İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Kommersiya qurumunun və publik hüquqi şəxsin dövlət reyestrindən çıxarılması” elektron xidməti üzrə istifadəçi rəylərini öyrənmək məqsədilə onlayn sorğu keçirir.
Sorğunun məqsədi xidmətin əlçatanlığını, tətbiq prosesinin rahatlığını və istifadəçi məmnuniyyətini qiymətləndirməkdir. Sorğu anonim qaydada aparılır və şəxsi məlumatlar toplanmır.
Sorğuda iştirak etməklə dövlət qeydiyyatı proseslərinin sadələşdirilməsinə və xidmətin səmərəliliyinin artırılmasına dəstək ola bilərsiniz.