|
08/01-25/866-2093
14 may 2001
Naxçıvan MR Vergilәr Nazirinә, Bakı şәhәri
Baş Vergilәr İdarәsinin, şәhәr
vә rayonlar üzrә vergilәr idarәlәrinin
(şöbәlәrinin) rәislәrinә
Vergilәr Nazirliyi ƏDV-nin mәqsәdlәri üçün
qeydiyyata alınmağa dair Rabitә Nazirliyi sisteminә
daxil olan vergi ödәyicilәrindәn daxil olmuş
çoxsaylı sorğularla әlaqәdar aşağıdakıları
bildirir:
Mәlum olduğu kimi, Rabitә Nazirliyinin tabeçiliyinә
poçt, rabitә xidmәtlәri göstәrәn şәxslәr
Rabitә Nazirliyi tәrәfindәn müәyyәnlәşdirilәn
qiymәt vә tariflәr әsasında fәaliyyәt
göstәrirlәr. Bu şәxslәrdәn hәr
biri xidmәtin bir hissәsini hәyata keçirir vә
bütövlükdә bu xidmәtlәr üzrә gәlir
vә xәrclәr Rabitә Nazirliyindә formalaşır.
Rabitә Nazirliyi sisteminә daxil olan vә poçt, rabitә
xidmәti göstәrәn şәxslәrin әksәriyyәti
ƏDV ödәyicisi olduğundan Nazirlik tәrәfindәn
müәyyәnlәşdirilәn qiymәt vә tariflәrdә
әlavә dәyәr vergisi nәzәrdә tutulur.
Vergi Mәcәllәsinin әlavә dәyәr vergisi
barәdә XI fәslinin 171.1-ci maddәsinә әsasәn
mallar göndәrilmәsinә, işlәr görülmәsinә
vә ya xidmәtlәr göstәrilmәsinә yardımçı
xarakter daşıyan mallar göndәrilmәsi, işlәr
görülmәsi, xidmәtlәr göstәrilmәsi
onların bir hissәsi sayılır.
Eyni zamanda, Vergi Mәcәllәsinin 155.3-cü mәddәsinin
müddәalarına әsasәn hüquqi şәxs
yaratmadan sahibkarlıq fәaliyyәti göstәrәn
şәxslәr Vergi Mәcәllәsinin 137-ci
maddәsinә uyğun olaraq birgә fәaliyyәt göstәrdikdә
vә iştirakçılardan biri ƏDV ödәyicisi
olduğu halda qalan şәxslәr qeydiyyata alınmaq
üçün әrizә vermәyә borcludur.
Yuxarıda göstәrilәnlәri nәzәrә
alaraq bildiririk ki, Rabitә Nazirliyinin tabeçiliyindә
olan, yaxud poçt, rabitә xidmәtlәrinin bir hissәsini
hәyata keçirәn şәxslәr ƏDV-ә cәlb
olunan әmәliyyatın bir hissәsinin hәyata keçirdiyindәn,
gәlir vә xәrclәr Rabitә Nazirliyindә
formalaşdığından vә xidmәtin bir neçә
mәrhәlәdә vә ya hissәdә göstәrilmәsinә
baxmayaraq, tam xidmәt üzrә qiymәt vә tariflәr
Rabitә Nazirliyi tәrәfindәn müәyyәnlәşdirildiyindәn
vә bu qiyiәt vә tariflәrdә ƏDV nәzәrdә
tutulduğundan, göstәrilәn şәxslәr vergi
tutulan әmәliyyatlarının hәcmindәn asılı
olmayaraq ƏDV ödәyicisi kimi qeydiyyata durmağa borcludur.
Nazir
F.Mәmmәdov
|