Azәrbaycan Respublikasının Vergi Mәcәllәsinә dәyişikliklәr vә әlavәlәr edilmәsi haqqında

Azәrbaycan Respublikasının Qanunu


Azәrbaycan Respublikasının Milli Mәclisi qәrara alır:

I. Azәrbaycan Respublikasının Vergi Mәcәllәsinә (Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N 8, 1-ci kitab, maddә
583, 2001-ci il, N 7, maddә 454) aşağıdakı dәyişikliklәr vә әlavәlәr edilsin:

1. 2.4.1-ci maddәdә «Azәrbaycan Respublikasının inzibati xәtalar haqqında Mәcәllәsindә» sözlәri «Azәrbaycan Respublikasının inzibati xәtalar
Mәcәllәsindә» sözlәri ilә әvәz edilsin;

2. Aşağıdakı redaksiyada 5.0.3-cü maddә әlavә edilsin:


  «5.0.3. Bildiriş üzrә (vergitutma obyektinin dәyәri әsasında vergi orqanının vә ya bәlәdiyyәnin hesabladığı mәblәğ üçün tәqdim etdiyi tәdiyә
  bildirişi әsasında vergi ödәyicisi tәrәfindәn verginin ödәnilmәsi).»;


3. 11-ci maddәdәn «habelә mәqsәdli dövlәt fondlarına» sözlәri çıxarılsın;

4. 12.3-cü maddәdәn «әlavә edilmiş» sözlәri çıxarılsın;

5. 13.2.3-cü maddәdәn «habelә» sözü çıxarılsın;

6. 13.2.33-cü maddәyә aşağıdakı redaksiyada abzas әlavә edilsin:

«Beynәlxalq daşıma — yüklәrin vә sәrnişinlәrin Azәrbaycan Respublikası ilә (Azәrbaycan Respublikasının sәrhәdlәrindәn) digәr dövlәtlәrdәki
mәntәqә arasında daşınma sayılır.»;

7. 13.2.37-ci maddә aşağıdakı redaksiyada verilsin:


  «13.2.37. Sahibkarlıq fәaliyyәti – şәxsin müstәqil surәtdә, öz riski ilә hәyata keçirdiyi, әsas mәqsәdi әmlak istifadәsindәn, malların tәqdim
  edilmәsindәn, işlәr görülmәsindәn vә ya xidmәtlәr göstәrilmәsindәn mәnfәәt götürülmәsi olan fәaliyyәtidir.»;


8. 14.3.1-ci maddә aşağıdakı redaksiyada verilsin:


  «14.3.1. Barter (mal mübadilәsi), idxal-ixrac әmәliyyatları aparıldıqda;»;


9. 23.1.3-cü maddәdә «binalarında» sözündәn sonra mötәrizәdә «(әrazilәrindә)» vә «әşyaları götürmәk» sözlәrindәn sonra vergül qoyulsun
vә «mülkiyyәtindә vә ya istifadәsindә olan әmlakın (yaşayış sahәlәri istisna olmaqla) bu Mәcәllәdә müәyyәn edilmiş hallarda müvafiq icra
hakimiyyәti orqanı tәrәfindәn tәsdiq edilmiş qaydada inventarizasiyasını aparmaq» sözlәri әlavә edilsin;

10. 23.1.6-cı maddәdәn «vә ya mәqsәdli dövlәt fondlarına» sözlәri çıxarılsın;

11. 23.1.7-ci maddә aşağıdakı redaksiyada verilsin:

«23.1.7. Vergi ödәyicilәrinin hesablaşma, valyuta vә ya digәr hesablarından qanunvericiliyә müvafiq olaraq hesablanmış vergilәr üzrә borcların vә
faizlәrin dövlәt büdcәsinә alınması üçün banklara vә ya digәr kredit tәşkilatlarına icra sәnәdi olan sәrәncam vermәk, inzibati cәrimәlәrin
alınmasını tәşkil etmәk;»;

12. 23.1.9—23.1.11-ci maddәlәrdә «Ә:mәliyyat-axtarış haqqında» sözlәri «Ә:mәliyyat-axtarış fәaliyyәti haqqında» sözlәri ilә әvәz edilsin;

