08/01-25/887-2120
16 may 2001

Naxçıvan MR Vergilәr Nazirinә, Bakı şәhәri Baş Vergilәr İdarәsinin, şәhәr vә rayonlar üzrә vergilәr idarәlәrinin (şöbәlәrinin) rәislәrinә

Vergilәr Nazirliyi pullu tәhsil xidmәtlәrinin ƏDV-yә cәlb olunması barәdә aşağıdakıları bildirir:
2001-ci ilin yanvarın 1-dәn qüvvәdә olan Azәrbaycan Respublikasının Vergi Mәcәllәsinә әsasәn pullu tәhsil xidmәtlәrinin göstәrilmәsi әlavә dәyәr vergisinin mәqsәdlәri üçün vergitutma obyektidir.
Bununla әlaqәdar olaraq Tәhsil Nazirliyi vә tәdris müәssisәlәrindәn tәhsil xidmәtlәrinin әlavә dәyәr vergisinә cәlb olunması nәticәsindә ciddi maliyyә çәtinliklәri barәdә çoxsaylı müraciәtlәr daxil olmuşdur.
Qaldırılmış problemlәrin hәllini tapmaq mәqsәdilә Vergi Mәcәllәsinin әlavә dәyәr vergisi barәdә      fәslinin müddәalarının pullu tәhsil xidmәtlәrinә 01.09.2001-ci il tarixdәn tәtbiq edilmәsinә dair qanunvericilikdә dәyişikliklәr edilmәsi üçün müvafiq orqanlara müraciәt edilmişdir.
Göstәrilәnlәri nәzәrә alaraq tәhsil müәssisәlәrindәn ƏDV-nin tutulmasını müvafiq әlavә tapşırıq olana qәdәr tәxirә salmağınız Sizә tapşırılır.

 

Nazir
F.Mәmmәdov