«Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin tәsdiq edilmәsi, qüvvәyә minmәsi vә bununla bağlı hüquqi tәnzimlәmә mәsәlәlәri haqqında» Azәrbaycan Respublikası Qanununun vә Azәrbaycan
Respublikası Vergi Mәcәllәsinin tәtbiqi ilә әlaqәdar Azәrbaycan Respublikasının bәzi qanunvericilik aktlarına dәyişikliklәr vә әlavәlәr edilmәsi vә bәzi qanunvericilik aktlarının qüvvәdәn  düşmüş hesab edilmәsi barәdә

Azәrbaycan Respublikasının Qanunu


 Azәrbaycan Respublikasının Milli Mәclisi qәrara alır:

 I. «Dövlәt gәnclәr siyasәti haqqında» Azәrbaycan Respublikası Qanununun (Azәrbaycan Respublikası Ali Sovetinin Mәlumatı, 1991-ci il,  N 24, maddә 446; Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, N 1, maddә 16) 8-ci maddәsinin 3-cü bәndinin ikinci  cümlәsi çıxarılsın.

 II. «Hәrbi qulluqçuların statusu haqqında» Azәrbaycan Respublikası Qanununun (Azәrbaycan Respublikası Ali Sovetinin Mәlumatı,  1992-ci il, N 4, maddә 79; 1993-cü il, N 5, maddә 132; Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, N 5, maddә 378;  1998-ci il, N 1, maddәlәr 15, 16; 1999-cu il, N 4, maddә 228, N 5, maddә 286) 10-cu maddәsinin 4-cü bәndindәn «vergitutma vә» sözlәri  çıxarılsın.

 III. «Xarici investisiyanın qorunması haqqında» Azәrbaycan Respublikası Qanununun (Azәrbaycan Respublikası Ali Sovetinin Mәlumatı,  1992-ci il, N 4, maddә 81; N 7, maddә 171; Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, N 3, maddә 226) 5-ci maddәnin  ikinci hissәsindәn «vergi güzәştlәri vә başqa» sözlәri, 10-cu maddәsinin ikinci hissәsindәn «vergitutma» sözlәri, 26-cı maddәsinin birinci  hissәsindәn «vә ondan idxal vergisi tutulmur» sözlәri, 29-cu maddәsi, 35-ci maddәsinin ikinci hissәsi çıxarılsın.

 IV. «Kәndli (fermer) tәsәrrüfatı haqqında» Azәrbaycan Respublikası Qanununun (Azәrbaycan Respublikası Ali Sovetinin Mәlumatı,  1992-ci il, N 9, maddә 216; Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, N 3, maddә 226; N 5, maddә 387; 1998-ci il, N  1, maddә 16) 3-cü maddәsinin 3-cü bәndindәn «vergilәrdәn» sözü, 37-ci maddәsinin birinci hissәsindәn «vergi intizamını» sözlәri vә 40-cı  maddәsi çıxarılsın.

 V. «Hәrbi qulluqçuların pensiya tәminatı haqqında» Azәrbaycan Respublikası Qanununun (Azәrbaycan Respublikası Ali Sovetinin  Mәlumatı, 1992-ci il, N 10, maddә 263; N 13, maddә 491; Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, N 1, maddә 10)  7-ci maddәsinin adından «Pensiyaların vergidәn azad edilmәsi» sözlәri vә hәmin maddәnin ikinci hissәsi çıxarılsın.

 VI. «Azәrbaycan Respublikasında әmәyin ödәnilmәsinin minimum mәblәğinin artırılması haqqında» Azәrbaycan Respublikası Qanununun  (Azәrbaycan Respublikası Ali Sovetinin Mәlumatı, 1992-ci il, N 11, maddә 389) 2-ci maddәsi çıxarılsın.

 VII. «Azәrbaycan Respublikasında vәtәndaşların pul gәlirlәrinin vә әmanәtlәrinin indekslәşdirilmәsi haqqında» Azәrbaycan Respublikası  Qanununun (Azәrbaycan Respublikası Ali Sovetinin Mәlumatı, 1992-ci il, N 12, maddә 445) 7-ci maddәsi çıxarılsın.

 VIII. «Dini etiqad azadlığı haqqında Azәrbaycan Respublikası Qanununun (Azәrbaycan Respublikası Ali Sovetinin Mәlumatı, 1992-ci il, N  16, maddә 694; Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, N 3, maddәlәr 171, 226; N 4, maddә 287; 1998-ci il, N 1,  maddә 16) 19-cu maddәsinin ikinci hissәsi vә 26-cı maddәsinin ikinci hissәsi çıxarılsın.