13. 30.1-ci maddәdәn mötәrizәdәn «qanunvericiliklә müәyyәn edilmiş müddәtdә» sözlәri çıxarılsın;

14. 33.2-ci maddә aşağıdakı redaksiyada verilsin:

«33.2. Hüquqi şәxsin uçotda olduğu vergi orqanının әrazisindәn kәnarda fәaliyyәt göstәrәn filialı, nümayәndәliyi vә ya digәr tәsәrrüfat subyekti
(obyekti) olduqda, hüquqi şәxs vergi ödәyicisi kimi hәm özünün olduğu yer üzrә, hәm dә onun filialının, nümayәndәliyinin vә ya digәr tәsәrrüfat
subyektinin (obyektinin) olduğu yer üzrә uçota alınır.»;

15. Aşağıdakı redaksiyada 33.7 vә 33.8-ci maddәlәr әlavә edilsin:

«33.7. Müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilәn iri vergi ödәyicilәri vә xüsusi vergi recimli müәssisәlәr müvafiq icra hakimiyyәti
orqanının müәyyәn etdiyi qaydada mәrkәzlәşdirilmiş uçota alına bilәr.

33.8. Azәrbaycan Respublikasının tәrәfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynәlxalq müqavilәlәrә әsasәn xarici
dövlәtin rezidentinin Azәrbaycan Respublikasında fәaliyyәt göstәrәn vә daimi nümayәndәlik yaratmayan bölmәlәrinin, habelә bu Mәcәllәnin
13.2.5.3-cü maddәsinә müvafiq olaraq idarәetmә yerinә görә rezident sayılan hüquqi şәxsin vergi orqanında uçota alınması qaydaları müvafiq icra
hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilir.»

16. 36.4-cü maddәdә «lәğvi» sözündәn sonra «vә ya hüquqi şәxs yaratmadan sahibkarlıq fәaliyyәti göstәrәn fiziki şәxsin sahibkarlıq fәaliyyәtinә
xitam verilmәsi barәdә müraciәti» sözlәri әlavә edilsin;

17. 38.2-ci maddәyә aşağıdakı redaksiyada üçüncü abzas әlavә edilsin:

«Aşağıda göstәrilәn hallarda yuxarı vergi orqanının әsaslandırılmış qәrarına әsasәn sәyyar vergi yoxlamasının nәticәlәri üzrә aktın tәrtibi müddәti
1 aydan çox olmayan müddәtә uzadıla bilәr:

  sәyyar vergi yoxlamasının obyektiv vә dolğun keçirilmәsi üçün zәruri olan sәnәdlәr, o cümlәdәn vergi orqanının sorğusuna cavab xarici
  ölkәdәn alındıqda;
  nümunә kimi götürülәn әşyaların tәdqiqi, sәyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilmәsi vә ya mütәxәssis tәrәfindәn rәy verilmә
  üçün müxtәlif bilik sahәlәrindәn istifadә etmәklә aparıldıqda;
  sәyyar vergi yoxlaması ilә әlaqәdar vergi orqanları tәrәfindәn göndәrilәn sorğulara cavabların alınma müddәtlәri cavab göndәrәn şәxslәr
  tәrәfindәn pozulduqda.»;

18. Aşağıdakı redaksiyada 38.5 vә 38.6-cı maddәlәr әlavә edilsin:

«38.5. İnventarizasiya sәyyar vergi yoxlaması zamanı aşağıda göstәrilәn hallarda müvafiq icra hakimiyyәti orqanının әsaslandırılmış qәrarı ilә
aparılır:


  38.5.1. vergi ödәyicisindә sonuncu vergi yoxlaması zamanı vergi ödәyicisi tәrәfindәn bilәrәkdәn hesabat sәnәdlәrinin aparılmaması aşkar
  edildikdә;

  38.5.2. vergi ödәyicisindә sonuncu vergi yoxlaması zamanı vergi ödәyicisi tәrәfindәn qanunvericiliklә müәyyәn edilmiş qaydalara uyğun
  olaraq hesabat sәnәdlәrinin aparılmaması aşkar edildikdә vә bununla әlaqәdar vergi orqanının xәbәrdarlığından sonra yol verilmiş
  dәqiqsizliklәr aradan qaldırılmadıqda vә hesabat müәyyәn edilmiş qaydalara uyğun olaraq aparılmadıqda;

  38.5.3. vergi ödәyicisindә sәyyar vergi yoxlaması zamanı aksiz markaları ilә markalanmalı olan, ancaq markalanmamış mallar aşkar
  edildikdә.


38.6. Sәyyar vergi yoxlaması zamanı inventarizasiyanın aparılması qaydaları müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilir.»;

19. 49.6-cı maddәnin ikinci cümlәsindә «inzibati xәtalar haqqında Azәrbaycan Respublikasının Mәcәllәsinә» sözlәri «Azәrbaycan
Respublikasının İnzibati xәtalar Mәcәllәsinә» sözlәri ilә әvәz edilsin;

20. 53.1-ci maddәnin birinci abzasında «inzibati xәtalar haqqında Azәrbaycan Respublikasının Mәcәllәsi» sözlәri «Azәrbaycan Respublikasının
İnzibati xәtalar Mәcәllәsi» sözlәri ilә әvәz edilsin;

21. 58.3-cü maddә aşağıdakı redaksiyada verilsin:

«58.3. Ә:lavә dәyәr vergisi üzrә bu Mәcәllә ilә müәyyәn edilmiş hallarda qeydiyyatın mәcburi olduğu halda qeydiyyatsız fәaliyyәt göstәrilmәsinә
görә – qeydiyyatsız fәaliyyәt göstәrilәn bütün dövr әrzindә büdcәyә ödәnilmәli olan әlavә dәyәr vergisinin vә aksiz mәblәğinin 40 faizi miqdarında
maliyyә sanksiyası tәtbiq olunur;»;

22. 58.3.1, 58.3.2, 58.3.3-cü maddәlәr çıxarılsın vә aşağıdakı redaksiyada 58.4 vә 58.5-ci maddәlәr әlavә edilsin:

«58.4. Ә:lavә dәyәr vergisinin vә aksizin mәblәğinin azaldılmasına vә ya әvәzlәşdirmә mәblәğinin artırılmasına sәbәb olan vergi hesab fakturasının
düzgün verilmәmәsinә görә hesab-faktura vә ya әmәliyyat üzrә әlavә dәyәr vergisinin vә aksizin azaldılmış mәblәğinin 40 faizi miqdarında.

58.5. Ә:lavә dәyәr vergisinin mәqsәdlәri üçün qeydiyyata alınmamış şәxsin vergi hesab-fakturasının yazılmasına görә büdcәyә ödәnilmәli olan,
ancaq ödәnilmәyәn vergi hesab-fakturasında göstәrilәn әlavә dәyәr vergisinin vә aksizin 40 faizi miqdarında.»;

23. 58.4-cü maddә 58.6-cı maddә hesab edilsin:

24. Aşağıdakı redaksiyada 58.7-ci maddә әlavә edilsin:

«58.7. Vergi ödәyicisi tәrәfindәn sahibkarlıq fәaliyyәtindә gәlir (mәnfәәt) götürmәk üçün istifadә edilәn malların bu Mәcәllәnin 130.1-ci
maddәsindә müәyyәn edilәn qaydada uçot sәnәdlәrindә әks etdirilmәmәsinә görә hәmin malların bazar qiymәtlәri nәzәrә alınaraq ödәnilmәli olan
vergi mәblәğinin 20 faizi miqdarında maliyyә sanksiyası tәtbiq olunur.»;

25. 59.1-ci maddә aşağıdakı redaksiyada verilsin.

«59.1. Vergi vә ya cari vergi ödәmәsi bu Mәcәllә ilә müәyyәn edilmiş müddәtdә ödәnilmәdikdә, ödәmә müddәtindәn sonrakı hәr bir ötmüş gün
üçün vergi ödәyicisindәn vә ya vergi agentindәn ödәnilmәmiş vergi vә ya cari vergi ödәmәsi mәblәğinin 0,05 faizi mәblәğindә faiz tutulur.»;

26. 59.2-ci maddә çıxarılsın, 59.3-cü vә 59.4-cü maddәlәr müvafiq olaraq 59.2-ci vә 59.3-cü maddәlәr hesab edilsinlәr;

27. 59.2-ci maddәdә «Bu mәcәllәnin 59.1-ci vә 59.2-ci maddәlәrindә müәyyәn edilmiş» sözlәri «Bu Mәcәllәnin 59.1-ci maddәsindә müәyyәn
edilmiş» sözlәri ilә әvәz edilsin;

28. 75.0.1-ci maddәdә «sahibkarlıq fәaliyyәtini göstәrәn hüquqi vә fiziki şәxslәrә» sözlәri «hüquqi şәxslәrә vә sahibkarlıq fәaliyyәtini hüquqi şәxs
yaratmadan hәyata keçirәn fiziki şәxslәrә» sözlәri ilә әvәz edilsin;

29. 75.0.2-ci, 75.0.3-cü, 75.0.4-cü maddәlәrdә «sahibkarlıq fәaliyyәtini göstәrәn hüquqi vә fiziki şәxslәrin» sözlәri «hüquqi şәxslәrin vә
sahibkarlıq fәaliyyәtini hüquqi şәxs yaratmadan hәyata keçirәn fiziki şәxslәrin» sözlәri ilә әvәz edilsin;

30. 76.1-ci maddә aşağıdakı redaksiyada verilsin:

«76.1. Vergi ödәyicisinin qanunvericiliklә müәyyәn edilmiş qaydada gәlirlәrinin vә xәrclәrinin uçotunun aparılmaması, mühasibat vә hesabat
sәnәdlәrinin mәhv olunması (itirilmәsi) halları aşkar edildikdә, habelә vergi bәyannamәlәri müәyyәn olunmuş müddәtdә tәqdim edilmәdikdә vә ya
vergi yoxlamasının aparılması zamanı vergi ödәyicisi tәrәfindәn vergi orqanlarının vәzifәli şәxslәrinә sәnәdlәr tәqdim edilmәdikdә, onlara әrazi vә
ya binalara (yaşayış binaları (sahәlәri) istisna olmaqla) daxil olmağa icazә verilmәdikdә, vergi ödәyicisinin vergi öhdәliklәrini müәyyәnlәşdirmәk
mәqsәdi ilә vergi orqanları müvәkkil banka yazılı bildiriş göndәrmәklә hәmin bankın xidmәt etdiyi hәr hansı hüquqi şәxsin vә ya fәrdi sahibkarın
bank hesabı vә әmәliyyatları barәdә qanunvericiliyә uyğun olaraq mәlumat almaq hüququna malikdirlәr.».

31. 76.2-ci maddәdә «hüquqi şәxsә» sözlәrindәn sonra müvafiq olaraq «vә fәrdi sahibkara» sözlәri әlavә edilsin;

32. 76.3-cü maddәdә ismin müvafiq hallarında verilәn «hüquqi şәxs» sözlәrindәn sonra müvafiq olaraq ismin müvafiq hallarında «vә fәrdi
sahibkar» sözlәri әlavә edilsin;

33. 76.4-cü maddәdә «hüquqi şәxslәrin» sözlәrindәn sonra müvafiq olaraq «vә fәrdi sahibkarların» sözlәri әlavә edilsin;

34. 77.1-ci maddәdә «müәyyәn edilәn vergini» sözlәrindәn sonra mötәrizәdә «o cümlәdәn cari vergi ödәmәlәrini» sözlәri әlavә edilsin;

35. 90.1-ci maddәyә aşağıdakı redaksiyada ikinci abzas әlavә edilsin;

«Siyahıya alınmış әmlakın yararlıq müddәti bu maddәdә göstәrilәn müddәt başa çatanadәk bitirsә, vergi orqanı dәrhal mәhkәmәyә müraciәt edә
bilәr.»;

36. 98.3-cü maddәdә «faktiki ezamiyyә xәrclәrinin» sözlәrindәn sonra «habelә müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilmiş dәniz
nәqliyyatında ezamiyyә xәrclәri әvәzinә üzücü heyәtin üzvlәrinә sutkalıq ödәnişlәrin» sözlәri әlavә edilsin;

