|
08/08-25/749-1782
26 aprel 2001
Naxçıvan MR Vergilәr Nazirinә,
Bakı şәhәri Baş Vergilәr İdarәsinin,
şәhәr vә rayonlar üzrә vergilәr
idarәlәrinin (şöbәlәrinin) rәislәrinә
Vergilәr Nazirliyinin Vergi siyasәti vә strateji
araşdırmalar Baş İdarәsi Vergi Mәcәllәsinә
uyğun olaraq hesabatın verilmәsi müddәtinin uzadılması
barәdә aşağıdakıları bildirir:
Azәrbaycan Respublikasının Vergi Mәcәllәsinin
74.1-ci maddәsinә әsasәn hesabatın verilmә
müddәti başa çatanadәk vergi ödәyicisi
gәlir vergisinin vә ya mәnfәәt vergisinin hesabatının
verilmәsi müddәtinin uzadılması barәdә
müraciәt edirsә vә bu zaman ödәnilmәli
olan verginin mәblәğini tamamilә ödәyirsә,
hesabatın verilmәsi müddәti 3 ayadәk uzadılmış
hesab olunur.
Vergi ödәyicisi gәlir vergisinin vә ya mәnfәәt
vergisinin hesabatının verilmәsi müddәtinin uzadılması
barәdә rәsmi olaraq mәktubla vә ya әrizә
ilә müraciәt edir. Mәktubda vә ya әrizәdә
hesabatın verilmәsi müddәtinin uzadılması
sәbәblәri, hesabat dövrü üzrә hesablanmış
gәlir vergisinin vә ya mәnfәәt vergisinin mәblәği,
onun tamamilә ödәnilmәsi vә ya artıq
ödәmәlәr hesabına nәzәrә alınması
göstәrilir.
Vergi Mәcәllәsinin 152.1-ci maddәsinә әsasәn
vergi ödәyicilәri vergi ili üçün mәnfәәt
vә ya gәlir vergisi hesabatının verilmәsinin
müәyyәn edilmiş vaxtınadәk son hesablamanı
aparmalı vә vergini ödәmәlidirlәr.
Vergi ödәyicisi gәlir vergisini vә ya mәnfәәt
vergisini Vergi Mәcәllәsinin 151-ci maddәsinin müddәalarına
әsasәn cari ildә dörd dәfәyә avans
şәklindә ödәdiyi halda da hesabatın verilmәsi
müddәtinin uzadılması barәdә müraciәt
edә bilәr. Cari vergi ilindә vergi ödәyicisinin
gәliri әvvәlki illә müqayisәdә çox
olduqda cari vergi ödәmәlәrinin mәblәği
cari vergi ilindә gәlirin hәcmini onun keçәn
ilin ümumi gәlirindә (gәlirdәn çıxılan
mәblәğlәr nәzәrә alınmadan) verginin
xüsusi çәkisini göstәrәn әmsala vurmaqla
müәyyәnlәşdirilir.
Əvvәlki vergi ilindә vergi ödәyicisinin
gәlir vergisi vә ya mәnfәәt vergisi olmamışdırsa,
vergi ödәyicisi cari vergi ilindә yaranan gәlirlәrindәn
vergilәri hesablayıb ödәdikdәn sonra hesabatın
verilmәsi müddәtinin uzadılması barәdә
müraciәt edә bilәr.
Hesabatın verilmәsi müddәtinin uzadılması
verginin ödәnilmәsi müddәtini dәyişdirmir.
Uzadılmış müddәt başa çatdıqdan
sonra verilәn hesabatlar üzrә hesablanmış verginin
mәblәği ödәnilmiş mәblәğdәn
artıq olduqda Vergi Mәcәllәsinin 74.2-ci maddәsinә
әsasәn yaranan fәrq verginin ödәnilmәsinin
son müddәti günündәn hesablanan faizlәr
nәzәrә alınmaqla büdcәyә keçirilmәlidir.
Vergi ödәyicisi müddәtin uzadılması
barәdә müraciәt etmәdikdә vә hesabat
dövrü üzrә ödәnilmәli olan verginin
mәblәğini ödәmәdikdә hesabatın
verilmәsi müddәti uzadılmır.
Vergi siyasәti vә strateji araşdırmalar Baş İdarәsinin
rәisi
A.Musayev
|