Nazirlik
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciətlər
Əlaqə
Xidmətlərdən istifadə qaydası:

Çağrı Mərkəzinin xidmətlərindən stasionar (şəhər, kənd) telefonlardan, habelə "Azercell", "Bakcell" və "Nar" nömrələrindən birbaşa "195" nömrəsini yığaraq istifadə edə bilərsiniz.

"195" nömrəsi yığıldıqdan sonra "1" düyməsini seçməklə Vergilər Nazirliyinin Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.

"195" nömrəsinə zəng edərkən telefon ton rejimində işləməlidir. Əgər "195"ə zəng edib "1" düyməsini seçdikdən sonra əlaqə kəsilirsə bu sizin telofonunuzun ton rejimində işləməməsi ilə əlaqəlidir. Bu zaman "195"ə zəng etdikdən sonra "1" düyməsi seçilməzdən öncə * (ulduz) düyməsini sıxmaqla telefonu ton rejiminə keçirmək olar.


İş günləri saat 09:00-dan saat 18:00-dək xidmətdən istifadə qaydası:

İş günləri saat 09:00-dan saat 18:00-dək Vergilər Nazirliyinin Çağrı Mərkəzinə müraciət etmiş şəxslərə 3 seçim təklif olunur ki, bunlardan ilk ikisi seçilməklə Çağrı Mərkəzinin əməkdaşı ilə birbaşa əlaqə yaratmaq mümkündür.

Belə ki, vergi qanunvericiliyi və elektron xidmətlərin tətbiqi barədə sualınız və ya vergi qanunvericiliyinin pozulması halları, o cümlədən vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barədə şikayətiniz varsa "1" düyməsini seçirsiniz. Bu zaman ümumi menyu sxemi "195-1-1" olacaqdır. Müraciətiniz sual xarakterli olduqda əməkdaşımız tərəfindən dərhal cavablandırılacaq, dərhal tam əhatəli cavab vermək mümkün olmadıqda sizdən zəruri məlumatlar (müraciət edənin adı, atasının adı, soyadı, VÖEN (vergi ödəyicisi olduğu təqdirdə), ünvanı, telefon nömrəsi) götürülməklə müraciət vərəqəsi tərtib ediləcək və ən qısa müddətdə araşdırılaraq nəticəsi barədə sizə məlumat veriləcəkdir. Müraciətiniz şikayət xarakterli olduqda təmsilçi tərəfindən sizdən zəruri məlumatlar alınmaqla şikayət vərəqəsi tərtib edilərək araşdırılmaya göndəriləcəkdir.

Vergilər Nazirliyi tərəfindən təqdim edilən elektron xidmətlərdən (www.taxes.gov.az və www.e-taxes.gov.az internet səhifələrindən) istifadə zamanı köməyə ehtiyacınız olduqda "2" düyməsini seçirsiniz. Bu zaman ümumi menyu sxemi "195-1-2" olacaqdır.

Vergi borcunuzu öyrənmək istədikdə isə "3" düyməsini seçirsiniz. Bu zaman ümumi menyu sxemi "195-1-3" olacaqdır. Göstərilən əməliyyatı apardıqdan sonra VÖEN-i yığmalı və "#" düyməsini sıxmalısınız.

Səsli menyunun hər hansı menyusundan istifadə edərkən "0" düyməsini seçməklə birbaşa Çağrı Mərkəzinin əməkdaşı ilə canlı rejimdə əlaqə yarada bilərsiniz.


İş günləri saat 09:00-dan saat 18:00-dək Çağrı Mərkəzinin xidmətlərindən istifadə sxemi

 

Created with Sketch. "195"ə zəng 1 1 1 2 # 3 “195” Çağrı Mərkəzinə xoş gəlmisiniz. Zəhmət olmasa, müvafiq düyməni seçin… Vergilər Nazirliyi düyməsini seçin düyməsini seçin düyməsini seçin düyməsini seçin Vergi qanunvericiliyi barədə sualınız və ya şikayətiniz varsa Bu sualla əlaqədar ilk müraciətinizdirsə 1, ilk müraciətiniz deyilsə 2 düyməsini seçin Azərbaycan dilində məlumat almaq istəyirsinizsə Xahiş edirik, VÖEN-nizi daxil edin və Sizin daxil etdiyiniz VÖEN Sizin borcunuz manatdır Elektron xidmətlə bağlı sualınız varsa Vergilər üzrə Dövlət büdcəsinə olan borcunuzu öyrənmək istəyirsinizsə

Xidmətlərdən istifadə qaydası:

Çağrı Mərkəzinin xidmətlərindən stasionar (şəhər, kənd) telefonlardan, habelə "Azercell", "Bakcell" və "Nar" nömrələrindən birbaşa "195" nömrəsini yığaraq istifadə edə bilərsiniz.

