Azərbaycan Respublikasında qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyi həmin şəxslərin istənilən 12 ay ərzində Azərbaycan Respublikasında üst-üstə 90 gündən az olmayaraq bilavasitə və ya müvəkkil edilmiş şəxs vasitəsilə tam və ya qismən sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerdir.
Bir ölkənin istehsal etdiyi əmtəəsini öz ölkəsindəkinə nisbətən digər ölkənin ərazisində ucuz qiymətə satması. Bu həmin məhsul satışı bazarında potensial rəqibini sıxışdırmaq, satışın həcmini çoxaltmaq məqsədilə edilir.
1) Hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş.
Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir, həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır.
2) Səhmlərə görə müəssisənin illik gəlirindən ayrılan pay.
Yeni şəraiti, dəyişən dövrün tələbatını nəzərə almamaq, köhnə müddəaları əsas götürmək, sosial, iqtisadi proseslərə, idarəetmə konsepsiyaları və problemlərinə qeyri-yaradıcı yanaşma, münasibət bəsləmə.
Dövlət vəzifəsini tutan və onu yüksək peşəkarlıqla yerinə yetirən şəxs. Dövlət qulluğu icraedici, qanunverici və məhkəmə hakimiyyəti orqanlarının fəaliyyəti ilə bağlıdır və müəyyən edilmiş səlahiyyətlər, qanunlar və prinsiplər çərçivəsində formalaşır, fəaliyyət göstərir.
Vəzifə səlahiyyətindən istifadə etməklə vəzifəli şəxslərin təhlükəli fəaliyyət göstərməsi. Bu fəaliyyətin məzmunu və xarakteri ayrı-ayrı dövlət orqanlarında müxtəlif olur.
Dövlət hakimiyyətində müxtəlif vəzifələr üzrə çalışan işçilərin vəzifələrini (funksional fəaliyyəti, səlahiyyətlərini, vəzifə öhdəliklərini, hüquq və məsuliyyətlərini, struktur əlaqələrini) əks etdirən sənəd.
Dövlət və onun orqanlarının apardığı qeyri-konstruktiv, qeyri-elmi siyasətin ölkə iqtisadiyyatında, bütövlükdə siyasətdə, beynəlxalq əlaqələrində, sosial sferada baş vermiş və verə biləcək ciddi deformasiyalar, kənarlaşmalar.