13/13-25/1954-2310

22 avqust 2002-ci il

Naxçıvan MR Vergilər Nazirinə,
Vergilər Nazirliyi yanında İri vergi ödəyiciləri və xüsusi vergi rejimli müəssisələr ilə iş üzrə Departamentin,
Bakı şəhər Baş Vergilər İdarəsinin və Ərazi Vergllər İdarələrinin rəislərinə

Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 09 avqust 2002-ci il tarixli 127 saylı Qәrarı ilә «Kütlәvi informasiya vasitәlәri mәhsullarının illik satışından redaksiyaların әldә etdiklәri mәnfәәtdәn ödәdiklәri verginin (reklam gәlirlәri istisna olmaqla) miqdarının müәyyәnlәşdirilmәsi vә üç il әrzindә bu vәsaitin hәr il dövlәt büdcәsindәn redaksiyalara ödәnilmәsi Qaydaları» tәsdiq edilmişdir.

Bununla әlaqәdar Vergilәr Nazirliyi aşağıdakıları bildirir:

Kütlәvi informasiya vasitәlәri mәhsullarının illik satışından redaksiyaların әldә etdiklәri mәnfәәtdәn ödәdiklәri verginin (reklam gәlirlәri istisna olmaqla) miqdarının müәyyәnlәşdirilmәsi vә üç il әrzindә bu vәsaitin hәr il dövlәt büdcәsindәn redaksiyalara ödәnilmәsi Qaydaları»na әsasәn kütlәvi informasiya vasitәlәri mәhsullarının illik satışından redaksiyaların әldә etdiklәri mәnfәәtdәn (reklam gәlirlәri istisna olmaqla) ödәdiklәri vergi dedikdә yalnız 2001-ci il üçün redaksiyaların bu fәaliyyәtdәn әldә etdiklәri mәnfәәtdәn (reklam gәlirlәri istisna olmaqla) ödәdiklәri vergi başa düşülür.

Redaksiyalar 2001-ci ildә kütlәvi informasiya vasitәlәri mәhsullarının illik satışından әldә etdiklәri mәnfәәtdәn ödәdiklәri verginin (reklam gәlirlәri istisna olmaqla) qaytarılması üçün 2002-ci ilin sentyabr ayının 15-dәk vergi ödәyicisi kimi uçotda olduqları vergi orqanına әrizә ilә müraciәt etmәlidirlәr. Ərizәdә vergi ödәyicisinin eynilәşdirmә nömrәsi (VÖEN-ni), bank rekvizitlәri, 2001-ci il üçün kütlәvi informasiya vasitәlәri mәhsullarının illik satışından redaksiyanın әldә etdiyi mәnfәәtdәn (reklam gәlirlәri istisna olmaqla) ödәdiyi verginin mәblәği vә ödәmә tarixlәri göstәrilmәlidir.

Redaksiyaların müraciәti әsasında kütlәvi informasiya vasitәlәri mәhsullarının illik satışından redaksiyaların әldә etdiklәri mәnfәәtin (reklam gәlirlәri istisna olmaqla) vә hәmin mәnfәәtdәn ödәdiklәri verginin mәblәği vergi orqanı tәrәfindәn vergi yoxlaması keçirmәklә dәqiqlәşdirilmәli vә müvafiq aktla rәsmilәşdirilmәlidir. Yoxlama zamanı redaksiyaların kütlәvi informasiya vasitәlәrinin illik satışından vә reklam fәaliyyәtindәn әldә olunan mәnfәәtlәrinin mәblәğlәri ayrı-ayrılıqda müәyyәn olunmalıdır. Bunun üçün redaksiyaların 2001-ci ildә әldә etdiklәri gәlirlәrin tәrkibindә kütlәvi informasiya vasitәlәrinin satışından vә reklam fәaliyyәtindәn әldә olunmuş gәlirlәrin xüsusi çәkisi müәyyәn edilmәli vә bu әmsallar cәmi xәrclәrә vurulmaqla hәr bir fәaliyyәt növü üzrә xәrclәr müәyyәn edilmәlidir. Aktda eyni zamanda redaksiyaların 2001-ci ildә kütlәvi informasiya vasitәlәrinin illik satışından әldә etdiklәri mәnfәәtdәn (reklam gәlirlәri istisna olmaqla) büdcәyә ödәdiklәri mәnfәәt vergisinin mәblәği dә göstәrilmәlidir.

Vergi yoxlamasının nәticәlәrinә әsasәn hәr bir redaksiya üzrә kütlәvi informasiya vasitәlәri mәhsullarının illik satışından әldә edilmiş mәnfәәtdәn (reklam gәlirlәri istisna olmaqla) ödәnilmiş verginin mәblәği barәdә Nazirlәr Kabinetinin 09 avqust 2002-ci il tarixli 127 saylı Qәrarı ilә tәsdiq edilmiş Qaydaların әlavәsinә uyğun forma üzrә mәlumatlar 2002-ci ilin sentyabr ayının 25-dәk Vergilәr Nazirliyinә tәqdim edilmәlidir.

Qeyd olunanlar rәhbәrlik vә icra üçün bildirilmәklә, Nazirlәr Kabinetinin 09 avqust 2002-ci il tarixli 127 saylı Qәrarı ilә әlaqәdar vergi ödәyicilәrinin mәlumatlandırılması vә vәsaitlәrin qaytarılması barәdә bu Qәrara uyğun olaraq daxil olmuş әrizәlәr üzrә qanunamüvafiq tәdbirlәrin görülmәsi Sizә tapşırılır.

Nazir

 F. Mәmmәdov