Nazirlik
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciətlər
Əlaqə

Vergi ödəyicilərinə daha əlverişli şəraitin yaradılması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Vergilər Nazirliyi və bank idarələri arasındahesabların açılması və hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara təqdim edilən şəhadətnamə-dublikatların və sərəncamların elektron mübadiləsinə başlanılmışdır. Elektron məlumat mübadiləsi Milli Bankın XÖKHS sistemi üzərindən aparılır. Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən elektron məlumat mübadiləsini hüquqi cəhətdən tənzimləyən "Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və banklar arasında elektron sənəd mübadiləsi haqqında KOLLEKTİV SAZİŞ" imzalanmışdir. Sazişdə bank idarələrinin elektron mübadiləyə qoşulma mexanizmi müəyyənləşdirilmiş və Saziş XÖHKS sisteminin üzvü olan bütün banklar üçün açıqdır.

Elektron məlumat mübadiləsi haqqıda Kollektiv Sazişə qoşulmaq üçün ilk növbədə bank idarəsi tərəfindən Vergilər Nazirliyinə yazılı müraciət edilir. Bank idarəsinin texniki imkanları sazişin şərtlərinə uyğun olduğu halda bank tərəfindən Kollektiv Sazişə qoşulmaq haqqında müvafiq Protokol imzalanaraq Mərkəzi Banka və Vergilər Nazirliyinə təqdim edilir.

 
Hal-hazırda Vergilər Nazirliyi ilə elektron məlumat mübadiləsi haqqında Kollektiv Sazişə qoşulmuş bankların siyahısı:

"Azərdəmiryolbank"ASC
"Rabitəbank" ASC
"Unibank" ASC
"Bank of Baku" ASC
"Turanbank" ASC
"AFB Bank" ASC ("Azfinansbank" ASC)
"Atabank" ASC
"Bank Avrasiya" ASC
"Azər-Türkbank" ASC
"YapıKrediBank Azərbaycan" ASC
"PaşaBank" ASC
"Accessbank" QSC
"Xalqbank" ASC
BANK "BTB" ASC
"MUĞAN BANK" ASC
"ARBB" (Beynəlxalqbank)
"Amrahbank" ASC
"Expressbank" ASC
"Nikoilbank" İKB ASC
"AGBank" ASC
“NBC Bank” ASC
"Bank Respublika" ASC
"Bank VTB (Azərbaycan)"
"Azərbaycan Sənaye Bankı"
"Kapital Bank"
“Naxçıvanbank” ASC
"Günay Bank" ASC
Pakistan Milli Bankının Bakı filialı
“Aqrarkredit” QSC
"Bank Melli İran"