əməliyyatı olmadığı halda, onlar bu barədə vergi orqanına vergi hesabatları əvəzinə arayış verirlər (Vergi Məcəlləsi 16.2-ci maddəsi).

2.5. Vergi bəyannaməsini vergi ödəyicisi, yaxud onun müəyyən edilmiş qaydada vəkil edilmiş nümayəndəsi imzalamalıdır (Vergi Məcəlləsi 72.3-cü maddəsi).

3. Bəyannamənin vergi ödəyicisi tərəfindən şəxsən

Ümumi şöbəyə təqdim edilməsi və qeydiyyatı

3.1. Vergi ödəyicisi vergi orqanına gələrək Ümumi şöbəyə daxil olmalı, bəyannamələri qəbul edən müfəttişə yaxınlaşaraq bəyannaməsini təqdim etməlidir.

3.2. Ümumi şöbənin müfəttişi bəyannaməni vergi ödəyicisindən qəbul edən zaman orada aşağıdakıları ilkin olaraq araşdırmalıdır:

- vergi ödəyicisinin adının bəyannamədə göstərilib-göstərilməməsini;

- vergi ödəyəcisinin imzasının olub-olmamasını;

- vergi ödəyəcisinin VÖEN-nin olub-olmamasını;

- vergi ödəyicisi tərəfindən bəyannamənin möhürlənib-möhürlənməməsini (hüquqi şəxslər üzrə).

3.3. Müfəttiş tərəfindən ilkin araşdırma nəticəsində 3.2-ci bəndə göstərilənlər aşkar edildikdə bu barədə vergi ödəyicisinə məlumat verir və onların aradan qaldırılması üçün bəyannaməni vergi ödəyicisinə qeri qaytarır.

3.4. Vergi ödəyicisinin bəyannaməsində 3.2-ci bəndə göstərilən məlumatlar öz əksini tapmışdırsa, onda ümumi şöbə tərəfindən bəyannamə qeydiyyatdan keçirilir və bəyannamənin vergi orqanı tərəfindən qəbul edilməsi barədə qeydlər sətrində qəbul edildiyi tarix və qeydiyyat nömrəsi göstərilməlidir.

3.5. Bəyannamənin qəbulu zamanı 3.2-ci bəndə göstərilən uyğunsuzluq halları olmadıqda müfəttişlə vergi ödəyicisi arasında təqdim edilən bəyannamənin xarakteri, tərtib olunması və başqa xüsusiyyətləri müzakirə predmeti olmamalıdır.

3.6. Vergi ödəyicisinin bəyannamənin tərtibi ilə bağlı sualı və ya düzgün dolurulması barədə əlavə izahat verilməsinə dair müraciəti olduqda o, Vergi ödəyicilərinə xidmət şöbəsinə göndərilir. 

3.7. Vergi ödəyicisinin təqdim etdiyi bəyannamə qeydiyyatdan keçdikdən sonra, vergi ödəyicisi bəyannamənin sürətində onun daxilolma tarixini əks etdirən ştampın vurulmasını xahiş edərsə Ümumi şöbənin müfəttişi bəyannamənin surətində onun daxil olma tarixini əks etdirən ştamp vurmalıdır.

4. Poçt vasitəsilə daxil olan bəyannamənin qeydiyyatı

4.1. Əgər bəyannamə vergi ödəyiciləri tərəfindən poçtla göndərilibsə, onda bəyannamənin alınması zamanı ona özündə müvafiq tarixi əks etdirən ştamp vurulduqdan sonra bəyannamənin vergi orqanı tərəfindən qəbul edilməsi barədə qeydlər sətrində qəbul edildiyi tarix və qeydiyyat nömrəsi göstərilir.

4.2. Bəyannamə vergi ödəyicisi tərəfindən poçtla göndərildikdə, bəyannamənin vergi orqanına təqdim edildiyi vaxt onun poçta (rabitə təşkilatına) təqdim edildiyi gün hesab edilir.

