|
Kommersiya sirri haqqında Azərbaycan Respublikasının Qanunu
1.1. Bu Qanun Azərbaycan Respublikasında kommersiya sirri ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında bütün hüquqi və fiziki şəxslərin kommersiya sirrini təşkil edən məlumatlarının, onların ifadə edilməsi üsulundan və daşıyıcısından asılı olmayaraq qorunma hüququ vardır. 1.3. Kommersiya sirrindən dövlətin, hüquqi və fiziki şəxslərin qanuni mənafelərinin ziddinə istifadə edilə bilməz.
2.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:
2.0.2. «nou-hau» — əqli fəaliyyətin nəticəsi kimi kommersiya sirrinə aid edilən, qanunvericiliyə, yaxud sahibinin mülahizələrinə əsasən patentlə mühafizə olunmayan məlumatlar; 2.0.3. kommersiya sirrinin sahibi — kommersiya sirrinə qanuni əsaslarla malik olan hüquqi və ya fiziki şəxs; 2.0.4. kommersiya sirrinin konfidenti — kommersiya sirrini qanuni əsaslarla kommersiya sirrinin sahibindən əldə edən hüquqi və ya fiziki şəxs; 2.0.5. kommersiya sirrinin daşıyıcıları — kommersiya sirrinin işarələr, təsvirlər, düsturlar, texnoloci proseslər, siqnallar və başqa formada ifadə edildiyi maddi və qeyri-maddi obyektlər; 2.0.6. kommersiya sirrinin recimi — kommersiya sirrinin əldə edilməsinin məhdudlaşdırılması üzrə kommersiya sirrinin sahibi və ya konfident tərəfindən müəyyən olunmuş hüquqi, təşkilati, texniki və digər tədbirlər sistemi; 2.0.7. kommersiya sirrini yaymaq — müvafiq qanunvericiliyin, yaxud müqavilə şərtlərinin pozulması yolu ilə kommersiya sirrinin başqa şəxslərə açıqlanması; 2.0.8. kommersiya sirrinin əldə olunmasının qeyri-qanuni üsulları —kommersiya sirrinin sənədləri oğurlamaq, fotoşəklini çəkmək, surətini çıxarmaq, zor tətbiq etmək və ya hədələmək, rüşvət vermək, kommersiya sirrinin reciminə riayət olunması öhdəliklərini pozmaq və ya pozmağa təhrik (vadar) etmək, məlumatların ötürülmə kanallarına qoşulmaq, danışıqlara qulaq asmaq və müşahidə aparmaq kimi qeyri-qanuni üsullarla əldə edilməsi.
3.0. Məlumatların kommersiya sirrinə aid edilməsinin meyarları aşağıdakılardır:
3.0.2. məlumatın məxfiliyinin qorunması məqsədilə sahibi tərəfindən hüquqi, təşkilati, texniki və digər tədbirlərin həyata keçirilməsi; 3.0.3. bu məlumatların sərbəst əldə olunmasının qanuni əsaslarla məhdudlaşdırılması.
4.1. Aşağıdakılar istisna edilməklə, hüquqi və fiziki şəxslərin bu Qanunun tələblərinə uyğun olan məlumatları kommersiya sirri hesab edilir:
4.1.2. təsis sənədlərində əksini tapan məlumatlar; 4.1.3. sahibkarlıq fəaliyyətinin bəzi növləri ilə məşğul olmaq hüququ verən lisenziyalar haqqında məlumatlar; 4.1.4. qanunvericilikdə nəzərdə tutulan hallarda auditor rəyi daxil olmaqla maliyyə (mühasibat) hesabatlarında olan məlumatlar; 4.1.5. Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən vergi ödəyicisi barədə kommersiya sirri hesab olunmayan məlumatlar; 4.1.6. əməyin ödənilməsi formaları və məbləği barədə, əmək haqqı və sosial ödənişlər üzrə borclar, işçilərin say tərkibini, boş iş yerlərinin mövcudluğunu əks etdirən məlumatlar; 4.1.7. patent və digər mühafizə sənədləri ilə qorunan əqli mülkiyyət obyektləri haqqında məlumatlar; 4.1.8. qiymətli kağızlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qiymətli kağızların emitenti, qiymətli kağızlar bazarının peşəkar iştirakçısı və qiymətli kağızların mülkiyyətçiləri tərəfindən açılmalı olan məlumatlar; 4.1.9. qeyri-kommersiya təşkilatlarının fəaliyyəti barədə məlumatlar; 4.1.10. özəlləşdirmənin dövlət proqramının həyata keçirilməsi və konkret obyektlərin özəlləşdirmə şərtləri barədə məlumatlar; 4.1.11. hüquqi şəxsin ləğvi və onun kreditorları tərəfindən tələblərin irəli sürülməsi qaydası və müddəti barədə məlumatlar; 4.1.12. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən barəsində məsuliyyət növü nəzərdə tutulan əməllərə dair məlumatlar; 4.1.13. ekoloci və antiinhisar qanunvericiliyinə əməl olunması, əməyin təhlükəsizliyinin təmin edilməsi, əhalinin sağlamlığına ziyan vura bilən məhsulların satışı ilə bağlı məlumatlar; 4.1.14. kommersiya sirri reciminin qoyulması qüvvədə olan qanunvericiliklə məhdudlaşdırılan məlumatlar; 4.1.15. qanunvericiliyə əsasən kommersiya sirri hesab edilməyən digər məlumatlar.
