Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Dövlət Vergi Xidməti tərəfindən Əmək münasibətlərinin rəsmiləşdirilməsi və əməkhaqlaının ağardılması istiqamətində tədbirlərin görülməsi məqsədilə  qanunamüvafiq araşdırmalar aparılmış, zərurət olduğu təqdirdə müvafiq tədbirlər görülmüşdür. 
Dövlət Vergi Xidmətinin üzv olduğu Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) 2022-ci ilin 14-17 noyabr tarixlərində Macarıstanın Budapeşt şəhərində keçirilmiş “İnsan resurslarının idarə edilməsi” Forumunda Dövlət Vergi Xidmətinin əməkdaşları iştirak etmişdirlər. Tədbir çərçivəsində məşğulluq sahəsində uğurlu təcrübə mübadiləsi aparılmaqla yanaşı “vergi inzibatçılığında insan resursları məlumatlarından səmərəli istifadə” mövzusunda dəyirmi masa təşkil edilmişdir.