Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

2015-ci il ərzində Vergilər Nazirliyinin Vergi Apelyasiya Şurasının fəaliyyəti haqqında

2015-ci il ərzində Vergilər Nazirliyinin Vergi Apelyasiya Şurasının icraatında (bundan sonra – Şura) 54 müraciət olmuşdur ki, bunun 22-si kameral vergi yoxlamasının, 15-i səyyar vergi yoxlamasının, 15-i operativ vergi nəzarətinin nəticələri, 2-si isə digər məsələlər ilə bağlı olmuşdur.

Şuraya daxil olmuş 54 müraciətdən 49-na 2014-ci il ərzində Azərbaycan Respublikasının Vergi Məcəlləsinin, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun, “Vergilər Nazirliyinin Vergi Apelyasiya Şurası haqqında Əsasnamə”nin və digər aidiyyəti hüquqi aktların tələblərinə uyğun baxılaraq müvafiq qərarlar qəbul edilmiş, 5 müraciət isə 1 yanvar 2016-cı il tarixə qalıq qalmışdır.

Şurada baxılaraq müvafiq qərarlar qəbul edilmiş 49  müraciətin 27-si tam və ya qismən təmin edilmiş, 14-ü təmin edilməmiş, 4-ünün icraatına xitam verilmiş, 3-ü baxılmadan saxlanılmış və 1-nin isə müddəti uzadılmışdır. Şura tərəfindən baxılmış 49 müraciətdən 46-sı vergi ödəyicisinin təkrar şikayəti üzrə, 3-ü isə vergi orqanının müraciəti üzrə olmuşdur.