|
13/13-25/921-6922 Vergilәr Nazirliyinin İqtisadi tәhlil vә uçotun
tәşkili idarәsi bildirir ki, Vergi Mәjәllәsinin
35-ci maddәsinә әsasәn banklar hüquqi şәxslәrә,
onların filial vә nümayәndәliklәrinә,
fәrdi sahibkarlara yalnız yalnız onlar vergi orqanında
uçota alınması haqqında şәhadәtnamәni
vә onun vergi orqanında tәsdiq olunmuş dublikatını
tәqdim etdikdәn sonra bank hesabları açırlar.
Azәrbaycan Respublikasının Nazirlәr Kabinetinin 21
dekabr 2000-ci il tarixli 222 saylı Qәrarı ilә tәsdiq
edilmiş «Vergi ödәyijilәrinә eynilәşdirmә
nömrәsinin verilmәsi vә tәtbiq edilmәsi
Qaydası»nın 3.8. bәndinә әsasәn bank
hesabının açılması üçün verilәn
şәhadәtnamә-dublikat iki hissәdәn ibarәt
olur, onun bir hissәsi vergi ödәyijisinin hesab açdığı
bankda qalır, bildiriş adlanan digәr hissәsi isә
bank idarәsinin müvafiq qeydlәri aparıldıqdan
sonra onu vermiş vergi orqanına qaytarılır. Şәhadәtnamә-dublikat
alındığı tarixdәn 10 gün müddәtindә
hesab açılmaq üçün istifadә olunmadıqda
qüvvәdәn düşmüş hesab edilir. Hәmin
Qaydanın 3.9. bәndinә görә şәhadәtnamә-dublikatla
yalnız onda göstәrilmiş bankda hesab açmaq
olar, 5.6. bәndinә әsasәn vergi ödәyijisinin
eynilәşdirmә nömrәsi lәğv edilәrkәn
vergi orqanı şәhadәtnamә-dublikatın etibarsız
hesab edilmәsi barәdә bank idarәlәrinә mәlumat
vermәlidir. İdarә rәisi
Ş.Mustafayev |