Hüquqi şәxslәrin dövlәt büdcәsinә borclarının güzәştli ödәnişi haqqında Azәrbaycan Respublikasının Qanunu

Bu Qanun Azәrbaycan Respublikasının hüquqi şәxslәrinin (bundan sonra hüquqi şәxslәrin) dövlәt büdcәsinә olan borclarının güzәştli ödәnişinin hәyata keçirilmәsinin qaydalarını, güzәştli dәnişin şәrtlәrini vә müddәtlәrini müәyyәn edir.

Maddә 1.
Әsas anlayışlar

T tәtbiq edilәn әsas anlayışlar aşağıdakılardır:
1.0.1. Dövlәt büdcәsinә borclar—vergi orqanları ilә hüquqi şәxslәr arasında tәsdiq edilmiş üzlәşmә aktlarına görә dövlәt büdcәsinә 2000-ci il oktyabr ayının 1-dәk dәnilmәli olan, lakin ödәnilmәmiş vergilәr. qeyri-vergi ödәnişlәri üzrә borclar vә vergi qanunvericiliyinin pozulmasına görә vergi orqanları tәrәfindәn hesablanmış penya maliyyә sanksiyaları;
1.0.2. cari ödәnişlәr—hüquqi şәxslәr tәrәfindәn 2000-ci ilin oktyabr ayının 1-dәn sonra dövlәt büdcәsi qarşısında yaranan vergi vә qeyri-vergi öhdәliklәrinin qanunvericiliklә
müәyyәn edilmiş müddәtlәrdә vә qaydada yerinә yetirilmәsi;
1.0.3. Güzәştli ödәniş müddәti—bu Qanuna uyğun olaraq tәtbiq edilәn müddәtlәr.

Maddә 2.
Qanunun qüvvәdә olması müddәti

2.1. Bu Qanunun müddәaları onun qüvvәyә mindiyi tarixdәn başlayaraq 5 il әrzindә tәtbiq edilir (güzәştli ödәnimiş son müddәti)
2.2. Bu Qanun hüquqi şәxslәrin dövlәt büdcәsinә 2000-ci ilin oktyabr ayının 1-dәk olan borclarına tәtbiq edilir.

Maddә 3.
Dövlәt büdcәsinә borcların ödәnilmәsinin tә`xirә salınmasının müddәtlәri vә güzәştli ödәniş hüququnun әldә olunması şәrtlәri

3.1. Hüquqi şәxslәrin dövlәt büdcәsinә 2000-ci il oktyabr ayının 1-dәk olan borclarının ödәnilmәsi hәmin şәxslәrin vergi orqanlarına verdiklәri әrizәnin (bildirişin) daxil olduğu tarixdәn tә`xirә salınır vә onlar güzәştli ödәniş hüququnu әldә edirlәr.
3.2. Dövlәt büdcәsinә olan borclarına görә güzәştli ödәniş hüququ әldә etmiş hüquqi şәxsi cari ödәnişlәri rüblәr üzrә ödәmәk şәrti ilә ödәnilmәsi tә`xirә salınmış borcları bu Qanunun qüvvәdә olduğu müddәtdә ödәmәk hüququ verilir.
3.3. Güzәştli ödәniş hüququ әldә etmiş hüquqi şәxsin ödәnilmәsi tә`xirә salınmış borclarına 2000-ci ilin oktyabr ayının 1-dәn penya hesablanması dayandırılır.
3.4. 2000-ci ilin oktyabr ayının 1-dәn hüquqi şәxsin güzәştli ödәniş hüququnun alınmasına әrizә ilә (bildirişlә)müraciәt etdiyi dövrәdәk olan cari ödәnişlәr üzrә öhdәliklәri әrizә (bildiriş) verilәn rüb vә ya ondan sonrakı rüb әrzindә ödәnilmәlidir.
3.5. Hüquqi şәxs bu Qanunun 3-cü maddәsinin tәlәblәrini pozduqda güzәştli ödәniş hüququnu itirir vә hәmin tarixdәn onun dövlәt büdcәsinә olan borcları tam mәblәğdә bәrpa edilir.
3.6. Bu Qanunun qüvvәdә olduğu müddәtәrzindә hüquqi şәxs tәkrarәn güzәştli ödәniş hüququnu әldә etmәk üçün müraciәt edә bilәr.

Maddә 4.
Dövlәt büdcәsinә borcların ödәnilmәsi zamanı tәtbiq olunan güzәştlәr

Dövlәt büdcәsinә borclarına görә güzәştli ödәniş hüququ әldә etmiş hüquqi şәxs büdcәyә olan borclarını bu Qanunla müәyyәn edilmiş müddәtlәrdә ödәdikdә aşağıdakı güzәştlәr tәtbiq olunur:

4.1.1. güzәşli ödәniş müddәtinin birinci ilindә ödәnilmәsi tә`xirә salınmış әsas borcun azı 25 faizi ödәnilәrsә, ödәnilmәsi tә`xirә salınmış әsas borcun qalan hissәsi, penya vә maliyyә sanksiyalarının isә tam mәblәği silinir;
4.1.2. güzәşli ödәniş müddәtinin birinci iki ilindә ödәnilmәsi tә`xirә salınmış әsas borcun azı 45 faizi ödәnilәrsә, ödәnilmәsi tә`xirә salınmış әsas borcun qalan hissәsi. penya vә maliyyә sanksiyalarının isә tam mәblәği silinir;
4.1.3. güzәşli ödәniş müddәtinin birinci üç ilindә ödәnilmәsi tә`xirә salınmış әsas borcun azı 60 faizi ödәnilәrsә, ödәnilmәsi tә`xirә salınmış әsas brcun qalan hissәsi, penya vә maliyyә sanksiyalarının isә tam mәblәği silinir;
4.1.4. güzәşli ödәniş müddәtinin birinci dörd ilindә ödәnilmәsi tә`xirә salınmış әsas borcun azı 70 faizi ödәnilәrsә, ödәnilmәsi tә`xirә salınmış әsas borcun qalan hissәsi, penya vә maliyyә sanksiyalarının isә tam mәblәği silinir;
4.1.5. güzәşli ödәnişin son müddәtindә ödәnilmәsi tә`xirә salınmış әsas borcun azı 75 faizi ödәnilәrsә, ödәnilmәsi tә`xirә salınmış әsas borcun qalan hissәsi, penya vә maliyyә sanksiyalarının isә tam mәblәği silinir;
4.2. Bu Qanunun 4.1.1—4.1.5-ci maddәlәrindә göstәrilәn güzәştli ödәniş müddәtlәrinin hәr hansı birindәn istifadә etmәklә borclarını ödәmiş hüquqi şәxs sonradan cari ödәnişlәri yerinә yetirmәdikdә, onun dövlәt büdcәsinә әvvәlki borcları ,bәrpa olunmur.

Maddә 5.
Hüquqi şәxslәrin dövlәt büdcәsinә borclarının güzәştli ödәnişinin tәtbiq dairәsi

«Müflislәşmә vә iflas haqqında» Azәrbaycan Respublikasının Qanununa uyğun olaraq barәsindәiflas işi qaldırılan hüquqi şәxslәrә,habelә «Özәllәşdirilәn dövlәt müәssisәlәrinin, aqrar islahatı nәticәsindә lәğv olunmuş vә işğal altında olen rayonların tәsәrrüfat subyektlәrinin borcları haqqında» Azәrbaycan Respublikasının Qanununda borclarının silinmәsi nәzәrdә tutulan müәssisә vә
tәşkilatlara bu Qanun şamil edilmir.
5.2. Bu Qanuna uyğun olaraq dövlәt büdcәsinә olan borclarına görә güzәştli ödәniş hüququ әldә etmiş hüquqi şәxslәrin mülkiyyәt ya tәşkilati-hüquqi forması, habelә hәr hansı digәr rekvizitlәri dәyişildikdә, bu Qanunda nәzәrdә tutulmuş hüquq vә güzәştlәr saxlanılır.

Azәrbaycan Respublikasının Prezidenti
Heydәr ӘLİYEV.

Bakı şәhәri, 24 oktyabr 2000-ci il.
N 935-IQ.
«Azәrbaycan» qәzetindә dәrc edilmişdir (3 dekabr 2000-ci il, N 278).