Dövlət Vergi Xidməti vergi ödəyiciləri ilə səmərəli ünsiyyətin və şəffaf, müasir xidmətlərin təmin olunmasının vacibliyini nəzərə alaraq, vergi ödəyicilərinin rəylərinin mütəmadi olaraq öyrənilməsini fəaliyyətində əsas istiqamətlərdən biri kimi müəyyən edib.
Bu məqsədlə növbəti sorğu Xidmət mərkəzlərinə müraciətlərlə bağlı göstərilən xidmətlərin səviyyəsi və keyfiyyəti barədə vergi ödəyicilərinin rəy və təkliflərini toplamaq üçün keçirilir.
Tərəfinizdən təqdim ediləcək rəy və qeydlər göstərilən xidmət mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi və vergi ödəyicilərinin məmnuniyyətinin artırılması istiqamətində aparılan işlərdə nəzərə alınacaq.
Sorğuda iştirakınıza və əməkdaşlığa görə təşəkkür edirik.