4.3. Poçtla daxil olan bütün bəyannamələr həmin gün qeydiyyata alınmalı və bü Metodiki Göstərişin 1 saylı Əlavəsində göstərilən Bəyannamələrin işlənilməsinə nəzarət formasına bəyannamənin vergi ödəyicisi tərəfindən poçta təqdim edildiyi gün nəzərə alınmaqla işlənilməlidir. 

5. Ümümi şöbədə bəyannamələrin vergi növləri üzrə çeşidlənməsi

5.1. Ümumi şöbə qeydiyyatdan keçən bəyannamələri gün ərzində müəyyən edilmiş vergi növləri üzrə çeşidləyir və Bəyannamələrin işlənilməsinə nəzarət formasına əlavə edir.

Bu Metodiki Göstərişin 2.4-cü bəndində göstərilən arayış qəbul edildiyi zaman aid olduğu və uyğun gələn vergi (tədiyə) növünə görə Bəyannamələrin işlənilməsinə nəzarət formasına işlənilir

5.2. Qəbul edilmiş bəyannamələrin vergi növləri üzrə çeşidlənməsi və Bəyannamələrin işlənilməsinə nəzarət formasının tərtib edilməsi aşağıdakı qaydada aparılır:

5.2.1. Ümumi şöbəyə təqdim edilən bəyannamələr bü Metodiki Göstərişin 3 və 4-cü bəndlərinə uyğun olaraq qəbul edildikdən sonra hər bir vergi (tədiyə) növü üzrə çeşidlənir və ayrıca yığılır.

5.2.2. Hər bir vergi növü üzrə yığılmış dəstlərdəki bəyannamələr 10 ədəd olmaqla vahid ardıcıllıqla Bəyannamələrin işlənilməsinə nəzarət formasına işlənilir. Əgər iş gününün sonunadək hər hansı vergi növünə aid qəbul edilən bəyannamələrin sayı 10 ədəddən az olarsa belə Bəyannamələrin işlənilməsinə nəzarət forması tərtib edilməlidir.

5.2.3. Bəyannamələrin işlənilməsinə nəzarət formasının «Vergi orqanının adı» qrafasına bəyannaməni qəbul edən vergi orqanının adı,  «Tarix» qrafasına dəstin tərtib edildiyi tarix (gün, ay, il), «Müfəttiş» qrafasına dəsti tərtib edən müfəttişin soyadı və adı, «Dəst №………./…..» qrafasında «/» işarəsinədək sıra ardıcıllığı ilə ilin əvvəlindən artan yekunla tərtib edilən dəstin nömrəsi, «/» işarəsindən sonra isə gün ərzində hər hansı vergi növünə aid tərtib edilən dəstlərin sıra ardıcıllığına uyğun sayı göstərilir. «Bəyannamə növü» qrafasında dəstəki bəyannamələrin hansı vergi (tədiyə) növünə aid olduğu qeyd edilir.

5.2.4. Bəyannamələrin işlənilməsinə nəzarət formasındakı «Ümumi şöbə tərəfindən doldurulan hissə»də dəsti tərtib edən müfəttiş qəbul edilmiş bəyannaməyə əsasən vergi ödəyicisinin VÖEN-ni və adını yazdıqdan sonra bəyannamənin aid olduğu hesabat dövrünü, təqdim edilmə formasını, vaxtında təqdim edilib-edilməməsini qeyd edir. «Vərəq» sütununda hər bir bəyannaməyə əlavə edilmiş sənədlərdən ibarət vərəqlərin sayı göstərilir. «Cəmi» sətirində tərtib edilən dəstdəki bəyannamələrin sayı, o cümlədən poçtla daxil olan, vaxtında təqdim edilmiş və vaxtında təqdim edilməmiş bəyannamələrin sayı, habelə həmin dəst üzrə bəyannamələrə əlavə edilmiş vərəqlərin ümumi sayı əks etdirilir. 

5.3. Vergi Məcəlləsinə uyğun olaraq Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş bəyannamə və hesabat formalarından başqa, bu Metodiki Göstərişin 2.4-cü bəndində göstərilən arayış istisna olmaqla, vergi ödəyiciləri tərəfindən özlərinin maliyyə-təsərrüfat fəaliyyətinə dair ayrıca olaraq Ümumi şöbəyə təqdim etdikləri hər hansı sənəd (balans və s.) Bəyannamələrin işlənilməsinə nəzarət formasında əks etdirilməməli və ümumi qaydada aidiyyəti struktura təqdim edilməlidir.