37. 101.1-ci maddәdәki cәdvәl aşağıdakı redaksiyada verilsin:

Vergi tutulan aylıq gәlirin mәblәği Verginin mәblәği
100000 manatadәk Vergi tutulmur
100001-1000000 manatadәk 100000 manatdan çox olan mәblәğin 12 faizi
1000001-5000000 manatadәk 108000 manat+1000000 manatdan çox olan mәblәğin 25 faizi
5000000 manatdan çox olduqda 1108000 manat+5000000 manatdan çox olan mәblәğin 35 faizi

38. 101.2-ci maddәdәki cәdvәl aşağıdakı redaksiyada verilsin:

Vergi tutulan aylıq gәlirin mәblәği Verginin mәblәği
1200000 manatadәk Vergi tutulmur
1200001-12000000 manatadәk 1200000 manatdan çox olan mәblәğin 12 faizi
12000001-60000000 manatadәk 1296000 manat + 12000000 manatdan çox olan mәblәğin 25 faizi
60000000 manatdan çox olduqda 13296000 manat + 60000000 manatdan çox olan mәblәğin 35 faizi

39. 102.1.3.1-ci maddәdәn «digәr maddi yardımın dәyәri — 5 mislinәdәk» sözlәri çıxarılsın;

40. 102.1.4-cü maddә aşağıdakı redaksiyada verilsin:

«102.1.4. Ә:mәk qabiliyyәtinin müvәqqәti itirilmәsinә görә ödәnilәn müavinәtlәr istisna olmaqla dövlәt müavinәtlәri, әvәzsiz dövlәt   köçürmәlәri, dövlәt pensiyaları vә dövlәt tәqaüdlәri;»

41. 102.1.6-cı maddәdә «büdcә hesabına» sözlәri «müvafiq icra hakimiyyәti orqanlarının qәrarları әsasında dövlәt büdcәsinin vәsaiti hesabına
fәrdi» sözlәri ilә әvәz edilsin;

42. 102.5-ci maddәdә «3 misli» sözlәri «1 misli» sözlәri ilә әvәz edilsin;

43. 106.1.5-ci maddә aşağıdakı redaksiyada verilsin:


  «106.1.5. Azәrbaycan Respublikasının Milli Bankının, onun qurumlarının vә Azәrbaycan Respublikası Dövlәt Neft Fondunun gәlirlәri;»


44. Aşağıdakı redaksiyada 106.1.7-ci maddә әlavә edilsin:


«106.1.7. Sağlamlıq imkanları mәhdud şәxslәrin tәhsil alması üçün yaradılmış xüsusi tәhsil müәssisәlәrinin gәliri – sahibkarlıq fәaliyyәtindәn әldә etdiklәri gәlirdәn başqa»;


45. 106.3-cü maddә çıxarılsın;

46. 114.3-cü maddә aşağıdakı redaksiyada verilsin:

«114.3. Ә:sas vәsaitlәrin kateqoriyaları üzrә illik amortizasiya normaları aşağıdakı kimi müәyyәn edilir:


114.3.1. binalar, tikintilәr vә qurğular – 10%-dәk;

114.3.2. maşınlar, avadanlıq vә hesablama texnikası – 25%-dәk;

114.3.3. nәqliyyat vasitәlәri – 25%-dәk;

114.3.4. iş heyvanları – 20%-dәk;

114.3.5. geoloci-kәşfiyyat işlәrinә vә tәbii ehtiyatların hasilatına hazırlıq işlәrinә çәkilәn xәrclәr – 25%-dәk;

114.3.6. qeyri-maddi aktivlәr – 10%-dәk;

114.3.7. digәr әsas vәsaitlәr – 20%-dәk;

114.3.8. cari vergi ilindә faktiki dәyәri ödәnilmiş istehsal tәyinatlı kapital qoyuluşları bu Mәcәllәnin 114.3.1, 114.3.2, 114.3.3 vә 114.3.7   maddәlәrindә nәzәrdә tutulmuş illik amortizasiya normalarını 4 dәfәyәdәk artırmaqla.


