ĞAzərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqındağ Azərbaycan Respublikasının 2003-cü il 20 iyun tarixli 485 - IIQD nömrəli Qanununun təbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

ĞAzərbaycan Respublikasının bəzi qanunvericilik atklarına dəyişikliklər və əlavələr edilməsi haqqındağ Azərbaycan Respublikasının 2003-cü il 20 iyun tarixli 485-IIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:
1
. ĞAzərbaycan Respublikası cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədəğ Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanına aşağıdakı əlavə və dəyişiklik edilsin:
3-cü bəndə aşağıdakı məzmunda sonuncu abzas əlavə edilsin:
ĞAzərbaycan Respublikası cinayət Məcəlləsinin 213-1-ci maddəsində nəzərdə tutulmuş cinayətə dair iş üzrə - bu işi başlamış Azərbaycan Respublikasının Vergilər Nazirliyi və ya Dövlət Gömrük Komitəsi.ğ;
4-cü bənddə Ğvə 213-cü (Vergi ödəməkdən yayınma)ğ sözləriğ, 213-cü (Vergi ödəməkdən yayınma) və 213-1-ci (Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) (belə marka olmadan satma, satış məqsədi mlə saxlama, istehsalat binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə)ğ sözləri ilə əvəz edilsin.
2. ĞAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqındağ Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəğ Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanının 3-cü bəndinə aşağıdakı dəyişikliklər edilsin:
- iyirmi dördüncü abzasdan Ğ229-cuğ, sözü çıxarılsın;
- otuz dördüncü abzasda Ğ293-295-ciğ sözləri Ğ293-cü, 294-cü, 295-ciğ sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
- qüvvədə olan qanunvericilik aktlarının ĞAzərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqındağ Azərbaycan Respublikasının 2003-cü il 20 iyun tarixli 485-IIQD nömrəli Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin;
- öz səlahiyyətləri daxilində ĞAzərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqındağ Azərbaycan Respublikasının 2003-cü il 20 iyun tarixli 485-IIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 avqust 2003-cü il