|
Azәrbaycan Respublikasının Vergi Mәcәllәsinә әlavә vә dәyişikliklәr edilmәsi barәdә Azәrbaycan Respublikasının Qanunu
1. Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin 17-ci fәslinin 218-ci maddәsindә «Aksizli mallar istehsal edәn müәssisәlәr, kredit vә sığorta tәşkilatları, investisiya fondları, qiymәtli kağızlar bazarının peşәkar iştirakçıları istisna olmaqla, Ә:DV-nin mәqsәdlәri üçün bu Mәcәllәnin 155.1-ci maddәsindә nәzәrdә tutulmuş qaydada qeydiyyata alınmamış müәssisәlәr» sözlәrindәn sonra «, habelә mәnzil-kommunal tәsәrrüfatı tәşkilatları vә onların xidmәt sahәlәri» sözlәri әlavә edilsin. 2. Bu Qanun dәrc edildiyi gündәn qüvvәyә minir. Azәrbaycan Respublikasının Prezidenti Heydәr Ә:LİYEV. Bakı şәhәri, 2 iyul 2001-ci il. N 171-IIQD. |