"195" nömrəsi yığıldıqdan sonra "1" düyməsini seçməklə Vergilər Nazirliyinin Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.

"195" nömrəsinə zəng edərkən telefon ton rejimində işləməlidir. Əgər "195"ə zəng edib "1" düyməsini seçdikdən sonra əlaqə kəsilirsə bu sizin telofonunuzun ton rejimində işləməməsi ilə əlaqəlidir. Bu zaman "195"ə zəng etdikdən sonra "1" düyməsi seçilməzdən öncə * (ulduz) düyməsini sıxmaqla telefonu ton rejiminə keçirmək olar.


Qeyri-iş saatlarında xidmətdən istifadə qaydası:

Qeyri-iş saatlarında Vergilər Nazirliyinin Çağrı Mərkəzinə müraciət etmiş şəxslərə Azərbaycan, rus və ingilis dillərində olmaqla 3 dil seçimi təklif olunur.

Bu zaman müraciət etmiş şəxslər avtomatik rejimdə vergi növləri barədə məlumat əldə edə bilər, vergi borcunu öyrənə bilər və ya verilən məlumatlar kifayət etmədikdə növbəti iş günündə onlarla Çağrı Mərkəzinin əməkdaşı tərəfindən əlaqə yaradılması üçün müraciət edə bilərlər.

Növbəti iş günündə Çağrı Mərkəzinin əməkdaşı tərəfindən əlaqə yaradılmasını istəyən şəxslər "3" düyməsini seçməklə səsli menyunun istiqamətləndirici köməyi ilə təkrar əlaqə üçün stasionar (şəhər, kənd) nömrələrini və digər zəruri məlumatları sistemə daxil etməlidirlər.

Səsli menyunun hər hansı menyusundan istifadə edərkən "0" düyməsini seçməklə zəng sifarişi menyusuna bağlana bilərsiniz.


Qeyri-iş saatlarında Çağrı Mərkəzinin xidmətlərindən istifadə sxemi

 

Created with Sketch. "195"ə zəng 1 1 1 # # Qeyd 1 2 3 “195” Çağrı Mərkəzinə xoş gəlmisiniz. Zəhmət olmasa müvafiq düyməni seçin… Vergilər Nazirliyi Bu sualla əlaqədar ilk müraciətinizdirsə 1, ilk müraciətiniz deyilsə 2 düyməsini seçin Sizinlə əlaqə saxlanılması üçün şəhər və ya rayon telefon kodunuzu və stasionar telefon nömrənizi daxil etməyiniz vacibdir. Məsələn: 012 403 89 99. Sizinlə əlaqə saxlanılması üçün nümunədə göstərilən qaydada şəhər və ya rayon kodunuzu və stasionar telefon nömrəsini daxil edin və ... Bu sualla əlaqədar ilk müraciətinizdirsə 1, ilk müraciətiniz deyilsə 2 düyməsini seçin Daxil etdiyiniz kod və nömrə düzgündürsə, Sizinlə növbəti iş günündə əlaqə yaratmağa çalışacağıq Xahiş edirik, VÖEN-nizi daxil edin və Azərbaycan dilində məlumat almaq istəyirsinizsə düyməsini seçin düyməsini seçin düyməsini seçin düyməsini seçin düyməsini seçin düyməsini seçin Vergilər Nazirliyi barədə məlumat almaq istəyirsinizsə Vergilər üzrə dövlət büdcəsinə olan borcunuzu öyrənmək istəyirsinizsə Növbəti iş günü Çağrı Mərkəzinin əməkdaşının Sizə zəng etməsini istəyirsinizsə Sizin daxil etdiyiniz VÖEN Sizin borcunuz manatdır

 

Qeyd: Düymə "1" - Gəlir vergisi; Düymə "2" - Mənfəət vergisi; Düymə "3" - Əlavə dəyər vergisi; Düymə "4" - Aksizlər; Düymə "5" - Əmlak vergisi; Düymə "6" - Torpaq vergisi; Düymə "7" - Yol vergisi; Düymə "8" - Mədən vergisi; Düymə "9" - Sadələşdirilmiş vergi.

 

Aldığınız məlumat Sizi qane etmirsə iş günləri saat 09:00-dan 18:00-dək yenidən zəng etməklə Çağrı Mərkəzinin əməkdaşı ilə birbaşa əlaqə yarada bilər və ya sıfır (0) düyməsini sıxmaqla Sizə zəng edilməsi üçün nömrənizi daxil edə bilərsiniz.

 

Hal-hazırda "İkitərəfli SMS xidməti" vasitəsilə abunə olmuş şəxslərə vergi öhdəlikləri və vergi orqanının qanuni tələbləri barədə 21, xidmətdən sorğu vasitəsilə istifadə edən şəxslərə isə 5 istiqamətdə məlumatlar göndərilir.

Xidmətdən iki formada istifadə etmək mümkündür.

  1. İnternet Vergi İdarəsi vasitəsilə qeydiyyatdan keçmək üçün "Onlayn kargüzarlıq və e-VHF" bölməsinin "İkitərəfli SMS xidməti" altbölməsinə daxil olduqdan sonra açılan pəncərədə "Nömrənin qeydiyyatdan keçirilməsi" bölməsi seçilməlidir. Açılan növbəti pəncərədə mobil nömrə daxil edilir, telefona təsdiq kodu göndərilir, təsdiq kodu müvafiq pəncərəyə daxil edilərək təsdiq edildikdən sonra qeydiyyat yekunlaşır. 
    İnternet Vergi İdarəsi vasitəsilə xidmətə abunə olmaq üçün isə "Onlayn kargüzarlıq və e-VHF" bölməsinin "İkitərəfli SMS xidməti" altbölməsinə daxil olduqdan sonra "Abunə ol" düyməsi seçilməlidir. Açılan pəncərədə mobil nömrə daxil edilir, telefona təsdiq kodu göndərilir, təsdiq kodu müvafiq pəncərəyə daxil edilərək təsdiq edildikdən sonra abunəlik yekunlaşır.
  2. Xidmətdən istifadə etmək üçün mobil telefonda *195* istifadəçi kodu * şifrə # yığılmaqla "YES" (məsələn: *195*00000541*121756#YES) düyməsi sıxılmaqla nömrə qeydiyyatdan keçirilməlidir.
    Xidmətə abunə olmaq üçün qeydiyyatdan keçirilmiş mobil telefon nömrəsindən START yazıb 8195 nömrəsinə SMS göndərilməlidir.

Abunə olmuş VÖEN-lər üzrə aşağıdakı hallar olduqda müvafiq məzmunlu SMS göndərilir:

S\S Müvafiq hallar
1

Büdcəyə ödəniş etdikdə

2

Yeni borc yarandıqda

3

Təqdim edilmiş bəyannamə üzrə vergi hesablandıqda

4

Bəyannamə üzrə uyğunsuzluq yarandıqda

5

Təqdim edilməli bəyannamələr olduqda

6

Fəaliyyəti dayandırdıqda

7

Fəaliyyəti aktivləşdikdə

8

Cari vergi ödəmələri barədə arayış təqdim etdikdə

9

Cari vergi ödəmələrinin hesablanması barədə

10

Ləğv bəyannamələri göndərildikdə

11

Növbəti səyyar vergi yoxlaması açıldıqda

12

Əlavə vergi məbləği hesablandıqda

13

İnternet Vergi İdarəsində olan elektron qutuya sənəd daxil olduqda

14

Maliyyə sanksiyası tətbiq edildikdə

15

Təsərrüfat subyekti qeydiyyata alındıqda

16

Təsərrüfat subyekti qeydiyyatdan çıxarıldıqda

17

Təqdim edilən bəyannamədə göstərilən fəaliyyət növü ilə bazada olan fəaliyyət növləri arasında uyğunsuzluq olduqda

18

ƏDV qeydiyyatına alındıqda

19

NKA qeydiyyata alındıqda

20

NKA qeydiyyatdan çıxarıldıqda

21

Şəhadətnamə-dublikatın alınması barədə ərizə göndərildikdə

Nömrə qeydiyyatdan keçirildikdən sonra xidmətə abunə olmadan 8195 nömrəsinə:

"1" yazıb göndərməklə dövlət büdcəsinə olan vergi borcu barədə;
"2" yazıb göndərməklə təqdim edilməli bəyannamələr barədə;
"3" yazıb göndərməklə fəaliyyətin aktiv və ya dayandırılmış olması barədə;
"4" yazıb göndərməklə e-qutuda oxunmamış məktubların olub-olmaması barədə;
"5" yazıb göndərməklə qeydiyyatda olan təsərrüfat subyektləri barədə məlumat ala bilərsiniz.

8195 nömrəsinə göndərilmiş hər sorğuya görə nömrənin balansından 10 qəpik xidmət haqqı tutulur. Abunə olmuş vergi ödəyicilərinin nömrəsinin balansından ayda 1 manat 18 qəpik abunə haqqı tutulur. Bu xidmətdən "Azercell", "Bakcell" və "Nar" mobil operatorlarının abonentləri istifadə edə bilər.