İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) vergi uçotuna alınması” xidməti ilə bağlı onlayn sorğu keçirir.
orğunun məqsədi xidmətin funksionallığını, istifadə rahatlığını və vergi ödəyicilərinin məmnunluğunu qiymətləndirməkdir. Sorğu anonim qaydada keçirilir və şəxsi məlumatlar qeydə alınmır.
Sorğuda iştirak etməklə vergi uçotu proseslərinin sadələşdirilməsinə və xidmətin keyfiyyətinin artırılmasına öz rəyinizlə dəstək ola bilərsiniz.