 IX. «Ә:lilliyin qarşısının alınması, әlillәrin reabilitasiyası vә sosial müdafiәsi haqqında» Azәrbaycan Respublikası Qanununun (Azәrbaycan  Respublikası Ali Sovetinin Mәlumatı, 1992-ci il, N16, maddә 697; 1994-cü il, N 15, maddә 176; 1995-ci il, N 17-18, maddә 285; Azәrbaycan  Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, N 2, maddә 81; N 4, maddә 305; N 5, maddәlәr 356, 378; N 6, maddә 452; 1998-ci il,  N 1, maddә 16; 1999-cu il, N 4, maddә 217; N 7, maddә 395) 5-ci maddәsinin beşinci hissәsi, 14-2-ci maddәsinin üçüncü hissәsi, 28-ci
 maddәsinin üçüncü hissәsindәn «güzәştli» sözü, 55-ci maddәsinin dördüncü hissәsi çıxarılsın, 52-ci maddәsinin adında «vergi» sözü «haqq»  sözü ilә әvәz edilsin.

 X. «Vәtәndaşların pensiya tәminatı haqqında» Azәrbaycan Respublikası Qanununun (Azәrbaycan Respublikası Ali Sovetinin Mәlumatı,  1992-ci il, N 18, maddә 814; 1994-cü il, N 15, maddә 171; 1995-ci il, N 22, maddә 354; Azәrbaycan Respublikasının Qanunvericilik  Toplusu, 1997-ci il, N 6, maddәlәr 453, 494; 1998-ci il, N 1, maddә 10; 1999-cu il, N 5, maddә 284; 2000-ci il, N 6, maddә 379) 10-cu  maddәsinin adından «Pensiyaların vergilәrdәn azad edilmәsi» sözlәri vә hәmin maddәnin üçüncü hissәsi çıxarılsın.

 XI. Azәrbaycan Respublikasının Tәhsil Qanununun (Azәrbaycan Respublikası Ali Sovetinin Mәlumatı, 1992-ci il, N 24, maddә 1031;  1994-cü il, N 16, maddә 216; 1995-ci il, N 7, maddә 123; Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, N 3, maddә 226;  N 4, maddә 287; N 6, maddә 450; 1998-ci il, N 1, maddә 16; 1999-cu il, N 5, maddә 285) 54-cü maddәsinin üçüncü hissәsindәn «vә dövlәt  bu sahәdә çalışan tәmir-tikinti idarәlәri üçün güzәştli vergi sistemi müәyyәn edir» sözlәri çıxarılsın.

 XII. «Sahibkarlıq fәaliyyәti haqqında» Azәrbaycan Respublikası Qanununun (Azәrbaycan Respublikası Ali Sovetinin Mәlumatı, 1992-ci il,  N 23, maddә 1013; Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, N 1, maddә 6; N 3, maddә 226; N 4, maddә 280) 14-cü  maddәsi çıxarılsın, 10-cu maddәsinin 2-ci bәndi aşağıdakı redaksiyada verilsin:

 «Hüquqi şәxsin vә sahibkarlıq fәaliyyәtini hüquqi şәxs yaratmadan hәyata keçirәn fiziki şәxsin vergi orqanlarında vergi ödәyicisi kimi uçota  alınması Azәrbaycan Respublikasının vergi qanunvericiliyi ilә tәnzimlәnir».

 XIII. «Antiinhisar fәaliyyәti haqqında» Azәrbaycan Respublikası Qanununun (Azәrbaycan Respublikası Ali Sovetinin Mәlumatı, 1993-cü il,  N 9, maddә 224; Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, N 1, maddә 17) 14-cü maddәsinin üçüncü bәndi çıxarılsın.

 XIV. «Çernobıl qәzasının lәğvindә iştirak etmiş vә hәmin qәza nәticәsindә zәrәr çәkmiş vәtәndaşların statusu vә sosial müdafiәsi haqqında»  Azәrbaycan Respublikası Qanununun (Azәrbaycan Respublikası Ali Sovetinin Mәlumatı, 1993-cü il, N 23-24, maddә 685; Azәrbaycan  Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, N 6, maddә 451; 1999-cu il, N 5, maddә 293) 6-cı maddәsinin 9-cu bәndi vә 16-cı  maddәsi çıxarılsın.

 XV. «Müәssisәlәr haqqında» Azәrbaycan Respublikası Qanununun (Azәrbaycan Respublikası Ali Sovetinin Mәlumatı, 1994-cü il, N 21,  maddә 314; Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, N 3, maddә 226; N 4, maddә 228) 18-ci maddәsinin dördüncü  hissәsindәn «yerli» sözü çıxarılsın, 23-cü maddәsindә «mәnfәәt vergisi vә digәr mәcburi ödәnişlәr verir» sözlәri «mәcburi ödәnişlәr ödәyirlәr»  sözlәri ilә әvәz edilsin.

