28 mart 2002 il

№13/01-25/1041-867  Vergilәr Nazirliyinin yerli vergi orqanlarının rәhbәrlәrinә

Vergilәr Nazirliyinin 21 yanvar 2002-ci il tarixli 08/01-25/70-197 saylı mәktubu ilә qanunvericiliklә müәyyәn edilәn hallarda maliyyә hesabatları auditor tәrәfindәn yoxlanılmalı olan müәssisә vә tәşkilatlardan mәnfәәt vergisinin bәyannamәsinә auditor rәyinin әlavә edilmәsinin tәlәb olunması barәdә yerli vergi orqanlarına müvafiq tapşırıq verilmişdir.

Vergi ödәyicilәrindәn daxil olmuş çoxsaylı müraciәtlәr әsasında müәyyәn edilmişdir ki, yerli vergi orqanları tәrәfindәn әsassız olaraq vergi hesabatlarının müәyyәn edilmiş qaydada qәbulu aparılmır vә bütün hallarda auditor rәyi әlavә edilmәklә vergi hesabatının vergi orqanına tәqdim edilmәsi tәlәb olunur.

 Bununla әlaqәdar olaraq bildiririk ki, Azәrbaycan Respublikasının Vergi Mәcәllәsinin 16.1.4-cü maddәsinә әsasәn auditor tәrәfindәn tәsdiq olunmaqla tәqdim edilmәsi nәzәrdә tutulduğu hallarda, auditor rәyi әlavә edilmәklә vergi hesabatının vergi orqanına tәqdim edilmәsi vergi ödәyicisinin vәzifәlәrinә aid edilmişdir.

 Vergi Mәcәllәsindә auditor rәyinin tәqdim olunmamasına görә hesabatların qәbulunun vә vergilәrin hesablanmasının dayandırılması nәzәrdә tutulmamışdır.

 Göstәrilәnlәri icra etmәk Sizә tapşırılır. 

2-ci dәrәcәli dövlәt vergi xidmәti müşaviri 

F.Mәmmәdov