İstehsal tәyinatlı kapital qoyuluşları dedikdә, bilavasitә mәhsul istehsalı prosesindә iştirak edәn binaların-sexlәrin yeni tikinti formasında әsaslı tikintisi, yenidәn qurulması, fәaliyyәtdә olan müәssisәlәrin genişlәndirilmәsi vә texniki cәhәtdәn yenidәn tәchizi, habelә qurğuların, avadanlıqların, istehsaldaxili nәqliyyat vasitәlәrinin vә әsas vәsaitlәrin, digәr obyektlәrinin (vә ya hissәlәrinin) satın alınması başa düşülür.

Bu Mәcәllәnin 114.3.8-ci maddәsindә göstәrilәn qaydalar aşağıdakı hallarda tәtbiq olunmur:

qanunvericiliyә әsasәn bilavasitә istehsal fәaliyyәti ilә mәşğul olunması qadağan edilmiş müәssisә vә tәşkilatlara;
sponsorların maliyyә yardımı vә digәr әvәzsiz verilmiş yardım hesabına kapital qoyuluşlarına.»;

47. 125.1.5-ci maddәdә «13.2.16.18-ci maddәyә uyğun olaraq müәyyәnlәşdirilәn» sözlәri «Azәrbaycan mәnbәyindәn әldә edilәn» sözlәri ilә vә «15» rәqәmi «10» rәqәmi ilә әvәz edilsin;

48. Aşağıdakı redaksiyada 125.3-cü maddә әlavә edilsin:

«125.3. Azәrbaycan Respublikasının tәrәfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynәlxalq müqavilәlәrdә vergilәrin aşağı dәrәcәsi vә ya vergilәrdәn tam azad olunma nәzәrdә tutulduğu halda, ödәmә mәnbәyindә artıq tutulmuş vergi mәblәği bu Mәcәllәnin 87.4-cü maddәsindә müәyyәn edilmiş qaydada geri qaytarılır.»;

49. 130.1-ci maddәyә aşağıdakı redaksiyada ikinci abzas әlavә edilsin:

«Gәlirlәrin vә xәrclәrin uçotunu hüquqi vә fiziki şәxslәr Azәrbaycan Respublikasının müvafiq qanunvericiliyinә uyğun olaraq aparırlar. Vergitutma mәqsәdlәri üçün gәlirlәr vә xәrclәr bu Mәcәllәyә әsasәn müәyyәn edilir.»;

50. 150.3.2-ci vә 150.3.3-cü maddәlәr çıxarılsın, onların әvәzinә aşağıdakı redaksiyada 150.3.2-ci maddә әlavә edilsin:

«150.3.2. Rüb başa çatdıqdan sonra 20 gün әrzindә ödәmә mәnbәyindә tutulan vergilәr barәdә müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi formada bәyannamәni vergi orqanına vermәyә borcludurlar»;

51. Aşağıdakı redaksiyada 151.5-ci maddә әlavә edilsin:

«151.5. Ә:vvәlki vergi ilindә fәaliyyәti olmayan vә növbәti vergi ilindә fәaliyyәt göstәrәn hüquqi şәxslәrin vә sahibkarlıq fәaliyyәtini hüquqi şәxs yaratmadan hәyata keçirәn fiziki şәxslәrin, habelә yeni yaradılmış vә fәaliyyәt göstәrәn vergi ödәyicilәrinin cari vergi ödәnişlәri qaydaları müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilir.»;

52. 153-cü maddә aşağıdakı redaksiyada verilsin:

«153. Ә:lavә dәyәr vergisi (bundan sonra Ә:DV) vergi tutulan dövriyyәdәn hesablanan verginin mәblәği ilә bu Mәcәllәnin müddәalarına uyğun olaraq verilәn hesab-fakturalara vә ya idxalda Ә:DV-nin ödәnildiyini göstәrәn sәnәdlәrә müvafiq surәtdә әvәzlәşdirilmәli olan verginin mәblәği arasındakı fәrqdir.»;

53. 154.4-cü maddәdә «171» rәqәmi «169» rәqәmi ilә әvәz edilsin;