 XVI. Azәrbaycan Respublikası Milli Mәclisinin 1995-ci il 19 yanvar tarixli 961 saylı qәrarı ilә tәsdiq edilmiş «Bank sirrinin qorunması  Qaydaları»nın (Azәrbaycan Respublikası Ali Sovetinin Mәlumatı, 1995-ci il, N 3-4, maddә 49) 7-ci bәndinin ikinci abzası aşağıdakı yeni  redaksiyada verilsin:

 «Hüquqi şәxslәrin bank hesabları vә ya әmәliyyatları barәdә arayışlar (mәlumatlar)» Azәrbaycan Respublikasında banklar vә bank fәaliyyәti  haqqında» Azәrbaycan Respublikası Qanununun 35-ci maddәsindә, habelә Azәrbaycan Respublikasının Vergi Mәcәllәsinin 76-cı maddәsindә  nәzәrdә tutulmuş qaydada verilir».

 XVII. «Auditor xidmәti haqqında» Azәrbaycan Respublikası Qanununun (Azәrbaycan Respublikası Ali Sovetinin Mәlumatı, 1995-ci il, N  7, maddә 114; Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, N 3, maddә 226) 13-cü maddәsinә aşağıdakı redaksiyada  onuncu abzas әlavә edilsin:

 «qanunvericiliklә nәzәrdә tutulmuş hallarda vergi hesabatına dair auditor rәyi vermәk».

 XVIII. «Lizinq xidmәti haqqında» Azәrbaycan Respublikası Qanununun (Azәrbaycan Respublikası Ali Sovetinin Mәlumatı, 1995-ci il, N  9, maddә 170) 5-ci maddәsinin 4-cü bәndinin dördüncü abzasında «lizinq müqavilәsi» sözlәrindәn әvvәl «qanunvericilikdә nәzәrdә tutulmuş  hallar istisna olmaqla» sözlәri әlavә edilsin, 5-ci bәndindә «lizinq müәssisәsinin razılığı ilә әmlakın qalıq dәyәrinә uyğun olaraq» sözlәri  «әmlakın» sözü ilә әvәz edilsin, hәmin maddәyә aşağıdakı redaksiyada 6-cı bәnd әlavә edilsin:

 «6. Maliyyә lizinqi ilә bağlı münasibәtlәr Azәrbaycan Respublikasının vergi vә digәr qanunvericilik aktları ilә tәnzimlәnir».

 XIX. «İnvestisiya fәaliyyәti haqqında» Azәrbaycan Respublikası Qanununun (Azәrbaycan Respublikası Ali Sovetinin Mәlumatı, 1995-ci il,  N 17-18, maddә 275) 11-ci maddәsinin 3-cü bәndinin ikinci abzası çıxarılsın.

 XX. «Mühasibat uçotu haqqında» Azәrbaycan Respublikası Qanununun (Azәrbaycan Respublikası Ali Sovetinin Mәlumatı, 1995-ci il, N  17-18, maddә 277; Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N 7, maddә 487) 34-cü maddәsinin 2-ci bәndi çıxarılsın,  4-cü bәndinin üçüncü abzasında «dövlәt vergi müfәttişliyi orqanlarına vә dövlәt statistika orqanlarına» sözlәri «dövlәt statistika orqanlarına vә  vergi qanunvericiliyindә nәzәrdә tutulmuş qaydada vergi orqanlarına» sözlәri ilә әvәz edilsin.

 XXI. «Damazlıq işi haqqında» Azәrbaycan Respublikası Qanununun (Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, N 1,  maddә 24) 16-cı maddәsinin üçüncü hissәsindәn «vergi vә» sözlәri çıxarılsın.

 XXII. «Enerci resurslarından istifadә haqqında» Azәrbaycan Respublikası Qanununun (Azәrbaycan Respublikasının Qanunvericilik  Toplusu, 1997-ci il, N 2, maddә 120) 12-ci maddәsinin birinci hissәsinin altıncı abzasından «vergi» sözü çıxarılsın.

 XXIII. «Azәrbaycan Respublikasının Milli Bankı haqqında» Azәrbaycan Respublikası Qanununun (Azәrbaycan Respublikasının  Qanunvericilik Toplusu, 1997-ci il, N 3, maddә 172; 1999-cu il, N 2, maddә 59) 8-ci maddәsinin 6-cı hissәsindәn «vergi orqanlarında qeydә  alınmırlar. Onlar vergilәrinin vә» sözlәri çıxarılsın.

