08/08-25/2047-1255

20 noyabr 2002-ci il

Vergilәr Nazirliyinin Ərazi Vergilәr İdaralәrinin rәhbәrlәrinә

Vergilәr Nazirliyinin 05 noyabr 2002-ci il tarixli A-184 saylı әmri ilә tәsdiq edilmiş tәdbirlәr planının 11-ci bәndinin 1-ci abzasının icrası mәqsәdilә hazırlanmış bildirişin qısa müddәtdә müvafiq qaydada doldurularaq әrazidә yerlәşәn bütün vergi ödәyicilәrinә çatdırılması vә nәticәsi barәdә Vergilәr Nazirliyinә mәlumat verilmәsi Sizә tapşırılır.

Qoşma: 1 vәrәq.

Vergi siyasәti vә strateji araşdırmalar Baş İdarәsinin Rәis müavini

A.Hüseynov


Hörmәtli vergi ödәyicisi!

Nәzәrinizә çatdırırıq ki, Azәrbaycan Respublikası Prezidentinin "Sahibkarlığın inkişafına mane olan müdaxilәlәrin qarşısının alınması haqqında" 28 sentyabr 2002-ci il tarixli Fәrmanından irәli gәlәn vәzifәlәrin icrası, vergi idarәçiliyinin tәkmillәşdirilmәsi, vergilәrin әvvәlcәdәn qanunsuz ödәnilmәsi hallarının aradan qaldınlması, vergi orqanları tәrafindәn nәzarәt funksiyalarının hәyata keçirilmә mexanizminin yenidәn qurulması, hәmçinin әhalidә vergi mәdәniyyәtinin vә intizamının formalaşdırılması mәqsәdi ilә şәhәr vә rayon vergilәr idaralәri (şöbәlәri) lәğv edilmiş, onların әvәzinә Ərazi Vergilәr İdarәlәri yaradılmış, bununla da sahibkarların normal fәaliyyәt göstәrmәlәri üçün әlverişli şәrait yaradılmışdır.

Bu dәyişikliklәrin uğuru xeyli dәrәcәdә Sizin bu işә sağlam münasibәtinizdәn asılıdır. Belә ki, Siz bu dәyişikliklәri düzgün qiymәtlәndirәrәk, vergi qanunvericiliyinә riayәt etmәli, vergi bәyannamәlәrini müәyyәn edilmiş müddәtlәrdә nәzarәt әhatәsinә daxil olduğunuz ________________________ rayonunda (şәhәrindә) yerlәşәn _____ saylı Ərazi Vergilәr İdarәsinә tәqdim etmәli, vergilәri vaxtında vә tam hәcmdә istәnilәn bank şöbәsindә ________________________ rayonu (şәhәri) maliyyә şöbәsinin xәzinәdarlıq  orqanının ____________________________ yerlәşәn ____________________________ saylı hesabma ödәmәlisiniz. Əks halda Sizә qarşı qanunvericilikdә nәzәrdә tutulmuş tәdbirlәr görülәcәkdir.

Onu da bildiririk ki, Siz vergi bәyannamәlәrini Ərazi Vergilәr İdarәsinә şәxsәn vә ya poçt vasitәsilә tәqdim edә bilәrsininz. Bu mәqsәdlә bütün şәhәr vә rayon mәrkәzlәrindәki poçt idarәlәrindә xüsusi qutuların quraşdırılması nәzәrdә tutulmuşdur.

Əgәr vergi mәsәlәlәri ilә bağlı hәr hansı әlavә mәlumat almaq istәsәnız, Sizә xidmәt göstәrәn _____ saylı Ərazi Vergilәr İdarasinә yazılı vә ya şifahi müraciәt edә bilәrsiniz. İdarәdә «Vergi ödәyicilәrinә xidmәt» şöbәsi fәaliyyәt göstәrir.

Ünvan: ________________________

Telefon: _______________________

Vergilәr Nazirliyi