|
26 aprel 2002 il №13/01-25/1396-1231 Vergilәr Nazirliyinin yerli vergi orqanlarının rәhbәrlәrinә Vergilәr Nazirliyinә daxil olan mәlumatların tәhlili göstәrir ki, bәzi hallarda vergi orqanlarının nümayәndәlәri tәrәfindәn, vergi qanunvericiliyi ilә nәzәrdә tutulmadığı halda, vergi ödәyicilәrindәn vergilәrin qabaqcadan ödәnilmәsi tәlәb edilir vә bu da ödәyicilәrin haqlı narazılığına sәbәb olur. Qanunvericiliklә nәzәrdә tutulmuş hallar istisna olmaqla, vergi ödәyicilәrindәn gәlәcәkdә yaranacaq vergi öhdәliklәrinin qabaqcadan ödәnilmәsinin tәlәb edilmәsi hallarına bir daha yol verilmәmәsini, bu cür halların qarşısını almaq üçün tәsirli tәdbirlәr görәrәk, tabeçiliyinizdә olan işçilәrin vergi ödәyicilәri ilә münasibәtlәrinin Vergi Mәcәllәsinә vә «Dövlәt vergi orqanlarında xidmәt haqqında Əsasnamә»yә uyğun qurulmasını tәmin etmәyi Sizә tapşırıram.
2-ci dәrәcәli dövlәt vergi xidmәti müşaviri F.Mәmmәdov
|