5.0. Kommersiya sirri sahibinin aşağıdakı hüquqları vardır:
5.0.2. kommersiya sirrindən istifadə etmək, müqavilə əsasında başqa şəxslərə vermək, mülki dövriyyəyə daxil edilmənin digər üsullarını tətbiq etmək; 5.0.3. kommersiya sirrinin recimini pozan və ya belə recimin pozulmasına təhlükə yaradan hərəkətlərdən qanunvericiliyə uyğun olaraq müdafiə olunmaq; 5.0.4. kommersiya sirrindən öz maraqları üçün istifadə etmiş şəxslərdən vurulan ziyanın əvəzini məhkəmə qaydasında almaq.
6.1. Kommersiya sirrinin recimi kommersiya sirrinin sahibi tərəfindən müəyyən olunur.
6.1.2. Kommersiya sirrinin sahibi və konfidenti kommersiya sirri reciminə riayət etməyə borcludurlar.
6.3. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna
olmaqla, kommersiya sirri recimini müəyyən edən şəxs
kommersiya sirri şifrinin 6.4. Kommersiya sirri reciminin təmin olunmasının əsas şərti — bu Qanunun 6.1-ci maddəsində göstərilən şəxslərin kommersiya sirrini yaymamaq öhdəliklərini təsdiq edən müqavilənin bağlanmasıdır. 6.5. Kommersiya sirri reciminin təmin olunmasının əlavə
şərtləri kommersiya sirrinin sahibi tərəfindən
kommersiya sirrinin konfidenti ilə razılaşdırılmaqla
müəyyən edilir. Əlavə şərtlərə
kommersiya sirrini təşkil edən məlumatları əldə
etmənin xüsusi qaydası, göstərilən məlumatlarla
əlaqədar sənədlərə xüsusi şifrin
qoyulması, həmin məlumatları əldə edə
bilən fiziki şəxslərin əhatəsinin məhdudlaşdırılması
aid
7.1. Mülki-hüquq müqavilələrinə məxfilik haqqında şərtlərin daxil edilməsi, yaxud bu müqavilələrlə bərabər yazılı formada razılaşma bağlanması kommersiya sirri reciminin müəyyən edilməsinin zəruri şərtidir. 7.2. Mülki-hüquq müqavilələrinə əsasən kommersiya sirrini əldə edən və onun yayılmasına yol verən, yaxud kommersiya sirrinin digər şəxslərə verilməsi qaydası barədə müqavilənin şərtlərini pozan konfident müvafiq qanunvericiliyə əsasən məsuliyyət daşıyır.
Kommersiya sirri sahibinin bağladığı müqavilələrdə və razılaşmalarda üzərinə götürdüyü öhdəlikləri pozmadan kommersiya sirrinin recimini dəyişdirmək və ya ləğv etmək hüququ vardır. Kommersiya sirrinin sahibi kommersiya sirrinin recimini dəyişdirərkən və ya ləğv edərkən müvafiq razılaşma bağladığı konfidenti yazılı məlumatlandırmağa borcludur.
9.1. Sahibindən müqavilə əsasında alınan və ya vərəsəlik qaydasında keçən kommersiya sirri təşkil edən məlumatlar qanuni yolla əldə olunan sayılır. 9.2. Qeyri-qanuni vasitələrdən istifadə etmədən toplanılan məlumatın məzmunu digər şəxsin kommersiya sirrinə uyğun gəlməsindən asılı olmayaraq qanuni və müstəqil yolla əldə olunan məlumat sayılır.
10.1. Kommersiya sirrini təşkil edən məlumatların müəyyən edilmiş reciminə əməl etmək öhdəliyi əmək müqaviləsinə və ya kommersiya sirrinin reciminə əməl etmək barədə razılaşmaya əsasən kommersiya sirrinin konfidenti olan işçilərin üzərinə qoyulur. 10.2. İşçinin kommersiya sirrini əldə etməyə buraxılması onun razılığı ilə həyata keçirilir və aşağıdakıları nəzərdə tutur:
10.2.2. işəgötürənin kommersiya sirrini təşkil edən məlumatların siyahısı ilə tanışlıq.
