HÖRMƏTLİ İSTİFADƏÇİ!
Müraciətdə göstərilən məlumatların dürüst olması, habelə müraciətin məzmununun mümkün qədər ətraflı və təfsilatı ilə qeyd edilməsi müraciətə baxılmasının effektivliyini artıracaqdır. Bu baxımdan müraciətdə aşağıdakı məlumatların öz əksini tapması zəruridir:
- Hüquqpozma halının baş verdiyi tarix, saat, yer və şərait
- Hüquqpozma halına yol vermiş vəzifəli şəxsin soyadı, adı, atasının adı, vəzifəsi, işlədiyi vergi orqanının (departament, baş idarə, idarə, şöbə, bölmə) adı
- Hüquqpozma halı ilə əlaqədar atdığınız addımlar, o cümlədən bu barədə etdiyiniz yazılı və ya şifahi müraciətlər və onların nəticələri
ƏLAVƏ MƏLUMAT VERİLMƏ İMKANLARI:
Vergi ödəyiciləri əlavə olaraq, "İnternet Vergi İdarəsi"ndə hər bir istifadəçi üçün ayrılmış fərdi elektron qutu vasitəsilə öz məlumatlarını göndərə bilərlər.
Siz məlumatınızı Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinin prefiks telefon nömrəsi ilə əlaqə saxlayaraq verə bilərsiniz. Prefiks telefon nömrəsi: "195-1".
Məlumatınızı şəxsən Dövlət Vergi Xidmətinin inzibati binasına gəlməklə də (inzibati binada yerləşən poçt qutusu vasitəsi ilə) çatdıra bilərsiniz.
AZ1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, 155, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
Siz Dövlət Vergi Xidmətinin poçt ünvanına məktublarınızı göndərə bilərsiniz.
AZ1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, 155, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti