Vergi qanunvericiliyi ilə müəyyən edilmiş vəzifələrə əməl etmək hər bir vergi ödəyicisinin borcudur. Lakin müşahidələrin nəticəsi göstərir ki, heç də bütün hallarda vergi ödəyiciləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinə məsuliyyətlə yanaşmır və vergi qanunvericiliyinin tələblərinə tam əməl etmirlər. Bu da son nəticədə onlara qarşı cərimə və sanksiyaların tətbiq edilməsi ilə nəticələnir. Sizə təqdim etdiyimiz vergi ödəyiciləri tərəfindən vergi qanunvericiliyinə əməl edilməməsinin ödəyicilərin mənafelərinə zidd olduğunu əks etdirən məlumat xarakterli «Y A D D A Ş»ın hazırlanmasının məqsədi də belə halların qarşısının alınmasına xidmət edir. Bu yaddaşdan istifadə etməklə vergi ödəyiciləri vergilərlə bağlı hansı vəzifələrə malik olduqları və həmin vəzifələri vaxtında yerinə yetirmədikdə tətbiq olunan cərimə və maliyyət sanksiyaları barədə məlumatlandırılmış olarlar.
Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs vergi ödəyicisi sayılır. Vergi ödəyicisilərinin vəzifələri aşağıdakılardır:
- vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq;
- qanunla müəyyən edilmiş vergiləri ödəmək;
- gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq;
- vergi bəyannamələrini (hesabatını) təqdim etmək;
- vergi orqanlarının qanuni tələblərini icra etmək, habelə vergi orqanlarının vəzifəli şəxslərinin qanuni fəaliyyətinin icra edilməsinə maneçilik törətməmək;
- vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri təqdim etmək;
- qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
- bəzi fəaliyyət növləri istisna olmaqla, nağd pul hesablaşmalıarını nəzarət-kassa aparatları vasitəsilə həyata keçirmək;
- nağd pul hesablaşmalıarı aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək və bu kimi digər vəzifələri yerinə yetirmək.
Vergi ödəyiciləri vergilərlə bağlı vergi qanunvericiliyində nəzərdə tutulmuş vəzifələrini tam və vaxtında icra etməyə borcludurlar. Əks təqdirdə onlara müvafiq qanunvericiliklərə uyğun olaraq məsuliyyət tədbirləri görülə bilər.
Vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri vergi qanunvericiliyinin pozulmasına görə Vergi Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
I |
Vergi qanunvericiliyinin pozulması halları |
Vergi Məcəlləsinə əsasən vergi ödəyicisinə tətbiq edilən maliyyə sanksiyaları və faizlər |
1 |
Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə uçota alınmaq üçün ərizənin verilməməsi;
Olduğu yer, yaxud yaşadığı yerin dəyişməsi barədə ərizənin verilməməsi;
Digər uçot məlumatlarında (vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər) dəyişiklik haqqında məlumatın təqdim edilməməsi; «Fərqlənmə nişanı» olmadan, avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınması (Vergi Məcəlləsi, maddə 58.2) |
40 manat |
2 |
Vergi hesabatının və ya hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyat olmadığı halda vergi orqanına vergi hesabatı əvəzinə arayışın əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsi (Vergi Məcəlləsi, maddə 57) |
40 manat |
3 |
Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılması, habelə büdcəyə çatası vergi məbləğinin hesabat təqdim etməməklə yayındırılması (kameralvergiyoxlaması nəticəsində hesablanmış əlavə vergiməbləğiistisnaolmaqla) (Vergi Məcəlləsi, maddə 58.1) |
Azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında |
4 |
Vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banka və ya digər kredit təşkilatına sərəncamın verildiyi tarixdən vergi ödəyicisi tərəfindən onun kassasından Mülki Məcəllədə nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla nağd qaydada məxaric əməliyyatları aparıldıqda (Vergi Məcəlləsi, maddə 58.3) |
Aparılmış məxaric əməliyyatlarının 50 faizi miqdarında |
5 |
Vergi ödəyicisi tərəfindən ƏDV üzrə qeydiyyat məcburi olduğu halda, qeydiyyat olmadan fəaliyyət göstərilməsi (Vergi Məcəlləsi, maddə 58.4) |
ƏDV üzrə qeydiyyat olmadan fəaliyyət göstərdiyi bütün dövr ərzində büdcəyə ödənilməli olan ƏDV məbləğinin 50 faizi miqdarında |
6 |
ƏDV məqsədləri üçün qeydiyyat qüvvəyə minmədən və ya ləğv edildiyi halda ƏDV üzrə vergi hesab-fakturasının təqdim edilməsi (Vergi Məcəlləsi, maddə 58.5) |
Təqdim edilmiş vergi hesab-fakturasında göstərilmiş vergi məbləğinin 100 faizi miqdarında |
7 |
Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi tərəfindən vergi-hesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən, ƏDV məbləğinin ödənilməməsi(Vergi Məcəlləsi, maddə 58.6) |
Ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında |
8 |
Nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılması,
alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsi və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsi,
nəzarət–kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulması (Vergi Məcəlləsi, maddə 58.7) |
- il ərzində belə hallara birinci dəfə yol verildikdə 400 manat
- il ərzində belə hallara ikinci dəfə yol verildikdə 800 manat
- il ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 1200 manat |
9 |
Xammalın, materialların, yarımfabrikatların, hazır məhsulların və digər sərvətlərin, habelə pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsi və ya uçota alınmaması (Vergi Məcəlləsi, maddə 58.8) |
- gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan çox olan hissəsinə 5 faiz miqdarında
- il ərzində belə hallara təkrar yol verildikdə, gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan çox olan hissəsinə 10 faizi miqdarında |
10 |
Vergi Məcəlləsinin 194.2-ci maddəsində nəzərdə tutulmuş plombların vurulması və açılması arasındakı müddətdə nəzarət-ölçü cihazlarının göstəricilərində dəyişikliklərin edilməsi, texnoloji avadanlıqlardakı plombların zədələnməsi, istehsal olunmuş məhsulların aksiz markası ilə markalanmaması, tam uçota alınmaması, aksiz markaların inventarizasiyasında kənarlaşmalara yol verilməsi, eləcə də Vergi Məcəlləsinin 191.2-ci maddəsinin tələblərini pozmaqla hazır məhsulun istehsal sahəsindən kənara çıxarılması (Vergi Məcəlləsi, maddə 58.9) |
5000 manat |
11 |
Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldılması(Vergi Məcəlləsi, maddə 58.10) |
İşəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində |
12 |
Vergi orqanından şəhadətnamə-dublikat alınmadan sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident bank idarələrində və digər qeyri-rezident kredit təşkilatlarında hesabın açılması (Vergi Məcəlləsi, maddə 58.11) |
Açılmış hesaba mədaxil edilmiş pul vəsaitinin 100 faiz miqdarında |
13 |
Banklara və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatlarına
- şəhadətnamə-dublikat olmadan sahibkarlıq fəaliyyətini göstərən hüquqi və fiziki şəxslərə hesablaşma hesabı və ya digər hesablar açdıqda