54. Aşağıdakı redaksiyada 154.6-cı maddә әlavә edilsin:

«154.6. Aksizli malların istehsalçıları Ә:DV-nin ödәyicilәri sayılır.»;

55. 155.1-ci maddәdә «1 min mislindәn» sözlәri «300 mislindәn» sözlәri ilә әvәz edilsin;

56. 159.1-ci maddә aşağıdakı redaksiyada verilsin:

«159.1. Malların tәqdim edilmәsi, işlәrin görülmәsi, xidmәtlәrin göstәrilmәsi vә vergi tutulan idxal vergitutma obyektidir.»;

57. 164.1.1-ci maddәdә «dövlәt müәssisәsinin icarәyә verilmәsindәn» sözlәri «dövlәt әmlakının icarәyә verilmәsindәn» sözlәri ilә әvәz edilsin;

58. 164.1.7-ci maddәdә «Azәrbaycan tәrәfinin payı» sözlәrindәn sonra «49 faizdәn çox olmadıqda, hәmin pay» sözlәri әlavә edilsin;

59. 164.1.12-ci maddәdә «Azәrbaycan Respublikası Milli Bankının» sözlәrindәn sonra «vә Azәrbaycan Respublikası Dövlәt Neft Fondunun» sözlәri әlavә edilsin;

60. Aşağıdakı redaksiyada 164.1.13-cü maddә әlavә edilsin:


«164.1.13. Azәrbaycan Respublikasına, o cümlәdәn onu tәmsil edәn hüquqi şәxslәrә neft-qaz ehtiyatlarının kәşfiyyatı, işlәnmәsi vә hasilatın   pay bölgüsü, ixrac boru kәmәrlәri haqqında vә bu qәbildәn olan digәr sazişlәrә uyğun olaraq verilmәsi nәzәrdә tutulan әsas fondların,   daşınan әmlakın vә digәr aktivlәrin Azәrbaycan Respublikası Dövlәt Neft Fonduna hәr hansı şәkildә tәqdim edilmәsi üzrә әmәliyyatlar.»;

61. 165.0 vә 165.0.1—165.0.5-ci maddәlәr müvafiq olaraq 165.1 vә 165.1.1—165.1.5-ci maddәlәr sayılsın.

62. 165.1.4-cü maddә aşağıdakı redaksiyada verilsin:


«165.1.4. Beynәlxalq vә tranzit yük vә sәrnişin daşınması. Beynәlxalq vә tranzit uçuşlarla bilavasitә bağlı olan işlәrin görülmәsi, xidmәtlәrin   göstәrilmәsi;»;


63. Aşağıdakı redaksiyada 165.2-ci maddә әlavә edilsin:

«165.2. Bu Mәcәllәnin 165.1.1. vә 165.1.4-cü maddәlәri üzrә sıfır (0) dәrәcәsi ilә Ә:DV o ölkәlәrә münasibәtdә tәtbiq edilir ki, hәmin ölkәlәr tәrәfindәn 165.1.1. vә 165.1.4-cü maddәlәrdә göstәrilәn işlәrә, xidmәtlәrә vә әmәliyyatlara görә Ә:DV sıfır (0) dәrәcәsi ilә tәtbiq edilsin.»;

64. 175.1-ci, 175.2-ci maddәlәrdә «ödәnilmәli olan (ödәnilmiş)» sözlәri «ödәnilmiş» sözü ilә әvәz edilsin:

65. 175.5-ci maddәdә «ödәnilmәli olan» sözlәri «ödәnilmiş» sözü ilә әvәz edilsin;

66. Aşağıdakı redaksiyada 175.6-cı vә 175.7-ci maddәlәr әlavә edilsin:

«175.6. Ә:DV-dәn azad olunan, yaxud Ә:DV-ә cәlb edilmәyәn әmәliyyatlar aparan şәxslәr tәrәfindәn mallar (işlәr, xidmәtlәr) alınarkәn ödәnilmiş Ә:DV mәblәği әvәzlәşdirilmir.

