Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi borcu barədə məlumatı tez bir zamanda necə əldə etmək mümkündür?

 

Bu xidmət vasitəsi ilə Dövlət Vergi Xidmətinin www.taxes.gov.az internet saytının "Xidmətlər" bölməsinin "E-xidmətlər" alt bölməsindəki "Vergi borcu barədə məlumatın verilməsi" elektron xidmətə aid pəncərəyə vergi ödəyicisinin VÖEN-i daxil etməklə onun dövlət büdcəsinə olan vergi borcu barədə məlumatı əldə etmək olar.

"195" Çağrı Mərkəzinə zəng etdikdən sonra "1" düyməsini seçməklə Dövlət Vergi Xidmətinə qoşulursunuz, sonra öz VÖEN nömrənizi yığaraq "#" düyməsini seçirsiz. Bundan sonra siz həmin tarixə olan vergi borcunuz barədə məlumat alacaqsınız.

Vergi ödəyicisi ona məxsus istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza vasitəsilə İnternet vergi idarəsinin "E-bəyannamə, ƏDV-DH və ŞHV" bölməsinə daxil olur. Burada "Şəxsi Hesab Vərəqəsi" bölməsinə daxil olaraq "Məlumat axtar" alt-bölməsi vasitəsilə öz öhdəlikləri və borcları barədə məlumat ala bilər.

Dövlət Vergi Xidmətinin təqdim etdiyi "İkitərəfli SMS xidməti" xidmətinə qoşulmaqla vergi öhdəlikləri barədə 21 istiqamətdə, SMS sorğusu göndərməklə isə 5 istiqamətdə məlumat almaq mümkündür. Xidmətdən istifadə etmək üçün mobil telefondan *195*istifadəçi kodu*şifrə#yes (məsələn: *195*00000541*121756#yes ) yığaraq qeydiyyatdan keçmək lazımdır.

Əgər abunəçisizsə: Qeydiyyatdan keçmiş nömrədən START yazıb 8195 nömrəsinə SMS göndərməklə vergi ödəyicisi SMS vasitəsilə 21 istiqamətdə vergi öhdəliyi barədə məlumat ala bilər.

Əgər abunəçi deyilsinizsə: Qeydiyyatdan keçmiş nömrədən 8195 nömrəsinə müvafiq rəqəmi göndərməklə aşağıdakılar barədə məlumat almaq olar: "1" - dövlət büdcəsinə vergi borcu barədə; "2" - təqdim olunmalı bəyannamələr barədə; "3" - fəaliyyətin aktivliyi və ya dayandırılması barədə; "4" - e-qutudakı yeni və ya oxunmuş məktublar barədə və "5" - qeydiyyata alınmış təsərrüfat subyektləri barədə.