Nazirlik
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciətlər
Əlaqə

 

Vergi ödəyicilərinin, habelə əhalinin vergi qanunvericiliyi və onun tətbiqi, Vergilər Nazirliyinin təqdim etdiyi elektron xidmətlər barədə operativ, düzgün, vergi orqanlarına gəlmədən məlumat almalarını, eyni zamanda vergi qanunvericiliyinin pozulması halları barədə müraciətlərin qəbulunu təmin etmək məqsədilə Vergilər Nazirliyinin "195" nömrəli Çağrı Mərkəzi fəaliyyət göstərir.


195 nömrəli Çağrı Mərkəzi 2003-cü ilin sonunda Bakı şəhərini əhatə etməklə fəaliyyətə başlasa da 2006-cı ilin may ayının əvvəlindən etibarən əhatə dairəsi genişləndirilərək respublikanın bütün regionlarından olan sual və müraciətlərin qəbul edilməsini həyata keçirir.

2011-ci ildə "Beynəlxalq Sertifikatlaşdırma və Sorğu Mərkəzləri İnstitutu" tərəfindən keçirilmiş auditin nəticəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzinə Standartlaşma üzrə Avropa Komissiyası ("Austrian Standards plus") tərəfindən EN-15838 Standartlarına uyğunluğu barədə "Nr.S 2011 043" nömrəli 15 oktyabr 2011-ci il tarixli keyfiyyət Sertifikatı verilmişdir.

2012-ci və 2014-cü illərdə keçirilmiş növbəti audit hesabatına əsasən Standartlaşma üzrə Avropa Komissiyası Vergilər Nazirliyinin Çağrı Mərkəzinin fəaliyyətinin standartın tələblərinə cavab verdiyini təsdiq etmişdir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 oktyabr 2013-cü il tarixli 306 s nömrəli Sərəncamı ilə yaradılması nəzərdə tutulmuş universal Çağrı Mərkəzi layihəsinə uyğun olaraq 2015-ci ilin fevral ayından Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Sosial Müdafiə Fondu da "195" nömrəsi vasitəsilə xidmət göstərməyə başlamışlar.

Respublikanın istənilən regionundan stasionar (kənd, şəhər) nömrələrdən birbaşa "195" nömrəsinə edilən zəng və danışıq, habelə bu zaman Çağrı Mərkəzi tərəfindən göstərilən xidmətlər ödənişsizdir.


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Elektron Azərbaycan" Dövlət Proqramına əsasən, sahibkarlara göstərilən dövlət dəstəyinin səmərəliliyini artırmaq, fiziki və hüquqi şəxslərin bir mənbədən sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatı, fəaliyyət növləri üzrə lisenziyalar, vergilər və s. barədə məlumat almalarının təmin olunması məqsədilə “Sahibkarlıq fəaliyyəti sahəsində universal Çağrı Mərkəzi”nin yaradılması nəzərdə tutulmuşdur.

Bunların əsasında isə "Sahibkarlıq fəaliyyəti sahəsində universal Çağrı Mərkəzi"nin yaradılmasını nəzərdə tutan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 oktyabr 2013-cü il tarixli 306 s nömrəli Sərəncamı imzalanmışdır. Sərəncama əsasən Çağrı Mərkəzinə qoşulacaq aidiyyəti qurumlar kimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Sosial Müdafiə Fondu müəyyənləşdirilmişdir

Hazırda "195" Çağrı Mərkəzinin xidmətlərindən istifadə etmək üçün bütün nömrələrdən, heç bir koddan istifadə etməyərək birbaşa "195" nömrəsinə zəng edilə bilər. Daha sonra səsli menyunun köməkliyi ilə və ya birbaşa müvafiq düymələrdən birini seçərək aşağıdakı dövlət orqanlarına müraciət edilə bilər.

Vergilər Nazirliyi İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi Ədliyyə Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Gömrük Komitəsi Dövlət Sosial Müdafiə Fondu

Hazırda "195" Çağrı Mərkəzinin xidmətlərindən istifadə etmək üçün bütün nömrələrdən, heç bir koddan istifadə etməyərək birbaşa "195" nömrəsinə zəng edilə bilər. Daha sonra səsli menyunun köməkliyi ilə və ya birbaşa müvafiq düymələrdən birini seçərək aşağıdakı dövlət orqanlarına müraciət edilə bilər.

Çağrı Mərkəzinin fəaliyyəti barədə irad və təkliflərinizi callcentre@taxes.gov.az ünvanına göndərə bilərsiniz.