Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
NORMATİV SƏNƏDLƏR
Azərbaycan Respublikasının Vergi Məcəlləsi, "Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları", "Dövlət vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları".
MÜRACİƏT FORMASI

Elektron və (və ya) kağız formada (poçt rabitəsi vasitəsilə göndərilməsi istisna olmaqla).

Təqdim edilən ərizənin forması Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müəyyən edilir.

Vergi orqanına təqdim edilən ərizələr yalnız fiziki şəxs, onun səlahiyyətli nümayəndəsi (notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında səlahiyyət verilmiş şəxs) və ya varisi (himayəçisi və ya qəyyumu) tərəfindən imzalanaraq təqdim edilə bilər.

  • Kağız daşıyıcısında ərizə bilavasitə uçotda olduğu vergi orqanına gəlməklə (vergi orqanlarının xidmət strukturlarına) təqdim edilir
  • Elektron formada isə İnternet Vergi İdarəsinin (www.taxes.gov.az) saytı üzərindən vergi orqanına göndərilə bilər
UÇOTDAN ÇIXARILMA HALLARI

Vergi Məcəlləsinin 34.7.3-cü maddəsinə əsasən fiziki şəxsin uçotdan çıxarılması aşağıdakı hallarda mümkündür:

  • Fiziki şəxsin fəaliyyətinə xitam verildikdə
  • Fiziki şəxs məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda
  • Fiziki şəxs vəfat etdikdə
TƏQDİM EDİLƏN SƏNƏDLƏR
  • Fiziki şəxsin fəaliyyətinə xitam verildikdə — "Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə" forması və vergi ödəyicisinin uçota alınması barədə fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin (vergi orqanından təhvil götürüldüyü halda) əsli
  • Fiziki şəxs ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda — məhkəmənin müvafiq qərarı və vergi ödəyicisinin uçota alınması barədə fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin (vergi orqanından təhvil götürüldüyü halda) əsli
  • Fiziki şəxs vəfat etdikdə — ölüm haqqında şəhadətnamə və vergi ödəyicisinin uçota alınması barədə fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin (vergi orqanından təhvil götürüldüyü halda) əsli
Qeyd: Ərizə elektron formada təqdim edildikdə fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə fiziki şəxs vergi uçotundan çıxarılanadək vergi orqanına təhvil verilməlidir. Vergi uçotundan çıxarılan fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnaməsi itmişdirsə, bu barədə fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi vergi orqanına məlumat verir. Fiziki şəxs ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldığı və ya vəfat etdiyi hallarda varisi (himayəçisi və ya qəyyumu) olmadıqda və sahibkarlıq uçotu haqqında şəhadətnamə tapılmadıqda onun vergi uçotundan çıxarılması üçün şəhadətnamənin vergi orqanına təqdim edilməsi tələb edilmir.
ƏRİZƏNİN QƏBULU ZAMANI YOXLANILMALI VƏ MƏLUMATLANDIRILMALI MƏSƏLƏLƏR

Vergi ödəyicilərinin uçot məlumat bazasında vergi uçotundan çıxarılan şəxs barədə aşağıdakı halların (aktiv uçot vahidlərinin) mövcud olub-olmaması yoxlanılmalı və yoxlamanın nəticəsi olaraq məlumatlandırılmalıdır:

  • Fiziki şəxsin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının ləğv edilməsi barədə ərizənin təqdim edilməsi
  • Fiziki şəxsin təsərrüfat subyektinin (obyektin) uçotdan çıxarılması barədə ərizənin təqdim edilməsi
  • Fiziki şəxsin təsərrüfat subyektində (obyektində) qeydiyyata alınmış nəzarət-kassa aparatlarının qeydiyyatdan çıxarılması barədə ərizənin təqdim edilməsi
  • Fiziki şəxsin təsərrüfat subyektində (obyektində) olduğu yer üzrə qeydiyyata alınmış POS-terminalların qeydiyyatdan çıxarılması
  • Fiziki şəxsin aktiv bank hesablarının bağlanılması
  • Müraciətin edilməsi tarixinə fiziki şəxsin dövlət büdcəsinə vergi borcunun ödənilməsi
  • Təqdim edilməmiş bəyannamələrin (hesabatların) vergi orqanına təqdim edilməsi
VERGİ UÇOTUNDAN ÇIXARILMA BARƏDƏ ƏRİZƏ İLƏ ƏLAQƏDAR YERİNƏ YETİRİLƏN PROSEDURLAR
5.1.–5.7-ci bənddə göstərilən hallardan biri olduqda fiziki şəxs tərəfindən həmin halların aradan qaldırılması ilə əlaqədar zəruri işlər (aktiv uçot vahidlərinin bağlanılması ilə əlaqədar ərizə və sənədləri, təqdim edilməmiş bəyannamələri təqdim etmək, dövlət büdcəsinə vergi borcunun ödənilməsi) görülməlidir.
Nəticə: Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.