İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Vergi ödəyicisinin filialının və ya nümayəndəliyinin olduğu yer üzrə uçota alınması” elektron xidməti ilə bağlı onlayn sorğu keçirir.
Sorğunun məqsədi xidmətin funksionallığını, istifadə rahatlığını və vergi ödəyicilərinin məmnunluq səviyyəsini qiymətləndirməkdir. Sorğu anonim şəkildə keçirilir və şəxsi məlumatlar qeydə alınmır.
Sorğuda iştirak etməklə filial və nümayəndəliklərin uçotu proseslərinin daha da təkmilləşdirilməsinə və xidmət keyfiyyətinin yüksəldilməsinə öz töhfənizi verə bilərsiniz.