 XXIV. «Azәrbaycan Respublikasında banklar vә bank fәaliyyәti haqqında» Azәrbaycan Respublikası Qanununa (Azәrbaycan  Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, N 3, maddә 176; 1998-ci il, N 11, maddә 644) aşağıdakı әlavә vә dәyişikliklәr edilsin:

 1. 35-ci maddәnin 3-cü bәndinә aşağıdakı redaksiyada ikinci abzas әlavә edilsin:

 «Hüquqi şәxslәrin bank hesabları vә ya әmәliyyatları barәdә mәlumatlar Azәrbaycan Respublikasının Vergi Mәcәllәsinin 76-cı maddәsindә  müәyyәn edilmiş hallarda vә qaydada alına bilәr».

 2. 40-cı maddәnin adında «Bank qanunvericiliyinin» sözlәri «Qanunvericiliyinin» sözlәri ilә әvәz olunsun vә bu maddәyә aşağıdakı  redaksiyada 3-cü bәnd әlavә edilsin:

 «3. Azәrbaycan Respublikasının Vergi Mәcәllәsindә nәzәrdә tutulmuş hallarda vә qaydada banklara vә bank әmәliyyatlarının ayrı-ayrı növlәrini  hәyata keçirәn digәr kredit tәşkilatlarına maliyyә sanksiyaları tәtbiq oluna bilәr».

 XXV. «Sosial sığorta haqqında» Azәrbaycan Respublikası Qanununun (Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, N  5, maddә 348; 1999-cu il, N 11, maddә 609) 12-ci maddәsindә «prokurorluğun müstәntiqlәri» sözlәrindәn sonra «vergi orqanlarının işçilәri»  sözlәri әlavә edilsin.

 XXVI. «Toxumçuluq haqqında» Azәrbaycan Respublikası Qanununun (Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, N  5, maddә 354) 19-cu maddәsinin 6-cı abzasından «vergi güzәştlәrindәn» sözlәri «başqa güzәştlәrdәn» sözlәri ilә әvәz edilsin.

 XXVII. «Hәrbi qulluqçuların dövlәt icbari şәxsi sığortası haqqında» Azәrbaycan Respublikası Qanununun (Azәrbaycan Respublikasının  Qanunvericilik Toplusu, 1997-ci il, N 5, maddә 399) 10-cu maddәsi çıxarılsın.

 XXVIII. «Yanğın tәhlükәsizliyi haqqında» Azәrbaycan Respublikası Qanununun (Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu,  1997-ci il, N 5, maddә 415) 32-ci maddәsinin ikinci vә üçüncü hissәlәrindәn «vergi tutulmadan» sözlәri çıxarılsın.

 XXIX. «Vәtәndaşların müraciәtlәrinә baxılması qaydası haqqında» Azәrbaycan Respublikası Qanununun (Azәrbaycan Respublikasının  Qanunvericilik Toplusu, 1997-ci il, N 5, maddә 417) 10-cu maddәsinin birinci hissәsindә «Müraciәtә» sözlәrindәn әvvәl «Qanunvericilikdә  nәzәrdә tutulan hallar istisna olmaqla» sözlәri әlavә edilsin.

 XXX. Azәrbaycan Respublikasının Gömrük Mәcәllәsinә (Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, N 6, maddә 447;  1999-cu il, N 10, maddә 570) aşağıdakı әlavә vә dәyişikliklәr edilsin:

 1. 108-ci maddәyә aşağıdakı redaksiyada 4-cü bәnd әlavә edilsin:

 «4) yol vergisi;»

 4-12-ci bәndlәr müvafiq olaraq 5-13-cü bәndlәr hesab edilsin.

 2. 110-cu maddәdә «bu Mәcәllәyә vә «Ә:lavә dәyәr vergisi haqqında» Azәrbaycan Respublikasının Qanununa» sözlәri, 111-ci maddәdә «bu  Mәcәllәyә vә «Aksizlәr haqqında» Azәrbaycan Respublikasının Qanununa» sözlәri «Azәrbaycan Respublikasının Vergi Mәcәllәsinә» sözlәri ilә  әvәz edilsin.

 3. Mәcәllәyә aşağıdakı redaksiyada 111-1-ci maddә әlavә edilsin:


«Maddә 111-1. Yol vergisi

 Xarici dövlәtlәrin avtonәqliyyat vasitәlәrindәn yol vergisinin tutulması hәmin avtonәqliyyat vasitәlәri Azәrbaycan Respublikasının gömrük  әrazisinә daxil olan zaman bu Mәcәllәyә vә vergi qanunvericiliyinә uyğun hәyata keçirilir».

 4. 118-ci maddәdә «gömrük ödәnişlәri» sözlәri «gömrük ödәnişlәri (yol vergisi istisna olmaqla)» sözlәri ilә әvәz edilsin;

 bu maddәyә aşağıdakı radaksiyada ikinci hissә әlavә edilsin:

 «Yol vergisi xarici dövlәtlәrin avtonәqliyyat vasitәlәri Azәrbaycan Respublikasının gömrük әrazisinә daxil olan zaman gömrük orqanları  tәrәfindәn tutulur vә bir bank günü әrzindә dövlәt büdcәsinә keçirilir».

 5. 123-cü maddәnin birinci vә üçüncü hissәlәrindә «Artıq ödәnilmiş vә ya alınmış» sözlәri «Yol vergisi vә idxal-ixrac әmәliyyatları sahәsindә  vergilәr istisna olmaqla, artıq ödәnilmiş vә ya alınmış» sözlәri ilә әvәz edilsin;

 bu maddәyә aşağıdakı redaksiyada dördüncü, beşinci vә altıncı hissәlәr әlavә edilsin:

 «Azәrbaycan Respublikasının Vergi Mәcәllәsindә başqa hallar müәyyәn edilmәmişdirsә, yol vergisi vә idxal-ixrac әmәliyyatları sahәsindә artıq  ödәnilmiş vergilәrin, faizlәrin vә maliyyә sanksiyalarının qalan mәblәğlәri vergi ödәyicisinin yazılı әrizәsinә әsasәn 45 gün әrzindә vergi ödәyicisinә  qaytarılır.

 Ә:lavә dәyәr vergisi mәblәğlәrinin vergi ödәyicisinә sәhvәn qaytarıldığı bütün hallarda gömrük orqanları sәlahiyyәtlәri daxilindә hәmin mәblәğlәrin  vergilәrin tutulması üçün müәyyәn edilmiş qaydada qaytarılmasını tәlәb etmәlidir.

 Artıq ödәnilmiş yol vergisi vә idxal-ixrac әmәliyyatları sahәsindә vergilәrin, faizlәrin vә maliyyә sanksiyalarının mәblәğlәrinin vergi ödәyicisinә  qaytarılması qaydaları müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilir».

 XXXI. «Bәdәn tәrbiyәsi vә idman haqqında» Azәrbaycan Respublikası Qanununun (Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu,  1998-ci il, N 11, maddә 642) 17-ci maddәsinin dördüncü hissәsindәn «vә әlavә dәyәr vergisindәn» sözlәri çıxarılsın.

 XXXII. «Yerin tәki haqqında» Azәrbaycan Respublikası Qanununun (Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, N  4, maddә 224) 40-cı maddәsinin ikinci hissәsindә «Mәdәn vergisi haqqında» Azәrbaycan Respublikasının Qanununa» sözlәri «vergi  qanunvericiliyinә» sözlәri ilә әvәz edilsin.

 XXXIII. «Qrant haqqında» Azәrbaycan Respublikası Qanununun (Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, N 6,  maddә 366) 5-ci maddәsi aşağıdakı redaksiyada verilsin:


«Maddә 5. Qrantdan icbari ödәnişlәr

 1. Bu Qanuna müvafiq olaraq qrant kimi alınan pul vә (vә ya) hәr hansı digәr maddi yardımla bağlı vergitutma mәsәlәlәri Azәrbaycan  Respublikasının Vergi Mәcәllәsi ilә tәnzimlәnir.

 2. Bu Qanuna müvafiq olaraq qrant kimi alınan pul vә (vә ya) hәr hansı digәr yardımdan rüsumlar vә dövlәt büdcәsinә müvafiq icbari ödәnişlәr  tutulmur».

 XXXIV. «Azәrbaycan Respublikası Prezidentinin seçkilәri haqqında» Azәrbaycan Respublikası Qanununun (Azәrbaycan Respublikasının  Qanunvericilik Toplusu, 1998-ci il, N 6, maddә 376) 44-cü maddәsinin üçüncü hissәsinin birinci cümlәsi çıxarılsın.

 XXXV. «Kinematoqrafiya haqqında» Azәrbaycan Respublikası Qanununun (Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci  il, N 8, maddә 489) 14-cü maddәsi çıxarılsın.

 XXXVI. «Mәhkәmә vә hüquq mühafizә orqanları işçilәrinin dövlәt mühafizәsi haqqında» Azәrbaycan Respublikası Qanununun  (Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, N 2, maddә 57) 19-cu maddәsinin üçüncü vә dördüncü hissәlәrindәn  «vergi tutulmayan» sözlәri çıxarılsın.

 XXXVII. «Mәhdud mәsuliyyәtli müәssisәlәr haqqında» Azәrbaycan Respublikası Qanununun (Azәrbaycan Respublikasının Qanunvericilik  Toplusu, 1999-cu il, N 4, maddә 212) 15-ci maddәsinin birinci hissәsindәn «әks halda müәssisә nizamnamә fondunun ödәnilmәmiş hissәsinin 2  faizi hәcmindә vergi orqanları tәrәfindәn qanunvericilikdә müәyyәn edilmiş qaydada cәrimә olunur» sözlәri vә hәmin maddәnin ikinci hissәsi  çıxarılsın.

