Nazirlik
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciətlər
Əlaqə

ASAN İmza (Mobil imza) - Vergilər Nazirliyi və mobil operator tərəfindən verilən və elektron xidmət istifadəçisinin autentifikasiyasını, sənədin elektron imzalanmasını və imzalayan şəxsin şəxsiyyətinin müəyyən edilməsini (identifikasiyasını) təmin edən xidmətdir. Asan İmza (Mobil ID) e-xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyinizi təsdiqləmək üçün sizin mobil identifikasiyanızdır. Asan İmza bütün mövcud e-xidmətlərdən istifadəni mümkün edir və əslində, elektron mühitdə fiziki İD-karta bərabər sənəd kimi sertifikatlara bağlı olan mobil telefon SIM-kartınızdır. Asan İmza ilə siz şəxsiyyətinizi təsdiq edə və sənədlərə rəqəmsal imza ata bilərsiniz.

 

ASAN Sertifikat Xidmətləri Mərkəzi (ASXM)

 


ASAN İmza SİM kartı üzrə Sertifikatı necə əldə etməli?

  1. ASAN İmza xidmətindən istifadə etmək üçün müraciət edən şəxs (ərizəçi) ilk növbədə bütün mobil operatorlardan (Azercell, Bakcell, Nar) ASAN İmza SİM kartını əldə etməli, sonra tələb olunan sənədlərlə və ASAN İmza SİM kartı ("ICCID" nömrəsinin sistemə daxil edilməsi üçün) ilə birlikdə ASXM-ə (Vergi ödəyicilərinə xidmət mərkəzinə və ASAN xidmət Mərkəzlərində fəaliyyət göstərən ASXM nümayəndəsinə) müraciət etməlidir.
  2. ASXM-də ərizəçi tərəfindən təqdim olunmuş sənədlərin düzgünlüyü yoxlanılır.
  3. Sənədlər düzgün olduqda, müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona sertifikat verilir, əks halda, sertifikatın verilməsindən imtina edilir.
  4. Sertifikatın verilməsi üçün ərizəçi ilə müqavilə bağlamazdan əvvəl ona sertifikatın və imza vasitələrinin istifadə qaydaları, ASXM-in hüquqi statusu və akkreditə vəziyyəti barədə məlumat verilir.
  5. Hazırlanmış sertifikat kağız daşıyıcıda və elektron formada ərizəçiyə təqdim edilir. Kağız daşıyıcıdakı sertifikat ASXM-in rəsmi blankında 2 nüsxədə  tərtib edilir, səlahiyyətli şəxsin imzası və möhürlə təsdiq olunur. Kağız daşıyıcıdakı sertifikatlar ərizəçi tərəfindən imzalandıqdan sonra bir nüsxəsi ASXM-də saxlanılır. Elektron formadakı sertifikat ASXM-in gücləndirilmiş imzası ilə təsdiq edilir.
  6. ASXM-də imza sahibi verilənlər daşıyıcısında yazılmış imza yaratma və yoxlama məlumatlarının, kağız daşıyıcıdakı sertifikatın alınması, həmçinin ərizəçininməlumatlandırılması barədə müvafiq jurnalda imza edir.
  7. Sertifikat 1 (bir) iş günü ərzində verilir.

Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi Təlimatı

 


Sertifikat xidmətlərinin göstərilməsi üzrə Sənəd Formaları

 

Ərizə formaları

Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilənin bağlanılması üçün ərizə (Əlavə 1) İmza sahibi tərəfindən Sertifikatın statusunun dəyişdirilməsi üçün ərizə (Əlavə 2) İmza sahibi tərəfindən ilkin ərizə məlumatlarında dəyişiklik edilməsi barədə ərizə (Əlavə 3) "e-təmsilçi" qismində tanınma barədə ərizə (Əlavə 4) "e-təmsilçi" qismində tanınmanın ləğv edilməsi barədə Ərizə (Əlavə 18)

Müqavilə formaları

ASAN İmza SIM kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında müqavilə (Əlavə 5) Rəqəmsal İD kartı üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə (Əlavə 6)

Etibarnamələr

Nümunəvi forma 1 (Əlavə 7) Nümunəvi forma 2 (Əlavə 8) Nümunəvi forma 3 (Əlavə 9)

Bildiriş formaları

Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş (Əlavə 10) Sertifikatın etibarlılıq müddətinin bitməsi haqqında bildiriş (Əlavə 11) Sertifikatın qüvvəsinin dayandırılması haqqında bildiriş (Əlavə 12) Sertifikatın ləğv edilməsi haqqında bildiriş (Əlavə 13) Sertifikatların qüvvəsinin bərpa edilməsi haqqında bildiriş (Əlavə 14) İlkin ərizə məlumatlarında dəyişiklik edilməsi haqqında bildiriş (Əlavə 15)



Sertifikat - nümunə Vergilər Nazirliyinin ASAN Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilmiş sertifikatlar


Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi Təlimatı

Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının 9 mart 2004-cü il tarixli, 602-IIQ nömrəli Qanunu Azərbaycan Respublikasında elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 yanvar 2006-cı il tarixli, 27 nömrəli Qərarı