17/03-25/40-356
23 may 2001

Naxçıvan   MR   Vergilәr  Nazirinә, Verqilәr Nazirliyinin yanında Departamentlәrin, Bakı şәhәri üzrә Baş Vergilәr İdarәsinin, Ərazi Vergilәr İdarәlәrinin rәislәrinә  İnzibati Xәtalar Mәcәllәsinә edilmiş dәyişikliklәr vә әlavә lәr  haqqında


«Azәrbayjan Respublikasının bәzi qanunverijilik aktlarına  dәyişikliklәr vә әlavәlәr edilmәsi haqqında»  27.12.2001-ji il tarixli  Azәrbayjan  Respublikasının Qanunu  ilә İnzibati Xәtalar Mәjәllәsinә  dәyişikliklәr vә әlavәlәr edilmәsi ilә әlaqәdar  olaraq Vergilәr Nazirliyi  rәhbәrlik vә ijra  üçün aşağıdakıları bildirir.
«Azәrbayjan Respublikasının bәzi qanunverijilik aktlarına  dәyişikliklәr vә әlavәlәr edilmәsi haqqında»  27.12.2001-ji il tarixli  Azәrbayjan  Respublikasının Qanunu  ilә İnzibati Xәtalar Mәjәllәsinә aşağıdakı dәyişikliklәr vә әlavәlәr edilmişdir. 
Mәjәllәnin 35-ji maddәsinin mәtni 35.1-ji maddә hesab edilmiş vә 35-ji maddәyә aşağıdakı mәzmunda  35.2-ji maddә әlavә edilmişdir:
«35.2. Bir şәxsin törәtdiyi  bir neçә  inzibati xәtaya dair işlәrә eyni vaxtda  eyni orqan tәrәfindәn  baxıldıqda, hәmin şәxs  daha jiddi  xәtaya görә müәyyәn edilmiş sanksiya çәrçivәsindә  tәnbeh edilir. Bu halda törәdilmiş xәtalardan  hәr hansı  birinә görә  nәzәrdә tutulmuş әlavә tәnbehlәrdәn  biri әsas tәnbehә әlavә edilә bilәr»
Göründüyü  kimi, qeyd olunan  qanunla İnzibati Xәtalar Mәjәllәsinin Ümumi hissәsindә müәyyәn edilmiş maddәyә  dәyişiklik vә әlavәlәr edilmişdir. Bu zaman nәzәrә  almaq  lazımdır ki, hәmin hissәdә nәzәrdә tutulmuş  maddәlәrin tәlәblәri  Mәjәllәnin Xüsusi hissәsindә nәzәrdә tutulmuş maddәlәrin, yәni konkret inzibati xәtalarla әlaqәdar mәsuliyyәt müәyyәn edәn maddәlәrin tәtbiqi zamanı mütlәq qaydada rәhbәr tutulmalıdır.  Bununla әlaqәdar  vergi orqanları tәrәfindәn  vergi ödәyijilәrindә  müvafiq  yoxlamalar  aparılarkәn, vergi qanunverijiliyi sahәsindә bir neçә inzibati  xәta faktı aşkar edildiyi halda vә hәmin inzibati xәtalara eyni vaxtda vә eyni vergi orqanı  tәrәfindәn baxıldıqda,  hәr bir inzibati  xәtaya  görә ayrılıqda deyil,  daha jiddi xәtaya görә müәyyәn edilmiş  jәrimә mәblәği jәrçivәsindә inzibati tәnbeh tәtbiq edilmәlidir. Lakin  göstәrilәn yoxlama zamanı   baxılması vergi orqanlarının sәlahiyyәtinә aid olmayan digәr inzibati  xәta faktlarıda aşkar edildiyi halda, vergi qanunverijiliyinin pozulması ilә әlaqәdar inzibati tәnbeh  tәdbirlәri görülmәklә  yanaşı , hәmin inzibati xәtalarla әlaqәdar müvafiq tәdbirlәr görülmәsi üçün  iş üzrә materiallar aidiyyatı orqanlarada göndәrilmәlidir.  
Eyni  zamanda  nәzәrә almaq  lazımdır ki, İnzibati  Xәtalar Mәjәllәsinin 7.2-ji maddәsinә әsasәn «Hüquqi  şәxslәr  mülkiyyәt  formasından, olduqları yerdәn, tәşkilati-hüquqi formalarından vә tabeçiliyindәn asılı olmayaraq  inzibati mәsuliyyәtә jәlb olunurlar.»  Digәr tәrәfdәn  bildiyiniz  kimi, inzibati  xәtanın subyekti  baxımından vәzifәli şәxslә  hüquqi şәxs  bir-birindәn  fәrqlәnir vә  eyniyyәt tәşkil etmir. Bundan başqa  Mәjәllәdә  yol  verilmiş  inzibati xәta ilә әlaqәdar  vәzifәli şәxsin  inzibati qaydada  jәrimә edilmәsi  ilә әlaqәdar, hüquqi şәxsin inzibati  mәsuliyyәtdәn  azad edilmәsi üçün hәr hansı istisna nәzәrdә tutulmamışdır. Yәni inzibati  xәtaya görә Mәjәllәnin müvafiq maddәsinin sanksiya hissәsindә  vәzifәli şәxslә yanaşı,  hüquqi şәxsindә jәrimә edilmәsi nәzәrdә tutulmuşdursa, bu halda vәzifәli şәxslәrlә  yanaşı  hüquqi şәxslәrdә inzibati mәsuliyyәtә jәlb edilirlәr.   Bu zaman qanunla Mәjәllәyә edilmiş dәyişikliyin tәlәbi baxımından, hüquqi şәxs  yol verilmiş bir neçә inzibati xәtaya görә ayrılıqda deyil, daha jiddi xәtaya görә müәyyәn edilmiş  jәrimә mәblәği jәrçivәsindә inzibati mәsuliyyәtә  jәlb edilmәlidir.
Qeyd olunanlardan әlavә olaraq nәzәrinizә  çatdırılır ki, «Azәrbayjan Respublikasının bәzi qanunverijilik aktlarına  dәyişikliklәr vә әlavәlәr         edilmәsi haqqında»  27.12.2001-ji il tarixli  Azәrbayjan  Respublikasınının Qanunu  rәsmi nәşr sayılan  «Azәrbayjan» qәzetindә  01.02.2002-ji il tarixdә dәrj olunmuş vә qanunun  özündә onun  qüvvәyә  mindiyi müddәt  nәzәrdә tutulmamışdır. Lakin «Normativ hüquqi aktlar  haqqında» Azәrbayjan Respublikasının Qanunun 41.1-ji maddәsinә әsasәn «Azәrbayjan Respublikasının qanunları, Azәrbayjan Respublikası Prezidentinin fәrmanları, Azәrbayjan Respublikası Nazirlәr Kabinetinin qәrarları, onların özündә başqa müddәt  nәzәrdә tutulmamışdırsa,  dәrj edildiyi  gündәn qüvvәyә minir.»  Bununla әlaqәdar olaraq qeyd olunan qanun dәrj olunduğu  gündәn, yәni 01.02.2002-ji il tarixdәn qüvvәyә minmişdir.
Bu mәktubla   bütün vergi orqanlarının tanış edilmәsinin tәmin edilmәsi  Sizә tapşırılır.

 Nazirin müavini                                                      N.Qasımov