 XXXVIII. «Mәcburi köçkünlәrin vә onlara bәrabәr tutulan şәxslәrin sosial müdafiәsi haqqında» Azәrbaycan Respublikası Qanununun  (Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, N 7, maddә 393) 4-cü maddәsinin birinci hissәsinin sәkkizinci abzası  çıxarılsın, hәmin maddәnin birinci hissәsinin yeddinci abzasında «güzәştlәri» sözü «vә digәr güzәştlәri» sözlәri ilә әvәz edilsin;

 14-cü maddәsinin adında «vergi güzәştlәri» sözlәri «dövlәt rüsumu ödәmәkdә güzәştlәr» sözlәri ilә әvәz edilsin; hәmin maddәnin mәtnindәn  «gәlir vergisindәn», «vә vergilәri» sözlәri çıxarılsın.

 XXXIX. «Vәtәndaşların hüquq vә azadlıqlarını pozan qәrar vә hәrәkәtlәrdәn (hәrәkәtsizlikdәn) mәhkәmәyә şikayәt edilmәsi haqqında»  Azәrbaycan Respublikası Qanununun (Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, N 7, maddә 398) 2-ci maddәsinin  üçüncü hissәsindә «Tabelik qaydasında yuxarı orqan» sözlәri «Qanunvericilikdә nәzәrdә tutulan hallar istisna olmaqla, tabelik qaydasında  yuxarı orqan» sözlәri ilә әvәz edilsin.

 XL. «Kiçik sahibkarlığa dövlәt kömәyi haqqında» Azәrbaycan Respublikası Qanununa (Azәrbaycan Respublikasının Qanunvericilik  Toplusu, 1999-cu il, N 8, maddә 469) aşağıdakı dәyişikliklәr edilsin:

 1.4-cü maddәnin 1-ci bәndindә «uçotunu onların yaşadıqları vә ya fәaliyyәt göstәrdiklәri әrazilәrin vergi orqanları aparır» sözlәri «vergi  orqanlarında vergi ödәyicisi kimi uçota alınması Azәrbaycan Respublikasının vergi qanunvericiliyi ilә tәnzimlәnir» sözlәri ilә әvәz edilsin;

 2.6-cı maddәnin yeddinci abzasından «vergitutma» sözü, 9-cu vә 18-ci maddәlәr çıxarılsın.

 XLI. «Valideynlәrini itirmiş vә valideyn himayәsindәn mәhrum olmuş uşaqların sosial müdafiәsi haqqında» Azәrbaycan Respublikası  Qanununun (Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, N 8, maddә 477) 8-ci maddәsinin ikinci hissәsindә «vergi  güzәştlәrindәn» sözlәri «güzәştlәrdәn» sözü ilә әvәz edilsin.

 XLII. Azәrbaycan Respublikasının Torpaq Mәcәllәsinin (Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, N 8, maddә 478)  98-ci maddәsi aşağıdakı redaksiyada verilsin:

 «Azәrbaycan Respublikasında torpaqdan istifadәyә görә torpaq vergisinin müәyyәn edilmәsi vә ödәnilmәsi qaydaları Azәrbaycan Respublikasının  Vergi Mәcәllәsi ilә müәyyәn edilir».

 XLIII. «Sığorta haqqında Azәrbaycan Respublikası Qanununun (Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, N 8,  maddә 479) 19-cu maddәsinin 4-cü bәndi, 31-ci maddәsinin 3-cü bәndindәn «vergi vә» sözlәri, 44-cü maddәsinin 1-ci bәndindәn  «vergitutmadan qabaq» sözlәri, 7-ci bәndindәn «vergini ödәmәkdәn әvvәl» sözlәri, 8-ci bәndindәn «vergini ödәdikdәn sonra» sözlәri çıxarılsın.

 XLIV. «Bәlәdiyyәlәrin statusu haqqında» Azәrbaycan Respublikası Qanununa (Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu,  1999-cu il, N 7, maddә 405) aşağıdakı әlavә vә dәyişikliklәr edilsin:

 1. 2-ci maddәnin 8-ci bәndi aşağıdakı redaksiyada verilsin:

 «Yerli vergilәr (bәlәdiyyә vergilәri) vә ödәnişlәr — Azәrbaycan Respublikasının Vergi Mәcәllәsi vә müvafiq qanunlarla müәyyәn edilәn,  bәlәdiyyәlәrin qәrarına әsasәn tәtbiq edilәn vә bәlәdiyyәlәrin әrazilәrindә ödәnilәn vergilәr vә bәlәdiyyәnin әrazisindә yaşayan әhalinin rәyi nәzәrә  alınmaqla bәlәdiyyәnin müstәqil surәtdә müәyyәnlәşdirdiyi ödәnişlәrdir».

