Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

1. Rayon (şəhər) məhkəmələrinin baxdığı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 184.7-сi, 398-ci, 401.2 – 401.4-cü, 402-ci, 403-cü, 403-1-ci, 403-2-ci, 404-cü, 406 – 408-ci, 413-cü, 438.2-ci, 438.3-cü, 451-ci, 482-1-ci və 598.2-ci, 598.3-cü, 598.7-ci (İXM-in 598.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta istisna olmaqla) və 598.10-cu maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə protokol aşağıda göstərilən vəzifəli şəxslər tərəfindən tərtib edilir:

1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) rəisi, onun müavinləri, Dövlət Vergi Xidmətinin rəisinin müşavirləri, Aparatın rəhbəri, onun müavinləri;   

1.2. Dövlət Vergi Xidmətinin Aparatının aşağıda adları göstərilən baş idarələrinin (şöbələrinin) rəisləri, onların müavinləri, onların tərkibindəki idarələrin (şöbələrin, bölmələrin) rəisləri, onların müavinləri, baş dövlət vergi müfəttişləri (baş hüquqşünaslar, baş təhqiqatçılar, baş əməliyyat müvəkkilləri, baş iqtisadçılar, baş mütəxəssislər), böyük dövlət vergi müfəttişləri (böyük hüquqşünaslar, böyük təhqiqatçılar, böyük əməliyyat müvəkkilləri, böyük iqtisadçılar, böyük mütəxəssislər), aparıcı mütəxəssislər, dövlət vergi müfəttişləri (hüquqşünaslar, təhqiqatçılar, əməliyyat müvəkkilləri, iqtisadçılar, mütəxəssislər):

1.2.1. Vergi auditi baş idarəsi – İXM-in 184.7-ci, 398-ci, 401.2 – 401.4-cü, 402-ci, 406 – 408-ci, 413-cü, 438.2-ci, 438.3-cü, 451-ci, 482-1-ci, 598.2-ci, 598.3-cü, 598.7-ci (İXM-in 598.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta istisna olmaqla) və 598.10-cu maddələri üzrə;

1.2.2. Vergi ödəyicilərinin qeydiyyatı və uçota nəzarət baş idarəsi – İXM-in 403-cü, 403-1-ci, 403-2-ci və 404-cü maddələri üzrə;

1.2.3. Maliyyə monitorinqi şöbəsi - İXM-in 598.2-ci, 598.3-cü, 598.7-ci (İXM-in 598.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta istisna olmaqla) və 598.10-cu maddələri üzrə.

1.3. Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumlarının rəisləri, onların müavinləri (strukturlara həvalə edilmiş maddələr üzrə), habelə aşağıdakı bölgü nəzərə alınmaqla müvafiq strukturların (idarələrin, şöbələrin, bölmələrin) rəisləri, onların müavinləri, baş dövlət vergi müfəttişləri (baş hüquqşünaslar, xüsusilə mühüm işlər üzrə böyük müstəntiqlər, baş təhqiqatçılar, baş əməliyyat müvəkkilləri, baş müvəkkillər, baş iqtisadçılar, baş mütəxəssislər), böyük dövlət vergi müfəttişləri (böyük hüquqşünaslar, xüsusilə mühüm işlər üzrə müstəntiqlər, böyük təhqiqatçılar, böyük əməliyyat müvəkkilləri, böyük müvəkkillər, böyük iqtisadçılar, böyük mütəxəssislər), aparıcı mütəxəssislər, dövlət vergi müfəttişləri (hüquqşünaslar, müstəntiqlər, təhqiqatçılar, əməliyyat müvəkkilləri, müvəkkillər, iqtisadçılar, mütəxəssislər):

1.3.1. səyyar vergi yoxlamasını və operativ vergi nəzarətini həyata keçirən strukturlar – İXM-in 184.7-ci, 398-ci, 401.2 – 401.4-cü, 402-ci, 406 –  408-ci, 413-cü, 438.2-ci, 438.3-cü, 451-ci, 482-1-ci, 598.2-ci, 598.3-cü, 598.7-ci (İXM-in 598.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta istisna olmaqla) və 598.10-cu maddələri üzrə;

1.3.2. hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən strukturlar – İXM-in 403-cü, 403-1-ci, 403-2-ci və 404-cü maddələri üzrə.

2. Rayon (şəhər) məhkəmələrinin baxdığı İXM-in 602.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında işlər üzrə protokol aşağıda göstərilən vəzifəli şəxslər tərəfindən tərtib edilir:

2.1. Dövlət Vergi Xidmətinin rəisi, onun müavinləri, Aparatın rəhbəri, onun müavinləri;

2.2. Dövlət Vergi Xidmətinin Aparatının Vergi auditi baş idarəsinin, habelə Dövlət Vergi Xidmətinin strukturuna daxil olan, səyyar vergi yoxlamasının və operativ vergi nəzarətinin həyata keçirilməsi səlahiyyəti olan qurumların rəisləri, onların müavinləri, idarə (şöbə) rəisləri, onların müavinləri və bilavasitə səyyar vergi yoxlamasını və operativ vergi nəzarəti tədbirini həyata keçirən vəzifəli şəxsi.