| 13/13-25/1980-2347 29 avqust 2002-ci il Naxçıvan MR Vergilәr Nazirliyinә, İri vergi ödәyicilәri vә xüsusi vergi rejimli müәssisәlәr ilә iş üzrә Departamentin, Bakı şәhәri Baş Vergilәr İdarәsinin, Vergilәr Nazirliyinin Ərazi üzrә Vergilәr İdarәlәrinin rәislәrinә Vergilәr Nazirliyi cari vergi ödәmәlәrinin uçotu ilә bağlı daxil olan sorğulara cavab olaraq aşağıdakıları bildirir: Vergi Mәcәllәsinin 151-ci maddәsinә әsasәn cari vergi ödәmәlәrinin müәyyәnlәşdirilmәsinin iki metodu tәtbiq edilir: Birinci metoda görә, rüb qurtardıqdan sonra 15 gündәn gec olmayaraq aparılan hәr cari ödәmәnin mәblәği әvvәlki vergi ilindә hesablanmış vergi mәblәğinin 1/4 hissәsini tәşkil edir (151.1). İkinci metoda әsasәn, vergi ödәyicisi cari vergi ödәmәlәrinin mәblәğini bu rübdәki gәlirin hәcmini onun keçәn ilin ümumi gәlirindә (gәlirdәn çıxılan mәblәğlәr nәzәrә alınmadan) verginin xüsusi çәkisini göstәrәn әmsala vurmaqla müәyyәnlәşdirә bilәr (151.2). Vergi ödәyicisi yuxarıda qeyd olunan metodlardan hansını tәtbiq edәcәyini vergi orqanına bildirmәdiyi tәdqirdә, vergi orqanı tәrәfindәn cari vergi ödәmәlәrinin mәblәğinin hesablanılması üçün birinci metod әsas götürülür. Vergi Mәcәllәsinin 77.1-ci maddәsinә әsasәn vergi ödәyicisinin Mәcәllәdә göstәrilәn hallarda vә qaydada müәyyәn edilәn cari vergi ödәmәlәrini ödәmәk vәzifәsi onun vergi öhdәliyi hesab olunur. 59.1-ci maddәyә әsasәn cari vergi ödәmәsi Vergi Mәcәllәsi ilә müәyyәn edilmiş müddәtdә ödәnilmәdikdә, ödәmә müddәtindәn sonrakı hәr bir ötmüş gün üçün vergi ödәyicisindәn ödәnilmәmiş cari vergi ödәmәsi mәblәğinin 0,05 faizi mәblәğindә faiz tutulur. Əgәr vergi ödәyicisi tәrәfindәn vergi orqanına Mәcәllәnin 16.2 maddәsinә әsasәn hesabat dövründә sahibkarlıq fәaliyyәti olmadığı barәdә arayış verilәrsә, bu halda vergi orqanı tәrәfindәn hesablanmış cari vergi mәblәğlәri silinlr. İlin yekununa görә vergi ödәyicisi tәrәfindәn vergi orqanına bәyannamә tәqdim edilәrkәn hesabat mәlumatlarına әsasәn onun il әrzindә fәaliyyәt göstәrmәmәsi, yaxud hesablanmış verginin cari vergi ödәmәsindәn fәrqli olduğu müәyyәn edilirsә, hesablanmış vergi vә faiz mәblәğlәri vergi ödәyicisinin şәxsi hesab vәrәqәsindә dürüstlәşdirilir. Bu zaman cari vergi ödәmә mәblәğlәri hesablanmış vergidәn azdırsa, fәrq mәblәği әlavә olaraq büdcәyә ödәnilir, çox olduqda artıq ödәnilmiş mәblәğ növbәti ödәniş hesabına aid edilir, yaxud Mәcәllәnin 87-ci maddәsinә uyğun olaraq ödәyicinin әrizәsinә әsasәn ona qaytarılır. Ötәn ildә vergiyә cәlb olunan fәaliyyәti olmuş, lakin cari ildә fәaliyyәtinin müvәqqәti olaraq dayandırılması barәdә rәsmi mәlumat tәqdim edәn şәxslәrә cari vergilәrin hesablanması Vergi Mәcәllәsindә nәzәrdә tutulmamışdır. Nazirin müavini, N.Qasımov |