İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Hüquqi şəxsin filialının (bölməsinin) vergi uçotundan çıxarılması” xidməti ilə bağlı onlayn sorğu keçirir.
Sorğunun məqsədi bu xidmətin əlçatanlığı, istifadə rahatlığı və vergi ödəyiciləri tərəfindən istifadə səviyyəsini qiymətləndirməkdir. Sorğu anonimdir, iştirakçıların şəxsi məlumatları qeydə alınmır.
Sorğuda iştirak etməklə hüquqi şəxsin filiallarının və bölmələrinin vergi uçotundan çıxarılması prosesinin təkmilləşdirilməsinə və xidmətin daha da sadələşdirilməsinə töhfə verə bilərsiniz.