| Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər
və əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi
qərara alır:
I. Azərbaycan Respublikasının cinayət Məcəlləsinə
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci
il, N4, II kitab, maddə 251, N5, maddə 323; 2001-ci il, N1,
maddə 24, N7, maddə 455; 2002-ci il, N1, maddə 9, N5, maddələr
236, 248, 258, N6, maddə 326, N8, maddə 465) aşağıdakı
məzmunda 213-1-ci maddə əlavə edilsin:
«Maddə 213-1. Aksiz markası ilə markalanmalı olan
məhsulları (malları) belə marka olmadan satma, satış
məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından
kənara çıxarma və ya idxal etmə
213-1.1. Aksiz markası ilə markalanmalı olan məhsulları
(malları) belə marka olmadan xeyli miqdarda satma, satış
məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından
kənara çıxarma və ya idxal etmə
- əmlakı müsadirə olunmaqla şərti maliyyə
vahidinin min mislindən üç min mislinədək miqdarda
cərimə və ya bir ilədək müddətə
islah işləri və ya bir ilədək müddətə
azadlığın məhdudlaşdırılması və
ya altı ayadək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
213-1.2. Eyni əməllər:
213-1.2.1. külli miqdarda törədildikdə;
213-1.2.2. təkrar törədildikdə;
213-1.2.3. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən
törədildikdə -
əmlakı müsadirə olunmaqla üç ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Qeyd: bu maddədə “xeyli miqdar" dedikdə, şərti
maliyyə vahidinin beş yüz mislindən, "külli
miqdar" dedikdə isə şərti maliyyə vahidinin
min mislindən yuxarı olan məbləğ başa düşülür."
II. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci
il, N3, I kitab, maddə 583; 2001-ci il, N9, maddə 576, N12,
maddə 734; 2002-ci il, N12, maddə 704) 194.1-ci maddəsinin
ikinci cümləsində "həmin mallar dövlət
nəfinə alınır" sözləri "qanunvericiliklə
müəyyən edilmiş məsuliyyətə səbəb
olur" sözləri ilə əvəz edilsin və həmin
maddənin üçüncü cümləsi çıxarılsın.
III. Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsinə (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000-ci il, N8, I kitab, maddə 584; 2001-ci
il, N1, maddə 24, N3, maddə 139, N7, maddə 455, N11, maddələr
680, 698, N12, maddə 731; 2002-ci il, N1, maddə 9, N4, I kitab,
maddə 165, N5, maddələr 234, 237, 239, N6, maddə 326,
N8, maddə 463, N12, maddə 692; 2003-cü il, N1, maddələr
3, 13, 23, Azərbaycan Respublikasının 2003-cü il 1
mart tarixli 422-IIQD saylı, 25 mart tarixli 427-IIQD və 428-IIQD
saylı Qanunları) aşağıdakı dəyişikliklər
və əlavələr edilsin:
1. 229-cu maddə aşağıdakı redaksiyada
verilsin:
"Maddə 229. Aksiz markası ilə markalanmalı olan
məhsulların (malların) belə marka olmadan satılması,
satış məqsədi ilə saxlanması və ya
istehsal binasının hüdudlarından kənara çıxarılması
Aksiz markası ilə markalanmalı olan məhsulların
(malların) belə marka olmadan az miqdarda satılmasına,
satış məqsədi ilə saxlanmasına və ya
istehsal binasının hüdudlarından kənara çıxarılmasına
görə -
aksiz markası olmayan məhsullar (mallar) müsadirə
edilməklə fiziki şəxslər şərti maliyyə
vahidinin otuz beş mislindən qırx mislinədək
miqdarda, vəzifəli şəxslər şərti maliyyə
vahidinin səksən mislindən doxsan mislinədək
miqdarda, hüquqi şəxslər şərti maliyyə
vahidinin iki yüz mislindən üç yüz mislinədək
miqdarda cərimə edilir.
Qeyd: bu maddədə "az miqdarda" dedikdə,
şərti maliyyə vahidinin beş yüz mislinədək
olan miqdarı başa düşülür".
2. 293-cü maddənin adında və dizpozisiyasında
"və ya aksiz markası ilə markalanmalı olan"
və "və ya marka" sözləri çıxarılsın.
3. Məcəlləyə aşağıdakı
məzmunda 293-1-ci maddə əlavə edilsin:
"Maddə 293-1. Aksiz markası ilə markalanmalı
olan məhsulların (malların) belə marka olmadan idxal
edilməsi
Aksiz markası ilə markalanmalı olan məhsulların
(malların) belə marka olmadan az miqdarda idxal edilməsinə
görə -
aksiz markası olmayan məhsullar (mallar) müsadirə
edilməklə fiziki şəxslər şərti maliyyə
vahidinin otuz beş mislindən qırx mislinədək
miqdarda, vəzifəli şəxslər şərti maliyyə
vahidinin səksən mislindən doxsan mislinədək
miqdarda, hüquqi şəxslər şərti maliyyə
vahidinin iki yüz mislindən üç yüz mislinədək
miqdarda cərimə edilir.
Qeyd: bu maddədə "az miqdarda" dedikdə,
şərti maliyyə vahidinin beş yüz mislinədək
olan miqdarı başa düşülür".
4. 360.1-ci maddədə "293" rəqəmindən
sonra "293-1.2" rəqəmi əlavə edilsin.
IV. Bu Qanun dərc edildiyi gündən qüvvəyə
minir.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 iyun 2003-il
|