Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Hörmətli vergi ödəyiciləri! Siz artıq banka getmədən onlayn üsulla və ya nağd qaydada ExpressPay terminalları vasitəsilə vergilərinizi ödəyə bilərsiniz.

Vergi ödəyicisi https://www.e-taxes.gov.az saytına daxil olur və "Giriş" düyməsini sıxır. Açılan pəncərədə İstifadəçi kodu, parol, şifrəni daxil edir (sistemə daxil olmaq üçün "e-İmza" kartından da istifadə etmək olar). "Onlayn kargüzarlıq və e-VHF" bölməsini seçərək daxil olduqdan sonra pəncərənin aşağı sol tərəfində "Onlayn ödəmə" düyməsini sıxır. Açılan pəncərədə müvafiq siyahıdan Təsnifat kodunu seçərək Ödəniləcək məbləği daxil edir, "Ödə" düyməsini sıxdıqdan sonra ödəniş kartının tələb olunan məlumatlarını daxil edərək "Təsdiq" düyməsi sıxır və "Onlayn ödəmə" əməliyyatı həyata keçirilmiş olur.

Daha ətraflı məlumat üçün aşağıdakı linklərdən istifadə edə bilərsiniz:

Əməliyyatın şəkilli təsviri: https://www.e-taxes.gov.az/help/#OnlaynOdeme01
Elektron xidmətin inzibati reqlamenti: http://www.taxes.gov.az/az/page/elektron-xidmetler

Qeyd: "Onlayn ödəmə" düyməsi sıxıldıqdan sonra sistem tərəfindən ekrana həmin tarixə olan vergi borcu barədə məlumat ekrana çıxır. Kart sahibindən aparılmış hər bir əməliyyata görə avtomatik rejimdə minimum 40 qəpik olmaqla ödənilmiş məbləğin 0,15 faizi həcmində bank idarəsinin xeyrinə xidmət haqqı tutulur.

 

Vergi ödəyicisi "ExpressPay" ödəniş terminalının menyusunda "Hökumət ödənişləri" bölməsinə daxil olub "Dövlət Vergi Xidməti" düyməsini seçir. Daha sonra VÖEN-i daxil edib "İrəli" düyməsini sıxır. Açılan pəncərədə siyahıdan ödəyəcəyi vergi növünün (məsələn: Sadələşdirilmiş vergi) üzərinə vurub alt siyahıdan fəaliyyət növünə uyğun xananı (məsələn: 14323 - Digər fiziki şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi) seçir. Nağd pulu qurğuya daxil edib "Ödəmək" düyməsini sıxır və bununla "Nağd ödəmə" əməliyyatı həyata keçirilmiş olur.

Əməliyyatın şəkilli təsviri: http://www.taxes.gov.az/uploads/epay/EpayTelimat.pdf
Əməliyyatın video faylı: https://youtu.be/_eD8UvaKVrI
ExpressPay ödəniş terminallarının yerləşdiyi ünvanların siyahısı: http://www.taxes.gov.az/uploads/epay/epay.pdf 

Qeyd: Kart sahibindən aparılmış hər bir əməliyyata görə minimum 40 qəpik olmaqla ödənilmiş məbləğin 0,15 faizi həcmində bank idarəsinin xeyrinə xidmət haqqı tutulur.

Vergi borcu barədə məlumatı necə əldə etməli?
Büdcə rekvizitləri barədə məlumatı necə öyrənmək olar?