- sahibkarlıq fəaliyyətini göstərən hüquqi və fiziki şəxslərin milli və ya xarici valyutada cari və ya digər hesablarındavəsait olduqda, onun vergilərin ödənilməsinə dair tapşırıqlarını, habelə vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinin hesabından Mülki Məcəllədə nəzərdə tutulmuş ödənişlərin növbəliyinə uyğun tutulması haqqında vergi orqanlarının sərəncamlarını icra edilməməsi (Vergi Məcəlləsi, maddə 60) |
Hər açılmış hesab üçün 400 manat
İcra edilməmiş həmin ödəmə tapşırıqlarında və ya sərəncamlarda göstərilən məbləğin 20 faizi miqdarında
|
14 |
Vergi və ya cari vergi ödəməsi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə (Vergi Məcəlləsi, maddə 59) |
Ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi miqdarında faiz tutulur |
15 |
Vergi öhdəliyinin yerinə yetirilməsi müddəti vergi ödəyicisinin vergi öhdəliklərinin ödənilməsi müddətinədək yazılı şəkildə əsaslandırılmış və onun tərəfindən vergi öhdəliyinin yerinə yetirilməsi üçün müvafiq girovun və ya zəmanətin verildiyini özündə əks etdirən müraciəti olduqda (Vergi Məcəlləsi, maddə 85). |
Vergi öhdəliyinin yerinə yetirilməsi müddəti vergi ili ərzində 1 aydan 9 ayadək uzadıla bilər. Həmin müddət ərzində vergi ödəyicisinə faizlər hesablanmır |
16 |
Vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə (Vergi Məcəlləsi, maddə 65) |
Vergi orqanı hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir |
17 |
Vergi öhdəliyi vergi ödəyicisi tərəfindən bildirişdə göstərilən müddətdə ödənilmədikdə (Vergi Məcəlləsi, maddə 65)
|
Vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banka və ya digər kredit təşkilatına icra (ödəniş) sənədi olan sərəncam verir. Sərəncamları bank və digər kredit təşkilatı Mülki Məcəllədə nəzərdə tutulmuş ödənişlərin növbəliliyi ardıcıllığına uyğun olaraq icra edilir |
18 |
Vergi ödəyicisi tərəfindən vergi borclarını, faizləri və maliyyə sanksiyalarını Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə büdcəyə ödənilməməsi (Vergi Məcəlləsi, maddə 89) |
Vergi borclarının, vergi borcları üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisinin əmlakı vergi orqanının rəhbərinin qərarına əsasən siyahıya alınır. Əmlakı siyahıya alınmış vergi ödəyicisinin vergilər üzrə borcları ödənilənədək bu əmlaka sərəncam vermək huququ məhdudlaşdırılır |
19 |
Vergi ödəyicisi tərəfindən aktivləri barədə məlumatın əsasolmadanmüəyyənedilənmüddətdə təqdimetməməsi (Vergi Məcəlləsi, maddə 57.2) |
100manat |
20 |
Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə (Vergi Məcəlləsi, maddə 90.1). |
Vergi orqanı tərəfindən siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edilir |
21 |
Vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış təşkilat tərəfindən ixtisaslaşdırılmış açıq hərraclarda satılması haqqında məhkəmənin qərarı qüvvəyə mindikdən sonra (Vergi Məcəlləsi, maddə 90.4) |
Əmlakın satılmasından əldə edilən məbləğlər
- əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə hesablanmış vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsinə yönəldilir. Vəsaitin qalan hissəsi isə vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılır. |
II |
Vergi hüquq pozuntularına görə inzibati xətaların törədilməsi halları |
İnzibati Xətalar Məcəlləsinə əsasən vergi ödəyicisinə tətbiq edilən inzibati cərimələr |
1 |
Xüsusi razılıq (lisenziya) olmadan özəl tibbi fəaliyyətlə məşğul olmağa görə, yəni
1. Xüsusi razılıq (lisenziya) olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma (İnzibati Xətalar Məcəlləsi, maddə 64.1)
2. Qanunvericiliklə müəyyən edilmiş qaydada verilən müvafiq diplom və ya xüsusi icazə olmadan xalq təbabəti ilə məşğul olma (İnzibati Xətalar Məcəlləsi, maddə 64.2) |
