08/08-25/183-1176
07 iyul, 2003-cü il
Naxçıvan MR-nın Vergilər Nazirinə,
Bakı şəhər Vergilər Departamentinin, İri vergi ödəyiciləri ilə iş üzrə Departamentin və Ərazi Vergilər İdarələrinin rəislərinə
Məlum olduğu kimi, «Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının ahınması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 sentyabr tarixli 790 nömrəli Fərmanının 10-cu bəndinin 8-ci abzasının təmin edilməsi məqsədi ilə Vergilər Nazirliyi və Auditorlar Palatası arasında Partnyorluq Sazişi imzalanmışdır.
Həmin Sazişin surəti məlumat üçün Sizə göndərilir.
Qoşma: 2 vərəq.
Vergi siyasəti və strateji araşdırmalar
Baş İdarəsinin rəisi
A. Musayev
Partnyorluq Sazişi
Bu saziş "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 sentyabr tarixli 790 nömrəli Fərmanının 10-cu bəndinin 8-ci abzasının təmin edilməsi məqsədilə hazırlanmışdır.
Tərəflər:
1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi
2. Azərbaycan Respublikasının Auditorlar Palatası
Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq:
- ölkədə sahibkarlığın, o cümlədən auditor fəaliyyətinin inkişafının zəruriliyini dərk edərək;
- auditorlarla vergi orqanları əməkdaşları arasında əməkdaşlıq yə qarşılıqlı anlaşma münasibətlərinin qurulmasını vacib sayaraq;
- məsləhətləşmələr və danışıqlar
zamanı əldə edilmiş razılaşmalara riayət
olunmasını öhdəlik kimi qəbul edərək razılaşdırılmış
mövqelərini ve birgə fəaliyyətlərini müəyyən
edən bu
Partnyorluq Sazişini bağlamışlar.
1. Əməkdaşhq istiqamətləri
Tərəflər göstərilən məqsədlərin reallaşdırılması üçün aşağıdakı istiqamətlərdə bərabərhüquqlu əınəkdaşlığa dair razılığa gəlmişlər:
1.1. Aşağıdakı sahələrdə qarşılıqlı işgüzar infomasiya mübadiləsini həyata keçirmək:
vergi qanunvericiliyi sahəsində baş verən dəyişikliklərin sahibkarlara çatdırılması;
auditorların fəaliyyəti ilə bağlı zəruri informasiyalarla Vergilər Nazirliyinin m ə1umatlandırılması;
1.2. Sahibkarlıq subyektində aparılan auditor yoxlamaları zamanı aşkara çıxarılan çatışmazlıqların aradan qaldırılması istiqamətində birgə səylərin göstərilməsi;
1.3. Sahibkarlıq subyektlərinin öz fəaliyyətlərini mövcud qanunvericilik çərçivəsində həyata keçirmələrinə metodiki köməklik göstərilməsi;
1.4. Qanunvericiliyə riayət edilməməsi halları barədə Vergilər Nazirliyinin məlumatlandırılması və onların aradan qaldırılması istiqamətində əməkdaşlıq edilməsi;
1.5. Auditorların qeyri-qənaətbəxş fəaliyyətləri barədə vergi orqanlarında olan faktlar barədə Auditorlar Palatasının məlumatlandırılması və onların aradan qaldırılması istiqamətində eməkdaşlıq edilməsi;
1.6. Qanunvericilik aktlarının və digər normativ-hüquqi sənədlərin təkmilləşdirilməsi barədə təkliflər verilməsi;
1.7. Sahibkarlıq subyektlərinin fəaliyyətinə qeyri-qanuni müdaxiləyə yol verilməməsi;
1.8. Auditorlar tərəfindən auditor fəaliyyətini tənzimləyən mövcud normativ-hüquqi aktlara əməl edilməsi;
1.9. Kütləvi informasiya vasitələri və dövri nəşrlərin imkanlarından istifadə etməklə audit, vergi işi, vergi qanunvericiliyinin tətbiqi və digər məsələlərə dair mütəxəssislərin, habelə vergi ödəyicilərinin məlumatlandırılması;
1.10. Vergiqoyma və audit üzrə qanunvericilik aktlarının layihələrinin hazırlanmasında birgə iştirak etmək; müvafiq şərh və tövsiyələrin hazırlanmasını təşkil etmək;
1.11. Birgə konfrans və seminarların keçirilməsi.
2. Əməkdaşlıq formaları
Göstərilən istiqamətlərdə əməkdaşlıq aşağıdakı formalarda hayata keçirilir:
2.1. qarşılıqlı informasiya mübadiləsi aparmaq və məsləhətləşmələr keçirmək;
2.2. auditor fəaliyyətinin inkişafı, tənzimlənməsi və ona nəzaratin həyata keçirilməsinə dair metodiki vəsaitlər nəşr etmək.
3. Əlavə müddəalar
3.1. Bu Saziş imzalandığı gündən qüvvəyə minir.
3.2. Tərəflərdən birinin sazişdə müəyyən edilmiş öhdəlikləri yerinə yetirmədiyi və ya tərəflərdən birinin fəaliyyəti rəsmi olaraq dayandırıldığı halda digərinə məlumat verməklə saziş qüvvəsini itirmiş hesab olunur.
3.3. Bu Sazişə qarşılıqlı razılaşma əsasında əlavələr edilə bilər.
3.4. Sazişə edilmiş əlavələr protokolla rəsmiləşdirilir.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi adından
N.Qasımov
Azərbaycan Respublikasının Auditorlar Palatası
adından
V.Novruzov