13/13-25/2288-2984

15 noyabr 2002-ci il

Naxçıvan MR Vergilər Nazirinə, Vergilər Nazirliyi yanında İri vergi ödəyiciləri və
xüsusi vergi rejimli müəssisələr ilə iş üzrə Departamentin,
Bakı şəhəri Baş Vergilər İdarəsinin və
Ərazi Vergilər İdarələrinin rəislərinə

Bazarlarda, yarmarkalarda və xüsusi olaraq satış üçün ayrılmrş yerlərdə malların, məmulatların və kənd təsərrüfatı məhsullarının satışını həyata keçirmək üçün alınan birdəfəlik rüsumun əlavə dəyər vergisinə cəlb edilib-edilməməsi ilə bağlı yerlərdən daxil olmuş çoxsaylı şifahi sorğularla əlaqədar Vergilər Nazirliyi aşağıdakıları bildirir:

«Birdəfəlik rüsum haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən birdəfəlik rüsum üzrə daxil olan vəsaitlərin yarısı müvafiq bazarın, yarmarkanın, habelə xüsusi olaraq malların, məmulatların və kənd təsərrüfatı məhsullarının satışı üçün yerdən istifadə hüququ olan şəxsin sərəncamında qalır.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.6-cı maddəsinə əsasən tutulan məbləğlər hədlərində dövlət hakimiyyəti, yerli özünü idarəetmə və digər səlahiyyətli orqanların tutduğu dövlət rüsumu, icazə haqları, yığımlar və onların tutulması müqabilində göstərdiyi xidmətlərdən əlavə dəyər vergisi tutulmur.

Bazarlarda, yarmarkalarda və xüsusi olaraq satış üçün ayrılmış yerlərdə malların, məmulatların və kənd təsərrüfatı məhsullannın satışını həyata keçirən şəxslərdən birdəfəlik rüsum alan şəxslər dövlət hakimiyyəti, yerli özünü idarəetmə və digər səlahiyyətli orqan olmadığı üçün, birdəfəlik rüsumun həmin rüsumu alan şəxsin sərəncamında qalan hissəsi əlavə dəyər vergisinə cəlb edilməlidir.

Qeyd olunanlar rəhbərlik və icra üçün bildirilir.

Baş vergi xidməti müşaviri

N. Qasımov