16,5 manatdan 22 manatadək
22 manatdan 27,5 manatadək |
2 |
Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa görə, yəni
1. Dövlət qeydiyyatına alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu hallarda belə razılıq olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olma,
2. Yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi (İnzibati Xətalar Məcəlləsi, maddə 199) |
bu əməl 1100 manatadək ziyan vurmaqla və ya 1100 manatadək gəlir əldə etməklə törədildikdə
fiziki şəxslərə 11 manatdan 16,5 manatadək
vəzifəli şəxslərə 33 manatdan 55 manatadək
hüquqi şəxslərə 132 manatdan 176 manatadək |
3 |
Vəkil adından qanunsuz istifadəyə görə, yəni vəkil statusunu əldə etməmiş şəxs tərəfindən gəlir əldə etməklə vəkil adından istifadə olunması (İnzibati Xətalar Məcəlləsi, maddə 199-1) |
fiziki şəxslərə 33 manatdan 44 manatadək
vəzifəli şəxslərə 77 manatdan 99 manatadək |
4 |
Yalançı sahibkarlıq, yəni kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan müəssisə və digər hüquqi şəxsin yaradılması (İnzibati Xətalar Məcəlləsi, maddə 200) |
bu əməl 1100 manatadək ziyan vurmaqla və ya 1100 manatadək gəlir əldə etməklə törədildikdə
22 manatdan 55 manatadək |
5 |
Valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılmasına və ya dəyişdirilməsi
(İnzibati Xətalar Məcəlləsi, maddə 222.1) |
inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 30 faizindən 70 faizinədək miqdarda |
6 |
Valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi (İnzibati Xətalar Məcəlləsi, maddə 222.2) |
inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 40 faizindən 80 faizinədək miqdarda |
7 |
Müvəkkil banklar tərəfindən müştərilərin xarici valyuta əməliyyatlarının qanunvericilikdə müəyyən olunmuş qaydalarının pozularaq aparılması
(İnzibati Xətalar Məcəlləsi, maddə 222.3) |
vəzifəli şəxslərə inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 5 faizindən 20 faizinədək miqdarında
hüquqi şəxslərə inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 5 faizindən 30 faizinədək miqdarında |
8 |
Qiymət intizamının pozulmasına görə, yəni
1. Satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlərə və ya işlərə qiymət cədvəllərinin (menyuların) olmaması və ya onların düzgün tərtib edilməməsi (İnzibati Xətalar Məcəlləsi, maddə 226.1)
2. Azərbaycan Respublikasının ərazisində satılan malların (işlərin, xidmətlərin) qiymətlərinin manatla göstərilməməsi (İnzibati Xətalar Məcəlləsi, maddə 226.2) |
5,5 manatdan 22 manatadək
fiziki şəxslərə 11 manatdan 16,5 manatadək
vəzifəli şəxslərə 33 manatdan 44 manatadək
hüquqi şəxslərə 132 manatdan 220 manatadək
|
9 |
Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan 550 manatadək olan məbləğdə satılması, satış məqsədi ilə saxlanmasına və ya istehsal binasının hüdudlarından kənara çıxarılması (İnzibati Xətalar Məcəlləsi, maddə 229) |
aksiz markası olmayan məhsullar (mallar) müsadirə edilməklə
fiziki şəxslərə 38,5 manatdan 44 manatadək
vəzifəli şəxslərə 88 manatdan 99 manatadək
hüquqi şəxslərə 220 manatdan 330 manatadək |
10 |
Xüsusi razılıq (lisenziya) tələb olunduğu hallarda belə razılıq olmadan ticarət fəaliyyəti ilə məşğul olma və ya lisenziya şərtlərini pozma (İnzibati Xətalar Məcəlləsi, maddə 242) |
22 manatdan 55 manatadək |
11 |
Az miqdarda, yəni 2200 manatadək olan məbləğdə vergilərin və məcburi dövlət sosial sığorta haqlarının qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilməməsi (İnzibati Xətalar Məcəlləsi, maddə 246) |
inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin 30 faizindən 70 faizinədək miqdarda |
12 |
Vergilərin və digər icbari ödənişlərin hesablanması və ödənilməsi ilə bağlı tərtib edilmiş başqa sənədlərin vergi orqanına təqdim edilməməsi və ya vaxtında təqdim edilməməsi (İnzibati Xətalar Məcəlləsi, maddə 247) |
fiziki şəxslərə 27,5 manatdan 33 manatadək
vəzifəli şəxslərə 44 manatdan 66 manatadək |
13 |
Dövlət rüsumunun ödənilməsi qaydalarının pozulması, yəni dövlət rüsumunu tutan səlahiyyətli vəzifəli şəxslər tərəfindən dövlət rüsumunun düzgün tutulmaması və ya dövlət büdcəsinə vaxtında və tam ödənilməməsi (İnzibati Xətalar Məcəlləsi, maddə 248) |
vəzifəli şəxslərə 77 manatdan 99 manatadək
|
14 |
Bankın vəzifəli şəxsləri tərəfindən müəssisələrin hesablarından vergilərin və ya digər icbari ödənişlərin silinməsi qaydalarına əməl olunmaması (İnzibati Xətalar Məcəlləsi, maddə 249) |
vəzifəli şəxslərə 77 manatdan 99 manatadək |
15 |
Vergi xidməti sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinin vəzifəli şəxslərinin qanunvericiliklə müəyyən edilmiş tələblərinin yerinə yetirilməməsi (İnzibati Xətalar Məcəlləsi, maddə 325) |
fiziki şəxslərə 11 manatdan 22 manatadək
vəzifəli şəxslərə 33 manatdan 44 manatadək |
III |
Vergi hüquq pozuntularına görə cinayət əməllərinin törədilməsi halları |
Cinayət Məcəlləsinə əsasən vergi ödəyicisinə tətbiq edilən cəzalar |
1 |
Qanunsuz sahibkarlığa görə, yəni dövlət qeydiyyatına alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda, yəni 1100 manatdan 7700 manatadək olan məbləğdə ziyan vurduqda, habelə xeyli miqdarda, yəni 1100 manatdan 7700 manatadək olan məbləğdə gəlir əldə etməklə törədildikdə (Cinayət Məcəlləsi, maddə 192.1)
Eyni əməllər:
külli miqdarda, yəni 7700 manatdan artıq olan məbləğdə ziyan vurduqda;
külli miqdarda, yəni 7700 manatdan artıq olan məbləğdə gəlir əldə etməklə törədildikdə;
mütəşəkkil dəstə tərəfindən törədildikdə (Cinayət Məcəlləsi, maddə 192.2) |
1100 manatdan 5500 manatadək cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə |
2 |
Yalançı sahibkarlığa görə, yəni kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan müəssisə və ya digər hüquqi şəxsin yaradılması xeyli miqdarda, yəni 1100 manatdan 7700 manatadək olan məbləğdə ziyan vurduqda, habelə xeyli miqdarda, yəni 1100 manatdan 7700 manatadək olan məbləğdə gəlir əldə etməklə törədildikdə (Cinayət Məcəlləsi, maddə 193.1)
Eyni əməllər:
külli miqdarda, yəni 7700 manatdan artıq olan məbləğdə ziyan vurduqda;
külli miqdarda, yəni 7700 manatdan artıq olan məbləğdə gəlir əldə etməklə törədildikdə;
mütəşəkkil dəstə tərəfindən törədildikdə (Cinayət Məcəlləsi, maddə 193.2) |
1100 manatdan 5500 manatadək cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə |
3 |
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırmaya görə, yəni cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərinə və ya digər əmlaka qanuni status vermək, onların əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə belə pul vəsaitləri və ya əmlakdan istifadə etməklə maliyyə əməliyyatlarını və ya digər əqdləri həyata keçirmə (Cinayət Məcəlləsi, 193-1.1)
Eyni əməllər:
qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
təkrar törədildikdə;
şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə (Cinayət Məcəlləsi, 193-1.2) |