11.1. Əmək müqaviləsinə və ya kommersiya sirri reciminə əməl etmək barədə razılaşmaya əsasən kommersiya sirrinin konfidentləri əmək müqaviləsinə xitam verildikdən sonra məlumatın kommersiya sirrinə aid edilməsi ləğv olunanadək kommersiya sirrinin reciminə riayət etməyə borcludurlar. 11.2. Əmək münasibətlərinə xitam verilərkən, işçi sərəncamında olan, kommersiya sirrinin təşkil daşıyıcılarını işəgötürənin tələbinə əsasən qaytarmağa borcludur.
12.1. Əqli mülkiyyət obyekti kimi «nou-hau» kommersiya sirri recimində qorunur. 12.2. «Nou-hau»nun sahibinin aşağıdakı hüquqları vardır:
12.2.2. bu fəsildə nəzərdə tutulmuş qaydada «nou-hau»ya bütün hüquqların və ya hüquqların müəyyən hissəsini müqavilə əsasında digər şəxsə vermək; 12.2.3. bu Qanunda nəzərdə tutulan hallarda «nou-hau»dan istifadə olunmasına görə mükafatlandırılmaq. 12.2.4. «nou-hau» sahibinin hüquqları «nou-hau»nun yaranması və barəsində mühafizə tədbirləri görülməsi faktı ilə meydana çıxır.
Maddə 13. «Nou-hau»ya mülkiyyət hüquqlarının verilməsi 13.1. «Nou-hau»ya mülkiyyət hüquqları onun sahibi tərəfindən bütövlükdə və ya hissələrlə «nou-hau»dan istifadə hüquqlarının verilməsi haqqında müqaviləyə və ya alqı-satqı müqaviləsinə əsasən digər fiziki və hüquqi şəxslərə verilə bilər. 13.1.1. Yazılı formada bağlanan müqavilədə «nou-hau»nun verilmə qaydası, kommersiya sirri reciminin müəyyən edilməsi və ona əməl olunması, «nou-hau»nun həcmi və ondan istifadə üsulları, mükafatın həcmi və ödənilmə qaydası, müqavilənin qüvvədə olma müddəti və s. mühüm şərtlər nəzərdə tutulur. 13.2. Fiziki şəxslərin «nou-hau»ya mülkiyyət hüquqları qanunvericiliyə uyğun olaraq vərəsəlik qaydasında keçir. 13.3. Hüquqi şəxs yenidən təşkil olunduqda, «nou-hau»ya hüquqlar hüquq varisliyi əsasında yeni yaranmış hüquqi şəxsə keçir.
14.1. Xidməti tapşırığın yerinə yetirilməsindən yaranan «nou-hau»ya mülkiyyət hüququ işəgötürənlə işçi («nou-hau»nun müəllifi) arasında bağlanan müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, işəgötürənə məxsusdur. 14.2. İşəgötürən «nou-hau»dan istehsalatında istifadə edərkən işçiyə («nou-hau»nun müəllifinə) mükafat verir. 14.2.1. Mükafatın ödənilməsi qaydası və məbləği işçi ilə işəgötürən arasında bağlanan müqavilə ilə tənzimlənir. 14.3. İşəgötürən işçi ilə əmək müqaviləsi bağlananadək işçiyə məxsus olan «nou-hau»ya mülkiyyət hüququnu əldə etmir. 14.3.1. Bu halda «nou-hau»ya mülkiyyət hüququnun əldə edilməsi qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
15.1. Elmi-tədqiqat, təcrübə-konstruktor və texnoloci işlərin yerinə yetirilməsi müqavilələrində başqa hallar nəzərdə tutulmadıqda və müqavilə üzrə sifarişçi dövlət hakimiyyəti və yerli (bələdiyyə) orqanı olmadıqda:
15.1.2. icraçı müqavilənin yerinə yetirilməsindən əldə edilən «nou-hau»dan istehsalatında istifadə etmək hüququna malikdir; 15.1.3. icraçı sifarişçinin yazılı razılığı olmadan göstərilən «nou-hau»nu üçüncü şəxslərə vermək hüququna malik deyil.
«Nou-hau» işlərin nəticələrinin ayrılmaz hissəsi və ya onların təhlükəsiz istifadəsinin şərti olmadıqda, habelə müqavilədə başqa hallar nəzərdə tutulmadıqda, dövlət hakimiyyəti orqanları ilə bağlanan elmi-tədqiqat, təcrübə-konstruktor və texnoloci işlərin yerinə yetirilməsi müqavilələrindən irəli gələn «nou-hau» hüququ icraçıya məxsusdur.
17.1. Kommersiya sirri təşkil edən məlumatları qeyri-qanuni yolla əldə edən və ya yayan şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 17.2. Dövlət orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən onlara məlum olan kommersiya sirrini qorumağa borcludurlar. Bu məlumatlar ancaq müvafiq qanunvericiliklə nəzərdə tutulmuş hallarda açıqlana bilər.
Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV Bakı şəhəri, 4 dekabr 2001-ci il N 224-IIQ. «Azərbaycan» qəzetində dərc edilmişdir (29 dekabr
2001-ci il, N 298). |