 2. 41-ci maddәnin 3-cü bәndindәn «Azәrbaycan Respublikası vergilәrinin vә ayırmalarının müәyyәn hissәsini» sözlәri «müvafiq ayırmaları»  sözlәri ilә әvәz edilsin.

 3. 43-cü maddәnin 1-ci bәndindә «Azәrbaycan Respublikasının» sözlәrindәn sonra «Vergi Mәcәllәsinә vә» sözlәri әlavә edilsin.

 XLV. «Mәhkәmә vә hüquq mühafizә orqanları işçilәrinin dövlәt icbari şәxsi sığortası haqqında» Azәrbaycan Respublikası Qanununun  (Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, N 10, maddә 569) 10-cu maddәsi çıxarılsın.

 XLVI. «Bәlәdiyyәlәrin maliyyәsinin әsasları haqqında» Azәrbaycan Respublikası Qanununun (Azәrbaycan Respublikasının Qanunvericilik  Toplusu, 1999-cu il, N 12, maddә 690) 7-ci maddәsinin 1-ci bәndinin 1.6-cı yarımbәndindәn vә 3-cü bәndindәn «vergi vә» sözlәri çıxarılsın.

 XLVII. «Kredit ittifaqları haqqında» Azәrbaycan Respublikası Qanununun (Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci  il, N 7, maddә 485) 4-cü maddәsinin adında «hüquqları» sözü «hüquqları vә vәzifәlәri» sözlәri ilә әvәz olunsun, bu maddәyә aşağıdakı  redaksiyada 2-ci bәnd әlavә edilsin:

 «2. Kredit ittifaqları Azәrbaycan Respublikasının vergi vә digәr qanunvericilikdә nәzәrdә tutulmuş vәzifәlәri hәyata keçirirlәr».

 XLVIII. Azәrbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli 709-IQ nömrәli Qanunu ilә tәsdiq edilmiş «Bәlәdiyyәlәrin nümunәvi  Nizamnamәsi»nin (Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N 1, maddә 1) bölmәsinin «Bәlәdiyyәlәrin iclası»  bölmәsinin 2-ci bәndinin beşinci abzasında «yerli vergilәrin» sözlәri «yerli vergilәr üzrә güzәştlәrin, vergi qanunvericiliyi ilә müәyyәn edilәn  hәdlәrdә vergi dәrәcәlәrinin» sözlәri ilә әvәz edilsin.

 XLIX. «Yeyinti mәhsulları haqqında» Azәrbaycan Respublikası Qanununun (Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci  il, N 1, maddә 8) 10-cu maddәsinin birinci hissәsindәn «vә güzәştli vergi» sözlәri çıxarılsın.

 L. «İnvestisiya fondları haqqında» Azәrbaycan Respublikası Qanununun (Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il,  N 1, maddә 11) 26-cı maddәsi çıxarılsın.

 LI. Azәrbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli Qanunu ilә tәsdiq edilmiş «Gömrük orqanlarında xidmәt haqqında  Ә:sasnamә»nin (Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N 1, maddә 12) 111-ci maddәsi çıxarılsın.

 LII. «Kütlәvi informasiya vasitәlәri haqqında» Azәrbaycan Respublikası Qanununun (Azәrbaycan Respublikasının Qanunvericilik  Toplusu, 2000-ci il, N 2, maddә 82) 55-ci maddәsi çıxarılsın.

 LIII. «Avtomobil yolları haqqında» Azәrbaycan Respublikası Qanununun (Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il,  N 3, I kitab, maddә 125) 34-cü maddәsinin üçüncü hissәsi vә 46-cı maddәsinin beşinci hissәsi çıxarılsın.

 LIV. «Vәkillәr vә vәkillik fәaliyyәti haqqında» Azәrbaycan Respublikası Qanununun (Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu,  2000-ci il, N 1, maddә 19) 24-cü maddәsinin III hissәsi çıxarılsın.

 LV. «Muzeylәr haqqında» Azәrbaycan Respublikası Qanununun (Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N 6,  maddә 396) 22-ci maddәsinin üçüncü hissәsi çıxarılsın.

 LVI. «Azәrbaycan Respublikasında vәrәmlә mübarizә haqqında» Azәrbaycan Respublikası Qanununun (Azәrbaycan Respublikasının  Qanunvericilik Toplusu, 2000-ci il, N 7, maddә 484) 4-cü maddәsinin ikinci hissәsinin sәkkizinci abzası çıxarılsın.

