08/01-25/949-2273
23 may 2001

Naxçıvan MR Vergilәr Nazirinә, Bakı şәhәri Baş Vergilәr İdarәsinin, şәhәr vә rayonlar üzrә  vergilәr idarәlәrinin (şöbәlәrinin) rәislәrinә

 Əlavә dәyәr vergisinin ödәyicilәri olan yanacaq doldurma mәntәqәlәri tәrәfindәn yanacaq mәhsulları tәqdim olunarkәn vergi hesab fakturalarının verilmәmәsi ilә bağlı Vergilәr Nazirliyinә çoxsaylı müraciәtlәr daxil olmuşdur.
 Müraciәtlәrdәn görünür ki, ƏDV ödәyicilәri olan yanacaq doldurma mәntәqәlәrindәn yanacaq mәhsulları alınarkәn hәmin mәntәqәlәr vergi hesab fakturasını tәlәb olunmasına baxmayaraq vermir vә nәticәdә ƏDV ödәyicilәri olan alıcılar yanacaq mәhsullarını alarkәn ödәnilmiş (ödәnilmәli olan) ƏDV mәblәğlәrini әvәzlәşdirә bilmir.
 Azәrbaycan Respublikasının Vergi Mәcәllәsinin 176.3-cü maddәsinә әsasәn vergi ödәyicisi malın alıcısına (işlәrin, xidmәtlәrin sifarişçisinә) vergi hesab-fakturasını mal göndәrәnlәrdәn, iş görülәndәn, xidmәt göstәrilәndәn sonra 5 gündәn gec olmayaraq vermәyә borcludur.
 Vergi Mәcәllәsinin 176.4-cü maddәsinә әsasәn ƏDV-nin ödәyicilәri olmayan alıcılara pәrakәndә mal göndәrildikdә vә ya xidmәt göstәrildikdә, vergi hesab-fakturası әvәzinә qәbz vә ya çek verilә bilәr.
 Vergi Mәcәllәsinin yuxarıda göstәrilәn müddәalarına әsasәn vergi hesab-fakturaları tәlәb olunduğu bütün hallarda verilmәlidir.
 Eyni zamanda İnzibati Xәtalar Mәcәllәsinin 244.3.2-ci maddәsinә әsasәn әlavә dәyәr vergisinin hesab-fakturasının verilmәmәsinә vә ya әlavә dәyәr vergisi mәblәğinin azaldılmasına, yaxud әvәzlәşdirmә mәblәğinin artırılmasına sәbәb olan әlavә dәyәr vergisinin hesab-fakturasının düzgün verilmәmәsinә görә fiziki şәxslәr minimum әmәk haqqı mәblәğinin iyirmi mislindәn iyirmi beş mislinәdәk miqdarda, vәzifәli şәxslәr minimum әmәk haqqı mәblәğinin qırx mislindәn altmış mislinәdәk miqdarda, hüquqi şәxslәr minimum әmәk haqqı mәblәğinin yüz mislindәn yüz әlli mislinәdәk miqdarda cәrimә edilir.
 Qeyd olunanları nәzәrә alaraq aşağıdakı tәdbirlәrin görülmәsini tәmin etmәk Sizә tapşırılır:
1.Ərazinizdә fәaliyyәt göstәrәn yanacaq doldurma mәntәqәlәrinin rәhbәrlәrinә rәsmi xәbәrdarlıq etmәklә Azәrbaycan Respublikasının Vergi Mәcәllәsinin vә İnzibati Xәtalar Mәcәllәsinin müvafiq müddәalarını onların nәzәrinә çatdırın vә bildirin ki, vergi hesab-fakturaları tәlәb olunduğu halda müәyyәn olunmuş müddәtdә verilmәdikdә İnzibati Xәtalar Mәcәllәsindә nәzәrdә tutulmuş mәsuliyyәt tәdbirlәri hәyata keçirilәcәkdir.
2.Vergi ödәyicilәri tәrәfindәn vergi hesab-fakturasının tәlәb olunduğu halda, müәyyәn olunmuş müddәtdә verilmәmәsi barәdә vergi orqanlar müraciәtlәr daxil olduqda operativ nәzarәti hәyata keçirmәklә  İnzibati Xәtalar Mәcәllәsindә nәzәrdә tutulmuş mәsuliyyәt tәdbirlәrini görün.

Nazir
 F. Mәmmәdov