175.7. Sıfır (0) dәrәcәsi ilә Ә:DV tutulan әmәliyyatlar Ә:DV cәlb olunan әmәliyyatlar hesab edilir vә belә әmәliyyatlar aparan şәxslәr tәrәfindәn mallar (işlәr, xidmәtlәr) alınarkәn ödәnilmiş Ә:DV-nin mәblәği bu Mәcәllәnin müddәalarına uyğun olaraq әvәzlәşdirilir.»;

67. 190.1-ci maddәdәn «maya» sözü çıxarılsın;

68. 196-cı maddә aşağıdakı redaksiyada verilsin:

«Bu Mәcәllәnin 197-ci maddәsindә göstәrilәn vergitutma obyektlәri olan fiziki şәxslәr vә müәssisәlәr әmlak vergisinin ödәyicilәridir.»;

69. 197.1.4-cü maddә aşağıdakı redaksiyada verilsin:


«197.1.4. Azәrbaycan Respublikasında özünün daimi nümayәndәliyi vasitәsilә sahibkarlıq fәaliyyәtini hәyata keçirәn qeyri-rezident   müәssisәlәr üçün – yalnız daimi nümayәndәliklә bağlı olan әsas vәsaitlәrin orta illik dәyәri.»;


70. 200.6-cı maddәdәn ikinci cümlә çıxarılsın;

71. 204-cü maddә aşağıdakı redaksiyada verilsin:

« Azәrbaycan Respublikasının әrazisindә mülkiyyәtindә vә ya istifadәsindә torpaq sahәlәri olan fiziki şәxslәr vә müәssisәlәr torpaq vergisinin ödәyicilәridir.»;

72. 206.3-cü maddәdә «tәyinatlı» sözündәn sonra «yaşayış fondlarının hәyәtyanı sahәlәri vә vәtәndaşların bağ sahәlәrinin tutduğu» sözlәri әlavә edilsin vә cәdvәlin üçüncü sütununun başlığından «kәnd tәsәrrüfatı üçün istifadә edilәn torpaqlar» sözlәri çıxarılsın;

73. 207.1.2-ci maddәyә «qurumlarının» sözündәn sonra vergül qoyulsun vә «habelә Azәrbaycan Respublikasının Dövlәt Neft Fondunun» sözlәri әlavә edilsin;

74. 211.1.2-ci maddә aşağıdakı redaksiyada verilsin:


«211.1.2. avtobuslar üçün oturacaq yerlәrinin sayından asılı olaraq 1-ci gün üçün:

1—12 olduqda — 30 ABŞ dolları
13—30 olduqda — 40 ABŞ dolları
31 vә daha çox olduqda — 50 ABŞ dolları»

75. 211.1.3-cü maddә aşağıdakı redaksiyada verilsin:


«211.1.3. yük avtomobillәri, qoşqulu vә yarımqoşqulu avtonәqliyyat vasitәlәri üçün yük götürmә qabiliyyәtindәn asılı olaraq 1-ci gün üçün:

1—10 ton olduqda — 40 ABŞ dolları
11—24 ton olduqda — 70 ABŞ dolları
24 tondan çox olduqda — 100 ABŞ dolları

76. 214-cü maddә aşağıdakı redaksiyada verilsin:

«Azәrbaycan Respublikasının әrazisindә (Xәzәr dәnizinin (gölünün) Azәrbaycan Respublikasına mәnsub olan bölmәsi dә daxil olmaqla) yerin tәkindәn faydalı qazıntıları çıxaran fiziki şәxslәr vә müәssisәlәr mәdәn vergisinin ödәyicilәridir»;

77. 217.5-ci maddәyә aşağıdakı redaksiyada ikinci abzas әlavә edilsin:

«Yerli әhәmiyyәtli tikinti materiallarına kәrpic-kiramid gillәri, tikinti qumları, yüksәk möhkәmliyә malik çınqıl xammalı aid edilir.»;

78. 219.2-ci maddәdәn «torpaq vergisinin, әmlak vergisinin» sözlәri çıxarılsın.

II. Bu Qanun 2002-ci il yanvarın 1-dәn qüvvәyә minir.

Azәrbaycan Respublikasının Prezidenti

Heydәr Ә:LİYEV

Bakı şәhәri, 16 noyabr 2001-ci il

N 217-IIQD