2200 manatdan 5500 manatadək cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, əmlakı müsadirə olunmaqla iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, əmlakı müsadirə olunmaqla beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə |
4 |
Cinayət Məcəlləsinin 193-1.1-ci və ya 193-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;
külli miqdarda, yəni 49500 manatdan artıq olan məbləğdə törədildikdə
(Cinayət Məcəlləsi, maddə 193-1.3) |
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, əmlakı müsadirə olunmaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə |
5 |
Saxta aksiz markalarını satış məqsədilə hazırlama, habelə əldə etmə və ya satma
(Cinayət Məcəlləsi, maddə 205-1.) |
1100 manatdan 2200 manatadək olan miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadıqdan məhrum etmə |
6 |
Vergi ödəməkdən yayınmağa görə, xeyli miqdarda yəni 2200 manatdan 55000 manatadək olan məbləğdə vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma (Cinayət Məcəlləsi, maddə 213.1)
Eyni əməllər:
mütəşəkkil dəstə tərəfindən törədildikdə;
külli miqdarda, yəni 55000 manatdan yuxarı olan məbləğdə törədildikdə;
(Cinayət Məcəlləsi, maddə 213.2)
Cinayət Məcəlləsinin 213.1-ci və 213.2-ci maddələrində nəzərdə tutulan
əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vıırulmuş ziyanı tamamilə
ödədikdə cinayət məsuliyyətindən azad olunur. |
3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1100 manatdan 2200 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə
3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə |
7 |
Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan xeyli miqdarda, yəni 550 manatdan 2200 manatadək olan məbləğdə satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə (Cinayət Məcəlləsi, maddə 213-1.1)
Eyni əməllər;
külli miqdarda, yəni 2200 manatdan yuxarı olan məbləğdə törədildikdə;
təkrar törədildikdə;
qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə Cinayət Məcəlləsi, maddə 213-1.2) |
əmlakı müsadirə olunmaqla 1100 manatdan 3300 manatadək cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə
əmlakı müsadirə olunmaqla 5 ilədək müddətə azadlıqdan məhrum etmə |
Dünyanın bir çox ölkələrinin, xüsusən inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, vergi qanunvericiliyində daha sərt cəza tədbirləri nəzərdə tutulub və bu cəzaların sərtləşdirilməsi öz müsbət nəticələrini verir. Belə ki, ən sərt cəza tədbirləri ABŞ qanunvericiliyində nəzərdə tutlulub. Məsələn şüurlu surətdə vergi ödəməkdən yayınmağa cəhd edilmə, ağırlıq dərəcəsindən, kommersiya əhəmiyyətindən asılı olaraq ən ağır cinayət kimi təfsir olunur və bu əmələ görə istənilən hüquqi və ya fiziki şəxslər qanunvericilikdə göstərilən sanksiyalarla yanaşı məhkəmənin qərarı ilə 100 min dollar cərimə (hüquqi şəxslər üçün 500 min dollar) və ya 5 il ərzində həbs cəzasına məhkum oluna bilərlər.
Azərbaycan Respublikasında vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilən cərimə və maliyyə sanksiyaları başqa ölkələrə nisbətən kifayət qədər yumşaqdır. Bu ölkəmizdə əlverişli vergi mühitinin yaradılması, investisiyanın təşviq edilməsi ilə əlaqədar qanunlarımızın humanist olması ilə bağlıdır. Lakin vergi qanunvericiliyinin mütəmadi qaydada pozulması nəticədə cəza tədbirlərinin sərtləşdirilməsinə gətirib çıxara bilər.
Hörmətli vergi ödəyiciləri mövcud qanunvericiliyin tələblərinə tam və vaxtında əməl etməklə Siz öz vəzifələrinizi yerinə yetirmiş olarsınız və maliyyə sanksiyalarına, inzibati cəzalara məruz qalmazsınız.