|
Özәllәşdirilәn dövlәt müәssisәlәrinin, aqrar islahatları nәtijәsindә lәğv olunmuş vә işğal altında olan rayonların tәsәrrüfat subyektlәrinin borcları haqqında Azәrbaycan Respublikasının Qanunu Bu Qanun özәllәşdirilәn dövlәt müәssisәlәrinin, aqrar islahatları nәticәsindә lәğv olunmuş kolxozların vә sovxozların, habelә işğal altında olan rayonların tәsәrrüfat subyektlәrinin dövlәt büdcәsinә, büdcәdәnkәnar dövlәt fondlarına, sәhmlәri dövlәtә mәxsus banklara vә dövlәt müәssisәlәrinә yaranmış borclarının silinmәsi qaydalarını tәnzimlәyir. Maddә 1. Qanunun tәtbiq dairәsi 1.0. Bu qanunla müәyyәn edilmiş qaydalar aşağıdakılara şamil edilir: 1.0.1. «Azәrbaycan Respublikasında 1995-1998-ci illәrdә dövlәt mülkiyyәtinin özәllәşdirilmәsinin Dövlәt Proqramı» çәrçivәsindә özәllәşdirilmәsi barәdә qәrar qәbul edilmiş vә özәllәşdirilmәsi başa çatmamış müәssisәlәrә; 1.0.2. «Azәrbaycan Respublikasında dövlәt әmlakının özәllәşdirilmәsinin II Dövlәt Proqramı» na uyğun olaraq özәllәşdirilmәsi haqqında qәrar qәbul edilәn dövlәt müәssisәlәrinә; 1.0.3. Azәrbaycan Respublikasının qanunvericiliyinә uyğun olaraq lәğv olunmuş kolxozlara vә sovxozlara; 1.0.4. İşğal altında olan rayonların tәsәrrüfat subyektlәrinә. Maddә 2. Borcların silinmәsi 2.1. Bu Qanunun 1.0.1-ci maddәsindә göstәrilәn müәssisәlәrin dövlәt büdcәsinә (müvafiq icra hakimiyyәti orqanının [Azәrbaycan Respublikasının Nazirlәr Kabineti] zәmanәti әsasında verilәn kreditlәr üzrә borclar istisna olmaqla), büdcәdәnkәnar dövlәt fondlarına, sәhmlәrinin nәzarәt zәrfi dövlәtә mәxsus banklara, qiymәtlәri (tariflәr) dövlәt tәrәfindәn tәnzimlәnәn mәhsul, iş vә xidmәtlәrin istehlakına görә dövlәt müәssisәlәrinә onların özәllәşdirilmәsi tarixinә yaranmış borcları (әsas borc mәblәği, faizlәr vә maliyyә sanksiyaları daxil olmaqla) silinir. 2.2. Bu Qanunun 1.0.2-ci maddәsindә göstәrilәn müәssisәlәrin özәllәşdirilmәsi barәdә qәrar qәbul edildikdә, onların dövlәt büdcәsinә, büdcәdәnkәnar dövlәt fondlarına, qiymәtlәri (tariflәri) dövlәt tәrәfindәn tәnzimlәnәn mәhsul, iş vә xidmәtlәrin istehlakına görә dövlәt müәssisәlәrinә 2000-ci il 1oktyabr tarixinә yaranmış borcları (әsas borc mәblәği, faizlәr vә maliyyә sanksiyaları daxil olmaqla), habelә bu müәssisәlәrin hәmin tarixә sәhmlәrinin nәzarәt zәrfi dövlәtә mәxsus banklara vaxtı ötmüş kreditlәr üzrә borcları (әsas borc mәblәği vә faizlәr) silinir. 2.3. Azәrbaycan Respublikasının qanunvericiliyinә uyğun olaraq lәğv olunmuş kolxozların vә sovxozların sәhmlәrinin nәzarәt zәrfi dövlәtә mәxsus banklara borcları (әsas borc mәblәği vә faizlәr) silinir. 2.4. İşğal altında olan rayonların tәsәrrüfat subyektlәrinin işğal olunan tarixә sәhmlәrinin nәzarәt zәrfi dövlәtә mәxsus banklara borcları (әsas borc mәblәği vә faizlәr) silinir. 2.5. Bu Qanunun 2-ci maddәsindә nәzәrdә tutulan borcların silinmәsi vә bununla әlaqәdar yaranan mәsәlәlәrin, debitor borcları azaldılan müәssisәlәrin vә bankların, onların dövlәtә mәxsus olmayan sәhmlәrin sahiblәrinin qanuni mәnafelәrinin qorunması nәzәrә alınmaqla, tәnzimlәnmәsi qaydaları müvafiq icra hakimiyyәti orqanı [Azәrbaycan Respublikasının Prezidenti] tәrәfindәn müәyyәn edilir. Bu Qanunun 2-ci maddәsindә göstәrilәn tarixlәrә yaranmış borclara görә faizlәr onların silinmәsi haqqında qәrarın icra edildiyi günә silinir. Maddә 3. İdarәetmәyә verilәn müәssisәlәrin borclarının ödәnilmәsinin tәnzimlәnmәsi Dövlәt müәssisәlәrinin uzunmüddәtli idarәetmәyә verilmәsi hallarında bu Qanunun 2-ci maddәsindә göstәrilәn borcların ödәnilmәsinә möhlәt verilir. Bu möhlәtin müddәti (idarәetmәyә verilәn müddәt çәrçivәsindә) müvafiq icra hakimiyyәti orqanı (Azәrbaycan Respublikasının Prezidenti) tәrәfindәn müәyyәn edilir. Azәrbaycan Respublikasının Prezidenti Heydәr ƏLİYEV. Bakı şәhәri, 24 oktyabr 2000-ci il. N 937-IQ. «Azәrbaycan» qәzetindә dәrc edilmişdir (5 dekabr 2000-ci il, N 279). |