5.4.Bəyannamələrin işlənilməsinə nəzarət formasında göstərilən bütün məlumatların tam işlənilməsi və sənədlərin sayının düzgün əks etdirilməsi dəsti tərtib edən müfəttiş tərəfindən təmin edilməlidir.

6. Ümumi şöbə tərəfindən bəyannamələrin Bəyannamələr şöbəsinə təqdim edilməsi

6.1. Ümumi şöbənin rəisi tərəfindən gün ərzində tərtib edilmiş Bəyannamələrin işlənilməsinə nəzarət forması dəstləri əlavə edilmiş vergi bəyannamələri (bəyannaməyə əlavə edilmiş sənədlər daxil olmaqla) ilə birlikdə həmin gün Bəyannamələr şöbəsinə təqdim edilməlidir.

Daxil olan bəyannamələr gün ərzində çeşidlənərək Bəyannamələrin işlənilməsinə nəzarət formasına tam doldurulmaqla işlənilmişdirsə həmin dəst iş günün sonu gözlənilmədən Bəyannamələr şöbəsinə təqdim edilə bilər.

6.2. Ümumi şöbənin rəisi bəyannamə dəstlərini təqdim edərkən Bəyannamələr şöbəsinin rəisi Bəyannamələrin işlənilməsinə nəzarət formasında göstərilənləri (bəyannamələrin sayını, əlavə edilmiş vərəq sayını, vergi ödəyicisinin adının və VÖEN-nin bəyannamədə göstərilənlərə uyğunluğunu və s.) yoxlamalı və imzalamaqla qəbul etməlidir.

6.4. Əgər Bəyannamələr şöbəsinə təqdim edilən Bəyannamələrin işlənilməsinə nəzarət formasında göstərilən əlavə edilmiş sənədlərdə çatışmazlıq və uyğunsuzluq olarsa, onda bu barədə dəstin hər iki nüsxəsində müvafiq qeydlər (cədvəlin aşağı hissəsindəki «qeyd» yerində) edildikdən sonra dəst imzalanaraq qəbul edilir.

7. Vaxtında təqdim edilməmiş bəyannamələr qəbul edildikdə görülən iş

7.1. Ümumi şöbə tərəfindən vaxtında təqdim edilməmiş bəyannamələr qəbul edildikdə ümumi qaydadaBəyannamələrin işlənilməsinə nəzarət formasına işlənilməklə yanaşı gün ərzində bu Metodiki Göstərişin 2 saylı Əlavəsində göstərilən Vaxtında təqdim edilməmiş bəyannamələrin siyahısı tərtib edilərək Vergi borcları şöbəsinə təqdim edilir.

7.2. Bu Metodiki Göstərişdə «vaxtında təqdim edilməmiş bəyannamə» dedikdə Vergi Məcəlləsi ilə müəyyən edilən müddət bitdikdən sonra vergi orqanına təqdim olunan ayrı-ayrı vergi (tədiyə) növlərinə aid bəyannamə formaları, habelə Vergi Məcəlləsinin 16.2-ci maddəsinə uyğun olaraq vergi ödəyiciləri tərəfindən vergi orqanına vergi hesabatları əvəzinə təqdim edilən arayış nəzərdə tutulur.

8. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizələrin Ümumi şöbə tərəfindən qəbul edilməsi

8.1. Vergi ödəyicilərinin artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizələri Ümumi şöbə tərəfindən qəbul edilərkən by Metodiki Göstərişin 3 saylı Əlavəsində nəzərdə tutulmuş «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizələrin işlənilməsinə nəzarət forması» doldurularaq gün ərzində Bəyannamələr şöbəsinə təqdim edilir.

9. Bəyannamələrin işlənilməsinə nəzarət formasının, Vaxtında təqdim edilməmiş bəyannamələrin siyahısının və Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizələrin işlənilməsinə nəzarət formasının iş qovluqlarına tikilməsi.

