Hörmətli vergi ödəyiciləri!

VERGİ BORCLARINIZIN SİLİNMƏSİ ÜÇÜN AMNİSTİYADAN YARARLANMAĞA TƏLƏSİN!

Fevral ayının güzəştlərinin bitməsinə
son 4 gün qaldı!

 


Axtar
az|рус|eng
195

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Elektron Azərbaycan” Dövlət Proqramına əsasən sahibkarlara göstərilən dövlət dəstəyinin səmərəliliyini artırmaq, fiziki və hüquqi şəxslərin bir mənbədən sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatı, fəaliyyət növləri üzrə lisenziyalar, vergilər və s. barədə məlumat almalarının təmin olunması məqsədilə “Sahibkarlıq fəaliyyəti sahəsində universal Çağrı Mərkəzi”nin yaradılması nəzərdə tutulmuşdur.

Bunların əsasında isə “Sahibkarlıq fəaliyyəti sahəsində universal Çağrı Mərkəzi”nin yaradılmasını nəzərdə tutan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 oktyabr 2013-cü il tarixli 306 s nömrəli Sərəncamı imzalanmışdır.

Sərəncama əsasən Çağrı Mərkəzinə qoşulacaq aidiyyəti qurumlar kimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Sosial Müdafiə Fondu müəyyənləşdirilmişdir.

Hazırda 195 Çağrı Mərkəzinin xidmətlərindən istifadə etmək üçün bütün nömrələrdən, heç bir koddan istifadə etməyərək birbaşa 195 nömrəsinə zəng edilə bilər. Daha sonra səsli menyunun köməkliyi ilə və ya birbaşa müvafiq düymələrdən birini seçərək aşağıdakı dövlət orqanlarına müraciət edilə bilər.

1 - Vergilər Nazirliyi

2 - İqtisadiyyat Nazirliyi

3 - Maliyyə Nazirliyi

4 - Ədliyyə Nazirliyi

5 - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

6 - Dövlət Gömrük Komitəsi

7 - Dövlət Sosial Müdafiə Fondu

195 Çağrı Mərkəzi artıq 4 fevral 2015-ci il tarixdən əhalinin, o cümlədən sahibkarların suallarının operativ və keyfiyyətli cavablandırılması, şikayətlərinin, habelə təkliflərinin qəbulu məqsədilə xidmətə başlamışdır.








Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.