 LVII. Azәrbaycan Respublikasının aşağıdakı qanunvericilik aktları qüvvәdәn düşmüş hesab edilsin:

 «Ә:lavә dәyәr vergisi haqqında» vә «Aksizlәr haqqında» Azәrbaycan Respublikası Qanunlarının qüvvәyә minmәsi qaydası barәsindә»  Azәrbaycan Respublikası Milli Mәclisinin Qәrarı (Azәrbaycan Respublikası Ali Sovetinin Mәlumatı, 1991-ci il, N 24, maddә 478; 1992-ci il,  N 24, maddә1044);

 «Bәzi mәhsul növlәrinin aksiz dәrәcәlәrinin azaldılması vә yeni aksizlәr tәtbiq edilmәsi haqqında» Azәrbaycan Respublikası Milli Mәclisinin  Qәrarı (Azәrbaycan Respublikası Ali Sovetinin Mәlumatı, 1992-ci il, N 11, maddә 405);

 «Azәrbaycan Respublikasında fiziki şәxslәrdәn gәlir vergisi haqqında» Azәrbaycan Respublikası Qanununun qüvvәyә minmәsi barәdә»  Azәrbaycan Respublikası Milli Mәclisinin Qәrarı (5-ci bәndi istisna olmaqla), (Azәrbaycan Respublikası Ali Sovetinin Mәlumatı, 1992-ci il,  N 12, maddә 452);

 «Dövlәt vergi xidmәti haqqında» Azәrbaycan Respublikası Qanununun qüvvәyә minmәsi barәdә» Azәrbaycan Respublikası Milli  Mәclisinin Qәrarı (Azәrbaycan Respublikası Ali Sovetinin Mәlumatı, 1992-ci il, N 15, maddә 624);

 «Bәzi neft mәhsullarının aksiz dәrәcәlәrinin dәyişdirilmәsi haqqında» Azәrbaycan Respublikası Milli Mәclisinin Qәrarı (Azәrbaycan  Respublikası Ali Sovetinin Mәlumatı, 1993-cü il, N 23-24, maddә 684);

 «Bәzi malların aksiz dәrәcәlәrinin dәyişdirilmәsi vә yeni mәhsullara aksizlәr tәtbiq edilmәsi barәdә» Azәrbaycan Respublikası Milli  Mәclisinin Qәrarı (4-cü bәndi istisna olmaqla), (Azәrbaycan Respublikası Ali Sovetinin Mәlumatı, 1993-cü il, N 7, maddә 169);

 «Dövlәt yol fondu haqqında» Azәrbaycan Respublikası Qanununun qüvvәyә minmәsi barәdә» Azәrbaycan Respublikası Milli Mәclisinin  Qәrarı (Azәrbaycan Respublikası Ali Sovetinin Mәlumatı, 1994-cü il, N 5-6, maddә 50);

 «Ә:lavә dәyәr vergisi haqqında» Azәrbaycan Respublikası Qanununun bәzi anlayışlarının izahı haqqında» Azәrbaycan Respublikası Milli  Mәclisinin Qәrarı (Azәrbaycan Respublikası Ali Sovetinin Mәlumatı, 1994-cü il, N 12, maddә 134);

 «Mәdәn vergisi haqqında» Azәrbaycan Respublikası Qanununun qüvvәyә minmәsi barәdә» Azәrbaycan Respublikası Milli Mәclisinin  Qәrarı (Azәrbaycan Respublikası Ali Sovetinin Mәlumatı, 1995-ci il, N 8, maddә 160);

 «Mәşğulluq fonduna ayırmaların normativlәri haqqında» Azәrbaycan Respublikası Qanununun (Azәrbaycan Respublikası Ali Sovetinin  Mәlumatı, 1991-ci il, N 24, maddә 474; 1992-ci il, N 11, maddә 390; N 24, maddә 1056; Azәrbaycan Respublikasının Qanunvericilik  Toplusu, 1998-ci il, N 6, maddә 367; 1999-cu il, N 4, maddә 217);

 «İxracat vergisi haqqında» Azәrbaycan Respublikası Qanununun qüvvәyә minmәsi barәdә Azәrbaycan Respublikası Milli Mәclisinin Qәrarı  (Azәrbaycan Respublikası Ali Sovetinin Mәlumatı, 1995-ci il, N 8, maddә 164);

 «Ә:mlak vergisi haqqında» Azәrbaycan Respublikası Qanununun qüvvәyә minmәsi barәdә» Azәrbaycan Respublikası Milli Mәclisinin  Qәrarı (Azәrbaycan Respublikası Ali Sovetinin Mәlumatı, 1995-ci il, N 13, maddә 227);

 «Azәrbaycan Respublikasının әrazisindә istehsal edilәn vә qiymәtlәri tәnzimlәnәn mәhsulların bәzi vergilәrә cәlb edilmәmәsi haqqında»  Azәrbaycan Respublikasının Qanunu (Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, N 8, maddә 487).

 Azәrbaycan Respublikasının Prezidenti

 Heydәr Ә:LİYEV

 Bakı şәhәri, 23 noyabr 2001-ci il

 N 219-IIQD.