27 may 2002 il

№10/01-25/384-1534

Vergilәr Nazirliyinin yerli vergi orqanlarının rәhbәrlәrinә

Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin 150-ci maddәsinә әsasәn muzdla işlәyәn fәziki şәxslәrә ödәmәlәr verәn hüquqi şәxslәr vә sahibkarlar ödәmә mәnbәyindә gәlir vergisini tutmağa vә qeydiyyatda olduğu әrazi üzrә yerli xәzinәdarlıq orqanının hesabına göçürmәyә borcludurlar. Hәmin şәxslәr verginin tutulması vә büdcәyә göçürülmәsi üçün cavabdehdirlәr.

 Bununla әlaqәdar әmәkdaşların әldә etdiyi gәlir yalnız әmәk haqqından ibarәt olduqda onların әlavә olaraq vergi qeydiyyatından keçmәyinә vә vergi ödәyicisinin eynilәşdirmә nömrәsi almağına ehtiyac yaranmır.

Azәrbaycan Respublikası Vergilәr Nazirliyi müәssisә vә tәşkilatlardan daxil olmuş sorğu vә şikayәtlәrlә әlaqәdar qeyd edilәnlәri nәzәrinizә çatdıraraq gәlirlәri әmәk haqqı mәblәğlәrindәn ibarәt olan vәtәndaşların ev ünvanlarına getmәk vә mәcburi qeydiyyata durmaq tәlәblәri irәli sürmәk hallarının aradan qaldırılmasını Sizә tapşırır.

2-ci dәrәcәli dövlәt vergi xidmәti müşaviri 

F.Mәmmәdov