| 13/03-25/2403-3403 Vergilәr Nazirliyinin Bakı şәhәri Vergilәr Departamentinә vә әrazi vergilәr idarәlәrinә Әmәk vә Әhalinin Sosial Müdafiәsi Nazirliyinin şәhәr (rayon) әhalinin sosial müdafiә mәrkәzlәrinә vә mәşğulluq mәrkәzlәrinә Azәrbaycan Respublikası Prezidentinin «Sahibkarlığın inkişafına mane olan müdaxilәlәrin qarşısının alınması haqqında» 28 sentyabr 2002-ci il tarixli Fәrmanından irәli gәlәn vәzifәlәrin icrası mәqsәdilә Vergilәr Nazirliyinin 74 şәhәr vә rayon vergilәr idarәlәri (şöbәlәri) lәğv edilmiş, onların әvәzinә Bakı şәhәri Vergilәr Departamenti vә 12 әrazi vergilәr idarәlәri yaradılmışdır. Vergi xidmәtinin әrazilәr üzrә qurulması ilә әlaqәdar olaraq, әhalinin sosial müdafiә mәrkәzlәri vә mәşğulluq mәrkәzlәri tәrәfindәn sosial müdafiәnin hәyata keçirilmәsi mәqsәdilә vәtәndaşlardan sahibkarlıq fәaliyyәti göstәrib-göstәrmәmәsi barәdә tәlәb edilәn arayışlann alınması üçün әhali tәrәfindәn vergi orqanlarına müraciәt edilmәsi çәtinlәşmişdir. Әrazi vergilәr idarәlәrinin yerlәşdiyi rayonlarda yaşamayan vәtәndaşlar bu arayışların әldә edilmәsi üçün yaşadıqlan rayondan digәr inzibati әraziyә gәlmәli vә vergi orqanına müraciәt etmәlidirlәr. Bu isә әlavә vaxt vә maddi mәsrәflәrә sәbәb olduğu üçün әhalidә narazılıq doğurur. Yuxarıda göstәrilәnlәrlә әlaqәdar olaraq, Vergilәr Nazirliyi vә Әmәk vә Әhalinin Sosial Müdafiәsi Nazirliyi sahibkarlıq fәaliyyәti barәdә mәlumatların әldә edilmәsi mәqsәdilә әhalinin sosial müdafiә mәrkәzlәri vә mәşğulluq mәrkәzlәrinin bilavasitә әrazi vergilәr idarәlәrinә müraciәt etmәlәrini mәqsәdәmüvafiq hesab edәrәk, tabeliklәrindә olan müvafiq strukturlara aşağıdakıları tapşırırlar: 1. Bakı şәhәri Vergilәr Departamenti vә әrazi vergilәr idarәlәri hәr il fevral ayının 15-dәn gec olmamaq şәrti ilә әhalinin sosial müdafiә mәrkәzlәrinә hәmin rayonlarda vergi uçotuna alınmış fiziki şәxslәrin siyahılarını göndәrsinlәr. Bu siyahılarda fiziki şәxslәrin soyadı, adı vә atasının adı, yaşadığı ünvan vә onlara verilmiş vergi ödәyicilәrinin eynilәşdirmә nömrәsi (VÖEN) göstәrilmәlidir. 2. Bu siyahılarda olmayan vәtәndaşların sahibkarlıq fәaliyyәti göstәrib-göstәrmәmәsi barәdә mәlumatlar Bakı şәhәri Vergilәr Departamenti vә әrazi vergilәr idarәlәri tәrәfındәn şәhәr vә rayonların әhalinin sosial müdafiә mәrkәzlәrinin vә mәşğulluq mәrkәzlәrinin bilavasitә müraciәti әsasında verilsin. 3. Bu mәqsәdlә әhalinin sosial müdafıә mәrkәzlәri vә mәşğulluq mәrkәzlәri sahibkarlıq fәaliyyәti göstәrib-göstәrmәmәsi barәdә mәlumatı tәlәb edilәn vәtәndaşların soyadı, adı vә atasının adı, yaşadığı ünvanı göstәrilmәklә tәrtib etdiklәri mәktubu Bakı şәhәri Vergilәr Departamentinә vә ya müvafiq әrazi vergilәr idarәsinә göndәrsinlәr. 4. Bakı şәhәri Vergilәr Departamenti vә әrazi vergilәr idarәlәri mәlumatı müraciәt daxil olan gündәn sonrakı 5 gün әrzindә müvafiq sosial müdafiә mәrkәzinә vә ya mәşğulluq mәrkәzinә göndәrsinlәr. Bu zaman mәktubda vәtәndaşların vergi uçotunda olub-olmamaları, olduğu halda onların VÖEN-i qeyd edilir. Әhalinin sosial müdafiә mәrkәzlәri vә mәşğulluq mәrkәzlәrinә vәtәndaşların sahibkarlıq fәaliyyәti göstәrib-göstәrmәmәsi barәdә göndәrilәn mәlumatlar vergi orqanının möhürü vә ımәsul vәzifәli şәxsinin imzası ilә tәsdiqlәnmәlidir. 5. Bu göstәriş imzalandığı gündәn qüwәyә minir. Azәrbaycan Respublikasının
Verg ilәr Nazirinin müavini 27 dekabr 2002-ci il Azәrbaycan Respublikasının
Әmәk vә Әhalinin Sosial Müdafiәsi
İ.Rәhimov 27 dekabr 2002-ci il |