08/08-25/1703-2574

26 sentyabr 2002-ci il

Naxçıvan MR Vergilәr Nazirinә, Bakı şәhәri Baş Vergilәr İdarәsinin, Ərazi Vergilәr İdarәlәrinin rәhbәrlәrinә

Nazirlәr Kabinetinin 3 sentyabr 2001-ci il tarixli, 145 saylı qәrarına әsasәn ümumi sahәsindәn asılı olmayaraq bütün ticarәt, ictimai iaşә vә xidmәt obyektlәrindә nәzarәt-kassa aparatları tәtbiq edilmәlidir.

Nәzarәt-kassa aparatları üzrә sahәlәrarası ekspert komissiyasının 1 mart 2002-ci il tarixli qәrarına müvafıq olaraq kiçik ölçülü (portativ) nәzarәt-kassa aparatlarının quraşdırılması prosesi Bakı, Naxçıvan, Sumqayıt, Gәncә vә Mingәçevir şәhәrlәrindә ümumi sahәsi 6 kv.metrәdәk olan obyektlәrdә 2002-ci il okıyabrın 1-dәk, digәr şәhәrlәrdә ümumi sahәsi 6 kv.metrәdәk, rayon mәrkәzlәri vә şәhәr tipli qәsәbәlәrdә ümumi sahәsi 9 kv.metrәdәk olan obyektlәrdә dekabrın 1-dәk, kәnd yerlәrindә ümumi sahәsi 12 kv.metrәdәk olan obyektlordә isә dekabrın 31-dәk başa çatdırılmalıdır.

Lakin indiyәdәk bu tәdbirlәr barәsindә mәlumatların verilmәsinә bamayaraq yerlәrdә aparatların tәtbiqi işi gecikdirilir.

Göstәrilәn çatışmazlığı aradan qaldırnaq vә işin mütәşәkkilliyini tәmin etmәk mәqsәdilә Vcrgilәr Nazirliyi tәrәfindәn sahibkarlara ünvanlanmış müraciәt formasının (әlavә olunur) müvafiq obyekt sahiblәrinә tәqdim edilmәsinin tәşkili Sizә tapşırılır.

Vergi siyasәti vә strateji araşdırmalar Baş İdarәsinin rәisi

A.Musayev

 

Sahibkarların nәzәrinә!

Xatırladırıq ki, Nazirlәr Kabinetinin 3 sentyabr 2001-ci il tarixli, 145 saylı qәrarına әsasәn ümumi sahәsindәn asılı olmayaraq bütün ticarәt, ictimai vә xidmәt obyektlәrindә vergi mәqsәdlәri üçün nәzarәt-kassa aparatları tәtbiq edilmәlidir.

Kiçik ölçülü nәzarәt-kassa aparatlarının quraşdırılması prosesi Bakı, Naxçıvan, Sumqayıt, Gәncә vә Mingәçevir şәhәrlәrindә 2002-ci il oktyabrın 1-dәk, digәr şәhәrlәrdә, rayon mәrkәzlәri vә şәhәr tipli qәsәbәlәrdә dekabrın 1-dәk, kәnd yerlәrindә isә dekabrın 31-dәk başa çatdırılmalıdır.

Bildiririk ki, nәzarәt-kassa aparatlarının quraşdırılmasını vaxtında hәyata keçirmәyәnlәr İnzibati Xәtalar Mәcәllәsinin 252-ci maddәsinә әsasәn mәsuliyyәtә cәlb olunurlar.

Deyilәnlәri nәzәrә alaraq, Sizә nәzarәt-kassa aparatlarının quraşdırılmasını vaxtında çatdırmağı vә bu işdә hәr hansı mәsәlәyә aydınlıq gәtirmәk üçün yerli vergi orqanlarına müraciәt etmәyi tövsiyyә edirik. Kiçik ölçülü kassa aparatlarının әldә edilmәsi vә quraşdırılması ilә әlaqәdar isә aşağıdakı istehsalçı müәssisәlәrә müeaciәt edә bilәrsiniz:

“Radioquraşdırma” İB – 71-00-14

“Billur” EİB – 5-07-76 (Gәncә)

“Bakı-İnter” MMM – 67-74-88

“SVA Elektroniks LTD” – 90-63-81

Cihazqayıranlar Cәmiyyәti – 47-57-90