 9.1. Ümumi şöbə tərəfindən bu Metodiki Göstərişin 1 saylı Əlavəsində göstərilən Bəyannamələrin işlənilməsinə nəzarət forması, bu Metodiki Göstərişin 2 saylı Əlavəsində göstərilən Vaxtında təqdim edilməmiş bəyannamələrin siyahısı və bu Metodiki Göstərişin 3 saylı Əlavəsində göstərilən Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizələrin işlənilməsinə nəzarət forması iki nüsxədə tərtib edilir.

9.2. Ümumi şöbənin rəisi tərəfindən Bəyannamələrin işlənilməsinə nəzarət formasının Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizələrin işlənilməsinə nəzarət formasnınıbir nüsxəsi Bəyannamələr şöbəsinin rəisinə, Vaxtında təqdim edilməmiş bəyannamələrin siyahısının bir nüsxəsi isə Vergi borcları şöbəsinin rəisinə təqdim edildikdən sonra Ümumi şöbədə qalan nüsxələr ayrı-ayrılıqda xronoloci ardıcıllıqla iş qovluqlarına tikilir.

9.3. Bu Metodiki Göstərişdə göstərilən hallarda müvafiq şöbələrin rəisləri olmadıqda prosesə uyğun sənədlər onları əvəz edən şəxs tərəfindən imzalanır.

10. Təqdim edilmiş vergi bəyannaməsində uyğunsuzluq barədə məktubun vergi ödəyicisinə göndərilməsi və poçtla cavab gəldikdə görülən iş

10.1. Təqdim edilmiş vergi bəyannaməsindəki uyğunsuzluqlar barədə məktub 4 nüsxədə və Vergilərin hesablanması barədə Bildiriş 3 nüsxədə müvafiq qaydalara əməl edilməklə Bəyannamələr şöbəsi tərəfindən tərtib edilir. Vergilərin hesablanması barədə Bildirişin vergi ödəyicilərinə göndərilən nüsxəsinə əlavə olunmaq üçün şəxsi hesab vərəqəsindən çıxarış Bildirişə əlavə edilir.

Göstərilən sənədlər müvafiq qaydada vergi orqanının rəisi (rəis müavini) tərəfindən imzalanaraq vergi ödəyicisinə göndərilmək üçün Bəyannamələr şöbəsi tərəfindən Ümumi şöbəyə təqdim edilir.

Yeni iş proseslərinə uyğun proqram təminatı tətbiq edilən vergi orqanlarında Təqdim edilmiş vergi bəyannaməsindəki uyğunsuzluq barədə məktubun müvafiq qaydada tərtib edilməsi, təsdiq edilməsi və vergi ödəyicilərinə çatdırılması müvafiq proqram təminatına əsasən həyata keçirilir. 

Bu sənədlər vergi orqanının rəisi (rəis müavini) tərəfindən imzalandıqdan və vergi orqanının möhürü ilə təsdiq edildikdən sonra Ümumi şöbə tərəfindən 1 iş günü ərzində poçt vasitəsilə müvafiq vergi ödəyicisinə göndərilir.

10.2. Təqdim edilmiş vergi bəyannaməsindəki uyğunsuzluqlar barədə məktubunVergilərin hesablanması barədə Bildirişin bir nüsxəsi Ümumi şöbədə saxlanılır.

 Təqdim edilmiş vergi bəyannaməsindəki uyğunsuzluqlar barədə məktubun bir nüsxəsi Vergi ödəyicilərinə xidmət şöbəsinə verilir. 
Təqdim edilmiş vergi bəyannaməsindəki uyğunsuzluqlar barədə məktubun, Vergilərin hesablanması barədə Bildirişin və şəxsi vərəqdən çıxarışın Bəyannamələr şöbəsinin müfəttişi tərəfindən imzalanmış nüsxələri isə Bəyannamələr şöbəsinə qaytarılır.

10.3. Vergi ödəyicisi Təqdim edilmiş vergi bəyannaməsində uyğunsuzluq barədə məktubda göstərilənlərə poçt vasitəsilə münasibət bildirdikdə Ümumi şöbə həmin məktubu (sənədləri) Vergi ödəyicilərinə xidmət şöbəsinə təqdim edir.